Ermənistan MN və BQ arasında daxili ixtilaf izləri

2019/10/768-1570788880.jpg
Oxunub: 1194     14:53     13 Fevral 2020    
Ermənistan ordusunda biri digərinin ardınca ciddi hadisələr baş verir.

Fevralın 9-da işğal altında olan Qarabağən cənub hissəsindəki hərbi hissələrdən birində səhər saat 07:45-də erməni hərbi qulluqçu Valeri Petrosyan qəflətən ölüb. Məlumata görə, Ermənistan İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci bəndinə (“rəisin və ya vəzifəli şəxsin xidmətə laqeyd davranması, ağır nəticələrə səbəb olduqda”) əsasən cinayət işi açılıb, araşdırma aparılır.

Ermənistan hüquq mühafizə orqanlarının əldə etdiyi məlumata görə, hadisədən iki gün əvvəl hərbi qulluqçu tibb məntəqəsinə gedib və özünü yaxşı hiss etmədiyini söyləyib, lakin hərbi hissənin tibb məntəqəsində bu məlumatı təkzib ediblər və hətta hərbi hissənin qeydiyyat jurnalında əsgərin tibb məntəqəsinə getməsi barədə heç bir qeyd yoxdur.

Bundan əlavə, hüquq mühafizə orqanları əsgərin hərbi xidmətə çağırışı dövründə heç bir məhdudiyyətinin olmadığını müəyyən ediblər. Yəni rəsmi olaraq sağlam bir şəxs xidmət zamanı problemi ortaya çıxıb və tibb məntəqəsinə müraciət edib. O, laqeyd münasibətə rast gəlib və qəfildən ölüb.

Rəsmi rəqəmlər

2020-ci ilin yanvar ayında Ermənistan ordusunda (işğal edilmiş ərazilərdə yerləşdirilən qanunsuz “hərbi birləşmə” də daxil olmaqla) 4 ölüm faktı qeydə alınıb ki, bunlardan 2 hal intihar, 1 hal sağlamlıq problemləri, digəri isə qəza nəticəsində baş verən hadisə kimi təsnif edilib.

Eyni müddətdə 8 hərbi qulluqçu yaralanıb, xüsusən atəşkəs rejiminin pozulması nəticəsində 2, avtomobil qəzası nəticəsində 3, qətl hadisəsi kimi 2, intihara cəhd kimi 1 hadisə qeydə alınıb. Eyni zamanda, 4 ölüm hadisəsindən 2-si və yaralanma hallarının 8-dən 3-ü qeyri-döyüş şəraitində olub.

Həmin dövrdə 8 hərbi qulluqçunun yaralanması qeydə alınıb.

• 2 hal təxribata cəhd nəticəsində,
• 3 hal avtoqəza,
• 2 hal qətl törətməyə cəhdetmə,
• 1 hal intihara cəhdetmə,

4 ölüm faktından 2 hal və 8 yaralanma faktından 3 hal qeyri-döyüş şəraitində silah tətbiqi nəticəsində baş verib.

Növbəti hadisə 2020-ci il fevralın 7-də tarixində saat 17:00 radələrində Ermənistan MN-nin hərbi hissəsində növbə yerdəyişməsi zamanı baş verib. 3 nəfər hərbi qulluqçu - Tiqran Arzumanyan, Nver Şahbazyan və Karapet Nazarayan qar uçqunu altında qalaraq ölüblər. Ölüm faktı və Hamlet Mirzoyanın zərərçəkməsi ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci bəndinə (“rəisin və ya vəzifəli şəxsin xidmətə laqeyd davranması, ağır nəticələrə səbəb olduqda”) əsasən cinayət işi açılıb, araşdırma aparılır.

Fevralın 9-da tarixində saat 07:45 radələrində Qarabağın cənub istiqamətində dislokasiya olunan hərbi hissələrdən birində, ilkin məlumata görə hərbi qulluqçu Valeri Petrosyan (2001-ci il təvəllüdlü, Xankəndi) qəfildən ölüb. Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət işi açılıb, araşdırma aparılır.

Fevralın 12-də işğal altında olan Qarabağdakı müxtəlif hərbi hissələrdə 2 erməni hərbi qulluqçunun ölüm faktı təsdiqlənib.

Məlumata görə, 2020-ci il fevralın 12-də, saat 11:30 radələrində, “N” saylı hərbi hissənin döyüş mövqeyində döyüş növbətçiliyinə cəlb olunmuş məcburi müddətli hərbi qulluqçu, sıravi Tiqran Manvel Manvelyanın baş nahiyəsindən güllə yarası alması və hərbi hospitala aparılarkən yolda ölüb. Ölmüş digər məcburi müddətli hərbi qulluqçu, kiçik çavuş Tiqran Husik Mxoyanın da baş nahiyəsindən güllə yarası alıb və hərbi hospitala aparılarkən yolda ölüb.

Hər iki ölüm hadisəsi üzrə Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissənin xüsusiyyətləri ilə (intihar həddinə çatdırmaq) cinayət işləri açılıb.

Yeri gəlmişkən, bunlar cari ilin 1 yanvar - 12 fevral tarixinədək olan müddət ərzində 10-cu ölüm hadisəsidir. Hərbi qulluqçuların hamısı qeyri-döyüş şəraitində ölüb.

Ermənistan Müdafiə Nazirliyində hansı vəziyyət hökm sürür?

Məlumata görə, orduda baş verən hadisələrdən sonra Müdafiə naziri Davit Tonoyan nazir müavinlərindən birinə yoxlamalar aparıb bütün məntəqələri yoxlamağı tapşırıb. Nazir müavini Silahlı Qüvvələrin Baş Qərargahından bir nəfərlə yoxlanışa getməyə hazır olduğunu bildirib, Baş Qərargah həmin şəxsdən başqa kimsəni təqdim edərlərsə, yoxlamağa getməyəcəyini bildirib. Yəni erməni nazirliklə Baş Qərargah arasında qarşıdurma davam edir. Nazirlik əməkdaşları Baş Qərargahdan olan əməkdaşların heç də hamısı ilə iş görməyə hazır deyillər.
Bu daxili ixtilafın necə bitəcəyini isə vaxt göstərəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tonoyan   Davtyan   Ölüm  

Ermənistan MN və BQ arasında daxili ixtilaf izləri

2019/10/768-1570788880.jpg
Oxunub: 1195     14:53     13 Fevral 2020    