Erməni deputatdan Paşinyana: “Orduda nə baş verir, son 13 gündə 7 ölüm qeydə alınıb”

2020/02/17261-1581577959.jpg
Oxunub: 1444     11:31     13 Fevral 2020    
Fevralın 12-də Ermənistan parlamentində hökumətin sual-cavab iclasında millət vəkili Arman Babacanyanın ilk sualı Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında 29-30 yanvar tarixlərində baş tutan və təxminən 11 saat davam edən Dağlıq Qarabağ ətrafında danışıqlar prosesi məsələsinə aid olub.

“Prosesin indiki mərhələsinə münasibətiniz necədir? Bu qədər uzun danışıqların mövzusu nə olub?”, - deyə o bildirib.

Deputatın ikinci sualı orduda baş verənlərə aid olub.

“43 gündə 10 nəfər qeyri döyüş itkimiz olub, son 13 gündə isə 7 itki vermişik, artıq bu sizin şəxsi diqqətinizdə olan məsələyə çevrilməlidir. Yanvarın 28-də olduqca anlaşılmaz şəkildə hərbi polis rəisi Artur Bağdasaryana “general-mayor” rütbəsi verdiniz, bunun səbəbini bilmirik. Həmçinin, bununla bağlı açıqlama verməlisiniz”, - deyə Babacanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni deputatdan Paşinyana: “Orduda nə baş verir, son 13 gündə 7 ölüm qeydə alınıb”

2020/02/17261-1581577959.jpg
Oxunub: 1447     11:31     13 Fevral 2020    