“Azərbaycan Ordusu” qəzetinin yaranmasının 28 illiyinə həsr olunmuş tədbir keçirilib

2020/02/c06a2-1581516154.jpg
Oxunub: 1507     18:01     12 Fevral 2020    
Müdafiə Nazirliyinin orqanı “Azərbaycan Ordusu” qəzetinin 28 illiyinə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tədbirdə çıxış edənlər qəzetin yaranma ideyası və tarixi, fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi haqqında ətraflı məlumat verərək, qəzetin yaranma günü münasibətilə bütün əməkdaşları təbrik ediblər.

Qeyd edilib ki, 28 illiyi qeyd edilən, Azərbaycanın mətbuat məkanında hər zaman özünə layiqli yer tutan “Azərbaycan Ordusu” qəzeti, Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adıyla 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb.

“Azərbaycan Ordusu” qəzeti yarandığı gündən Qarabağ müharibəsi, o cümlədən cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayıb və müasir dövrə kimi Ordumuzun uğurlarını işıqlandırmaqla, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsinə xidmət edib.

Tədbirin sonunda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən redaksiyanın əməkdaşlarına “Fəxri Fərman” və qiymətli hədiyyələr təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Qəzet  

“Azərbaycan Ordusu” qəzetinin yaranmasının 28 illiyinə həsr olunmuş tədbir keçirilib

2020/02/c06a2-1581516154.jpg
Oxunub: 1510     18:01     12 Fevral 2020    