MOİK təmsilçimiz ikiqat Avropa çempionu olub

2020/02/aada1-3163168736.jpg
Oxunub: 800     12:51     13 Fevral 2020    
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının ikinci yarış günündə - fevralın 11-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Ordu.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi baş leytenant Rafiq Hüseynov çətinlik çəkmədən əvvəlcə niderlandlı güləşçiyə qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstünlüklə ayrılan güləşçimiz yarımfinala yüksəlib.

Növbəti görüşdə italiyalı rəqibinə qalib gələn MOİK təmsilçisi R.Hüseynov doqquz illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.

Fevralın 12-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçirilib.

Finalda 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz R.Hüseynov həlledici qarşılaşmada Bolqarıstan idmançısı Daniel Tixomirov-Aleksandrov ilə üz-üzə gələrək onu 2:1 hesabı ilə məğlub edib.

Beləliklə yunan-Roma güləşçimiz R.Hüseynov qızıl medal qazanaraq ikiqat Avropa çempionu adına sahib olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MOİK   Çempion  

MOİK təmsilçimiz ikiqat Avropa çempionu olub

2020/02/aada1-3163168736.jpg
Oxunub: 801     12:51     13 Fevral 2020    