Esper Filippinin hərbi paktı ləğv etməsi barədə qərarının yanlış olduğunu bildirib

2020/02/32423-1581500067.jpg
Oxunub: 850     14:32     12 Fevral 2020    
ABŞ Müdafiə naziri Mark Esper Filippinin təhlükəsizlik paktını ləğv etməsi barədə addımını səhv istiqamətdə atılmış addım kimi qiymətləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Filippinin ABŞ və müttəfiqlərinin Çini beynəlxalq normalara riayət etməyə məcbur etdiyi bir vaxtda belə bir addım atmasının “uğursuz” olduğunu qeyd edib.

Qeyd edək ki, Filippin ABŞ tərəfini iki ölkə arasında mövcud olan təhlükəsizlik paktının ləğvi barədə xəbərdar edib. Həmin pakt ABŞ hərbiçilərinə bu ölkəni ziyarət etmək hüququ verir. Filippin Prezidenti Rodriqo Duterte ötən ay ABŞ-ın filippinli senatora viza verməkdən imtina etməsindən sonra əlaqədar strukturlara paktın ləğvinin araşdırılmasını tapşırıb.

Xatırladaq ki, soyuq müharibə illərində Filippində yerləşdirilmiş ABŞ qoşunları sonradan tamamilə bu ölkədən çıxarılıb. Bundan sonra ABŞ qoşunları yalnız birgə təlimlərdə iştirak etmək üçün Filippinə gəliblər.

Bildirilir ki, paktın qüvvədən düşməsi Çinin Cənub Çin dənizində fəallaşması ilə əlaqədar iki ölkənin təşkil etdiyi birgə hərbi təlimlərin təşkilinə də öz təsirini göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Esper   Filippin  

Esper Filippinin hərbi paktı ləğv etməsi barədə qərarının yanlış olduğunu bildirib

2020/02/32423-1581500067.jpg
Oxunub: 851     14:32     12 Fevral 2020    