Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş əsgərlər hərbi andı qəbul ediblər

2020/02/32432-1581516024.jpg
Oxunub: 1499     17:48     12 Fevral 2020    
Fevralın 12-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, mərasimdə Daxili Qoşunlar komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.

Tədbir Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi Göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Hərbi hissə komandirinin vəzifələrini müvəqqəti icra edən polkovnik-leytenant Telman Həsənov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.

Gənc əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Sonra Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrik çatdırılıb.

Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edilib. Məktubda, həmçinin, Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.

Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Silahlı Qüvvələrin Ali Baş Komandanına, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Daxili-Qoşunlar   Hərbi-and  

Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş əsgərlər hərbi andı qəbul ediblər

2020/02/32432-1581516024.jpg
Oxunub: 1500     17:48     12 Fevral 2020    