Ermənistan Baş prokuroru gizli iclasda hansı göstərişi verib?

2020/02/00-46-1581589354.jpg
Oxunub: 742     14:40     13 Fevral 2020    
Ermənistan Baş prokuroru və Müdafiə naziri Hərbi Prokurorluqda 2019-cu ili yekunlaşdırarkən orduda cinayət hadisələr bir-birini izləyir.

Yanvarın 1-dən fevralın 12-nə qədər Ermənistan ordusunda 10 əsgər, üstəlik də qeyri-döyüş şəraitində ölüb.

Dünən növbəti hadisə qeydə alınıb və ilkin versiyaya görə, işğal altında olan Qarabağda iki müxtəlif hərbi hissənin müddətli hərbi qulluqçuları intihar ediblər.

Yeri gəlmişkən, əsgərlər səngərlərdə olublar və dünən bütün günü hüquq-mühafizə orqanları hərbi qulluqçuların özü-özünü vurduğunu, yoxsa başqası tərəfindən öldürüldüyünü anlamaq üçün hadisə yerində işləyiblər.

Əldə olunan məlumatlara görə, Ermənistan hüquq-mühafizə orqanları hər iki hadisə üzrə intihar versiyasını araşdırır.

Ermənistan Baş prokuroru Artur Davtyanla hərbi prokurorların görüşündən bəzi detallar məlum olub.

Qapalı müzakirə zamanı prokuror konkret olaraq Ermənistan parlamentinin deputatı Arakel Movsisyanın (Şmays) oğluna qarşı şikayət üzrə açılmış və daha sonra xitam verilmiş cinayət işinin yenidən açılıması ilə bağlı göstəriş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar  

Ermənistan Baş prokuroru gizli iclasda hansı göstərişi verib?

2020/02/00-46-1581589354.jpg
Oxunub: 745     14:40     13 Fevral 2020    