Ermənistan Silahlı Qüvvələrində neçə cinayət hadisəsi baş verib? – ƏTRAFLI

2018/10/45645-1538565112.jpg
Oxunub: 1281     16:00     13 Fevral 2020    
Ötən gün Ermənistan Müdafiə naziri David Tonoyanın da iştirak etdiyi Ermənistan Baş Prokuroru Artur Davtyanın keçirdiyi müşavirədə 2019-cu il ərzində Hərbi Prokurorluğun fəaliyyəti, Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, cinayət halları üzrə həyata keçirilən istintaqların “səmərəliliyi”nin artırılması istiqamətində hüquq mühafizə orqanlarının fəaliyyətinin nəticələrinə yekun vurulub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müşavirədə Mərkəzi Hərbi Prokurorluq və qarnizon prokurorları, habelə Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Hərbi Polis nümayəndələri iştirak ediblər.

Ermənistan Hərbi Prokuroru Vahe Harutyunyan 2019-cu ildə Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizənin əsas göstəricilərini təqdim edib.

Məlumata görə, qeyd olunan dövrdə Ermənistan silahlı qüvvələrində 929 cinayət hadisəsi baş verib ki, bunun da 556 və ya 59,8 faizi hərbi, 373 və ya 40,1 faizi digər ümumi xarakter daşıyıb.

Təhlil göstərdi ki, xüsusilə zorakılıq halları, məsələn, erməni hərbçilərin nizamnamə qaydaları üzrə yalnış davranışları, özlərinin açıq üstünlüyünü göstərmək və ya bu üstünlüyü vurğulamaq, xidmətdə özlərinə daha əlverişli şərait yaratmaq, habelə hərbi intizama uyğunlaşmamaq və küçə əxlaqının rəhbər tutulmasının nəticəsidir.

Təhlillərə görə, erməni zabitlərin törətdikləri cinayətlər və digər qanun pozuntuları, məsələn, hərbi qulluqçulara qarşı xidmət yoldaşlarının, kiçik və yüksək vəzifəli zabitlər tərəfindən müxtəlif qanun pozuntularının nəticəsi olduğu hallar mövcuddur.

Erməni zabitlər arasında cinayət səviyyəsi 33,1% və ya 87 hal təşkil edib. Zabitlər tərəfindən törədilən 176 cinayət hadisəsi qeydə alınıb.

2019-cu ildə hərbiçilər tərəfindən və ya onların iştirakı ilə törədilən 503 cinayət işi ilə bağlı 752 şəxs cinayətlərdə ittiham olunaraq məhkəmələrə göndərilib. 306 cinayət işinin məhkəməsi 416 nəfərə hökm oxunmaqla yekunlaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

Ermənistan Silahlı Qüvvələrində neçə cinayət hadisəsi baş verib? – ƏTRAFLI

2018/10/45645-1538565112.jpg
Oxunub: 1282     16:00     13 Fevral 2020    