Erməni politoloq: “Ermənistan orta əsrlər diktaturası caynaqlarına düşəcək”

2019/04/45645-1554276483.jpg
Oxunub: 1241     17:40     12 Fevral 2020    
“Beləliklə, Ermənistan prezidenti referendum keçirmək barədə öz fərmanını imzalayaraq faktiki olaraq konstitusiya sistemini pozanların sırasına düşdü”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Yervand Bozoyan deyib.

O qeyd edib ki, Paşinyanın məqsədi Konstitusiya Məhkəməsini öz nəzarəti altına götürmək və ölkədə mütləq birhakimiyyətlilik qurmaqdır.

“Onun bu addımının 2018-ci ilin “inqilab” idealları ilə heç bir əlaqəsi yoxdur, ictimaiyyətin şüurlu hissəsinin böyük əksəriyyəti bunu başa düşür. Bəs bütün bunlar nəyə gətirib çıxara bilər? Paşinyan əslində Ermənistanda öz mütləq birhakimiyyətliliyini qurmaq istəyir. Əgər Paşinyançı referendum qəbul olunsa, Ermənistan orta əsrlər diktaturası caynaqlarına düşəcək”, - deyə Bozoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   KM  

Erməni politoloq: “Ermənistan orta əsrlər diktaturası caynaqlarına düşəcək”

2019/04/45645-1554276483.jpg
Oxunub: 1242     17:40     12 Fevral 2020    