Sabiq erməni deputat: “Paşinyan yenidən küçədə sevdiyi yerində olacaq”

2020/02/defau-1581500755.jpg
Oxunub: 1199     16:43     12 Fevral 2020    
“Bizim hüquqşünaslara, hüquqşünasların böyük ordusuna inanmamaq üçün hər hansı səbəbimiz yoxdur və bu diletantlar qrupuna inanmaq üçün hər hansı səbəb olmayacaq. Onların öz rəhbəri ilə birlikdə yalnız bir məqsədi var, Konstitusiya sistemini ləğv etmək, bu məhkəməni ləğv etmək, insanları istədikləri insanlarla dəyişmək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının keçmiş deputatı Karine Atsemyan aprelin 5-də baş tutacaq referenduma toxunarkən bildirib.

O, aprelin 5-də baş tutacaq referendumun anti-dövlət və anti-konstitusion addım olduğunu vurğulayıb.

“Onlar artıq referendum barədə qanunu pozaraq təşviqat kampaniyasına keçiblər, artıq öz elementlərindədirlər, bütün bu edilənlər təhqirdir, bu sahədə onların rəqibləri yoxdur və ola da bilməz. Referendum elə bir prosesdir ki, Nikol Paşinyan yenidən küçədə sevdiyi yerində olacaq, bağıracaqlar, onların bütün düşməni və nifrəti yenidən yaranacaq”, - deyə Atsemyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Xaos  

Sabiq erməni deputat: “Paşinyan yenidən küçədə sevdiyi yerində olacaq”

2020/02/defau-1581500755.jpg
Oxunub: 1200     16:43     12 Fevral 2020    