Ermənistan BQ rəsmisi “Orsis”lə bağlı reportajı təkzib edir

2020/02/23423-1581580497.jpg
Oxunub: 877     12:25     13 Fevral 2020    
“Fevralın 11-də Ermənistanın ictimai televiziyasında “Orsis” şirkəti ilə bağlı yayımlanan reportajdakı məlumatlar həqiqəti əks etdirmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının inzibati təşkilat idarəsinin informasiya şöbəsinin rəisi polkovnik Samvel Asatryan deyib.

O, materialda mənbə kimi təqdim olunan şəxsin silah əldə etməsi barədə məlumata sahib olmasının mümkün olmadığını vurğulayıb.

“Bu materialda “Orsis” şirkəti mövzusu ilə bağlı müsahibə verən şəxs SQ-nin Xüsusi Təyinatlı bölmələrinin komandiri deyil. O, Silahlı Qüvvələr tərəfindən alınan silahlar və onun qiymətləri barədə məlumata malik ola bilməzdi, üstəlik həmin silahların sınaqlarında iştirak edə bilməzdi. Buna görə reportajda təqdim olunan məlumatlar həqiqətə uyğun deyi”, - deyə polkovnik Asatryan qeyd edib.

Qeyd edək ki, Ermənistan İctimai Televiziyası anonim bir mənbəyə istinadən yayımladığı reportajda “Ermənistan ordusuna döyüş silah-sursat yerinə ov silahları, “Orsis” şirkəti ətrafında nə baş verir?” mövzusunda reportaj yayımlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Orsis   Rusiya   Qalmaqal  

Ermənistan BQ rəsmisi “Orsis”lə bağlı reportajı təkzib edir

2020/02/23423-1581580497.jpg
Oxunub: 878     12:25     13 Fevral 2020    