Tonoyan “elit hərbi hissə” nin olmasını təkzib edir

2020/02/20895-1581587586.jpg
Oxunub: 1107     13:36     13 Fevral 2020    
Ermənistan Müdafiə David Tonoyan ötən gün parlamentdə deputatların iştirakı ilə keçirilən sual-cavab iclasında işğal altında olan Qarabağdakı hərbi hissələrdən birinin, vəzifəli şəxslərin və varlı adamların övladlarının xidmət etdiyi “elit bir hərbi hissə” sayıldığı barədə yayılan məlumatları təkzib edib.

“Silahlı qüvvələrdə elit bir hərbi hissə möcud deyil”, - deyə Tonoyan bildirib və xatırladıb ki, artıq MN bu barədə bir açıqlama verib.

Tonoyanın sözlərinə görə, bunlar sadəcə mətbuatda və sosial şəbəkələrdə yayılan şayiələrdir.

Hərbi hissədə əsgərin ölməsinə gəlincə erməni nazir bildirib ki, Qarabağdakı hərbi hissələrin komandirləri məsuliyyət daşıyan zabitlərə nizam-intizam çərçivəsində müxtəlif dərəcəli cəzalar verib.

Xatırladaq ki, erməni KİV-ləri 30 yanvar tarixində işğal altında olan Qarabağ ərazisindəki hərbi hissələrdən birində ölən hərbi qulluqçu Vahram Avakyanın işi ilə bağlı adları keçən hərbi qulluqçular və adı çəkilən hərbi hissə barədə 3 fevral tarixində “Qarabağın “elit” hərbi hissəsi, yüksək vəzifəli məmurların övladları və “intihar” hadisələri, diqqət çəkən detallar” başlıqlı məqalə yayımlayıb.

Mənbənin məlumatlarına görə, bu hərbi hissə Qarabağda xidmət edən, ancaq döyüş mövqelərinə aparılmayan “varlıların övladlarının hərbi hissəsi” adlanır.

Müəllifin sözlərinə görə, məqalədə qeyd edilən hərbi qulluqçu Arayik Sarkisyan hərbi hissədə pul toplamaqla məşğuldur. Erməni hərbi qulluqçularda əlavə problemlərdən uzaq durmaq üçün özlərinə çatan pul vəsaitini ona verirlər. Məqalədə Vahram Avakyanın ölümündə məsuliyyət də Arayik Sarkisyanın bu fəaliyyətinin nəticəsi kimi qələmə verilir.

“Zabitlər heç bir şey etmir, bu hərbi hissədə tamamilə özbaşınalıq hökm sürür, onlar hər hansı bir şey etməyə qorxurlar”, - deyə mənbə əsgərlərdən birinin dediklərindən sitat gətirib.

Məqalədə həmçinin “elit” hərbi qulluqçuların adları da qeyd edilməklə, Qarabağdakı qondarma rejimin “MTX əks kəşfiyyat baş idarəsinin rəisi”, keçmiş deputat Arakel Movsisyanın oğlunun, “divizionun söz sahibi” Arayik Sarkisyan, Vaçe Hayrapetyan və Xaçik Qasparyanla fotoşəkilləri təqdim edilir.

Xatırladaq ki, Davait Arakeli Movsisyan, Xaçik Armeni Qasparyan və Spartak Arturi Avetisyan hərbi qulluqçu Avakyanın ölüm faktı üzrə açılan cinayət işi çərçivəsində həbs edilib.

Mənbənin sözlərinə görə, Xaçik Qasparyanın Vahram Avakyanın ölümündə birbaşa günahı yoxdur, ancaq “arxa dayağının” olmadığına görə həbs edilənlərin arasındadır.

Xatırladaq ki, 19 yaşlı əsgər Vahram Avakyan 30 yanvar tarixində saat 13:15 radələrində aldığı odlu silah xəsarətləri nəticəsində ölüb. Qeyd edək ki, qalmaqala səbəb olan hərbi hissə işğal altında olan Xankəndi şəhəri yaxınlığında yerləşir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tonoyan   Elit-hərbi-hissə  

Tonoyan “elit hərbi hissə” nin olmasını təkzib edir

2020/02/20895-1581587586.jpg
Oxunub: 1108     13:36     13 Fevral 2020    