Onlar Vətənin müdafiəsinə bu cür hazırlanır - FOTOLAR (VİDEO)

2020/02/1-1581577752.jpg
Oxunub: 1273     11:15     13 Fevral 2020    
Hər bir vətəndaşın milli ruhda böyüməsi,vətənpərvər olması və ən əsası Vətənin keşiyində dayanmaq üçün nəzəri və təcrübi biliklərə malik olması əsas şərtlərdəndir. Bu bilik və bacarıqlar isə tədris müəssisələrində öyrədilir. Gənclərin Çağırışa Qədərki Hazırlığı fənni bu gün məhz bu istiqamətdə tədris edilir. Orta məktəblərdə olduğu kimi peşə liseylərində də bu fənnin tədrisinə xüsusi yer ayrılır.

Müharibə şəraitində yaşayan ölkəmizin cəbhə rayonu olan Tovuzda isə xüsusən hərb sənətini dərindən öyrənilir. Tovuz Peşə Liseyi də tələbələrə nəzəri bilikləri mənimsətməklə yanaşı əllərindəki əyani vəsaitlərlə şərti tapşırıqlar yerinə yetirib, döyüş anını əyani görürlər. Təhsil müəssisəsinin hərb müəllimi ehtiyatda olan kapitan Nizami Cəfərov tələbələrin bu fənni xüsusi mənimsəməsi üçün əlindən gələni edir. Bu gün isə bu cür təlimlər əlamətdar günə düşüb. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı günə təsadüf edib.

Qurumun Tovuz rayon şöbəsinin rəisi mayor Ceyhun Əliyev də tələbələrin göstərdiyi bilik və bacarıqları yaxından izləyib və onlara gələcək əsgəri həyatlarında uğur arzu edib, vətənin keşiyində mətin dayanmağı tövsiyyə edib.

Tələbələrin bugünkü dərsi tank əlehinə minalar və düşmənin canlı qüvvəsini məhv etmək üçün qumbara atışlarını icra etməkdən ibarət olub. Bununla yanaşı TİR-dən yaxın məsafəyə atışlar da icra edilib. Eyni zamanda müxtəlif xəndəklər qazılıb və şərti düşmənin zirehli texnika və canlı qüvvəsini zərərsizləşdirmək yolları öyrədilib. Bundan əlavə ehtiyatda olan hərbçilər də döyüş zamanı gördüklərini tələbələrlə bölüşüb, onlara ani bir səhvin və yalnış verilən qərarın məğlubiyyət və ölümlə nəticələnəcəyini izah ediblər.

Bilik və bacarıqlarını daha qabarıq və səlist nümayiş etdirən tələbələrə fəxri fərman və müxtəlif hədiyyələr təqdim edilib. Daha sonra tələbələr müxtəlif qruplara bölünüb. Hər bir qrupun adı isə bir şəhidin adı ilə bağlı olub. Yarışın ən maraqlı tərəflərindən biri də tələbələrin məlumat lövhəsinə yazdığı şüarlar olub. Onlar qeyd ediblər ki, “Bu yarışda uduzan yoxdur, qalib VƏTƏNDİR!!!”, “Orduda xidmət etmək hər bir gəncin şərəf və BORCUDUR!!!”, “Vətən sərhəddən BAŞLAYIR!!!”, “Ən güclü silah VƏTƏNPƏRVƏRLİKDİR!!!”, “Qəhrəman olmaya bilərsən, lakin layiqli vətəndaş OLMALISAN!!!”, “Bəs sən, vətən üçün nə ETMİSƏN?!”, “Qarabağ bizi ÇAĞIRIR!!!”, “Qarabağ AZƏRBAYCANDIR!!!”, “Vətəni sevmək azdır, VƏTƏNİN olasan GƏRƏK!!!”, “Tovuz Peşə Liseyinin tələbələri həmişə vətənin müdafiəsinə hazırdır!!!”.

Liseyin direktoru Tanrıverdiyev Tanrıverdi bu cür praktiki dərslərin tez-tez təşkil edildiyini və bundan sonra da imkanlardan istifadə edib, tələbələri real döyüşçülərlə görüşdürməyin labüd olduğunu vurğulayıb.

Ehtiyatda olan kapitan liseyin hərb müəllimi Nizami Cəfərov isə öyrətidiyi hər bir dərsin, əyani biliklərin onların gələcək həyatları üçün olduqca vacib olduğunu vurğulayır. Müəllim hesab edir ki, bu gün yenidən elan edilməmiş müharibə başlasa, bu və bunun kimi tələbələr azından avtomatın təyinatı barədə məlumatlı olacaq,texnikaları və mərmiləri tanıya biləcəklər. Bu onların gələcəkdə həqiqi hərbi xidmətində də müsbət təsirlər göstərəcək.

Tələbə Rüstəmov Rəşad da ona öyrədilən məlumatları daha dərindən mənimsədiyini və gələcək həyatında məharətlə istifadə edəcəyini bildirib. Bu gün ordu sıralarında tovuzlular faiz etibarı ilə çoxluq təşkil edir. Şagirdlərin isə məktəb vaxtından bu cür biliklərə yiyələnməsi təqdirəlayiq hesab edilir.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səfərbərlik   Ordu   Gənclər   Çağırış  

Onlar Vətənin müdafiəsinə bu cür hazırlanır - FOTOLAR (VİDEO)

2020/02/1-1581577752.jpg
Oxunub: 1276     11:15     13 Fevral 2020    