“Paşinyan “Sasna Tsrer”in terrorçu olmadığını bəyan edib” - ETİRAZ

2020/02/45645-1581578257.jpg
Oxunub: 760     11:48     13 Fevral 2020    
Ötən gün Ermənsitanın “Sasna Tsrer” partiyasının üzvləri İrəvan-Gümri avtomobil yolunu bağlayaraq etiraz aksiyası təşkil ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları “Sasna Tsrer”in üzvləri Armen Bilyan və Smbat Barseğyanın sərbəst buraxılmasını tələb ediblər.

Aksiya Şirak əyalətindəki Artik kəndinin magistral yolunda baş verib, çünki “Sasna Tsrer” üzvü Smbat Barseğyan həmin bölgədəndir və kənd icmasının sakinləri də aksiyaya dəstək olmağa gəlib.

Etirazçılardan biri Armen Bilyan və Smbat Barseğyanın cinayətkar olmadığını qeyd edib.

“Hər bir vətəndaşın mənəvi haqqı olan üsyan etmək üzrə təbii hüququndan istifadə ediblər, buna görə üsyançılar qanun qarşısında günahsızdırlar və azad edilməlidirlər”, - deyə etirazçılardan biri bildirib.

Etrizaçı başqa bir şəxs onların qanunsuz həbs edildiklərindən şikayətlənib.

“Ədalət işləmir, məhkəmələr işləmir. Bizim borcumuz dostlarımızı ən qısa müddətdə həbsdən azad etməkdir”, - deyə o bildirib.

Onlardan biri xatırladıb ki, artıq Paşinyan “Sasna Tsrer”in terrorçu olmadığını bəyan edib.

“İnqilab öz normal axarından yayınıb. Əgər “Sasna Tsrer” tezliklə azadlığa buraxılmasa, bu, cənab Paşinyanın oyunu itirdiyi demək olacaq. Cənab Paşinyan, çağırış edirik, tələb edirik, ayıl”, - deyə etirazçılardan biri bildirib.

Qeyd edək ki, 2018-ci ildə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri üzrə Departamentinin rəhbəri Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk İrəvanda Ermənistan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş keçirmişdi. Avropa rəsmilər görüş zamanı Ermənistana siyasi məhbusların siyahısını təqdim edib. Siyahıda “Sasna Tsrer” qruplaşmasının yalnız bir üzvünün adı olub. Digərləri isə terrorçu qruplaşma üzvü sayıldığı üçün siyahıya salınmayıb.

Qeyd edək ki, “Sasna Tsrer” qruplaşması 2016-cı il iyulun 17-də İrəvanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eğiazaryan da olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sasna-Tsrer   Terror   Etiraz  

“Paşinyan “Sasna Tsrer”in terrorçu olmadığını bəyan edib” - ETİRAZ

2020/02/45645-1581578257.jpg
Oxunub: 763     11:48     13 Fevral 2020    