ABŞ ordusuna məxsus 3 təyyarə Tayvan üzərində uçuşlar edib

2020/02/15815-1581587873.jpg
Oxunub: 715     14:36     13 Fevral 2020    
Çin hərbi təyyarələrinin Tayvan administrasiyasının hava məkanına keçməsindən iki gün sonra ABŞ ordusuna məxsus üç hərbi təyyarə dünən Tayvan yaxınlığında uçuşlar edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarələr günün müxtəlif vaxtlarında fərqli marşurtlar üzrə uçuşlar həyata keçirib.

Qeyd olunur ki, MC-130J “Commando II” çoxməqsədli döyüş nəqliyyat təyyarəsi ilk öncə Tayvan boğazı üzərində uçuşlar edib, daha sonra adanın cənubuna doğru uçub. İki ədəd B-52 “Stratofortress” bombardmançısı isə adanın cənub və şərq hissəsində uçuşlar həyata keçirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Çin ordusuna məxsus 3 təyyarə ardıcıl 2 gün Tayvan üzərində uçuşlar edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Tayvan  

ABŞ ordusuna məxsus 3 təyyarə Tayvan üzərində uçuşlar edib

2020/02/15815-1581587873.jpg
Oxunub: 718     14:36     13 Fevral 2020    