Ermənistan ordusunda ötən il qeydə alınan cinayət hadisələri

2019/01/465_1-1548076863.jpg
Oxunub: 1014     14:23     12 Fevral 2020    
Dünən Ermənistanın Baş prokuroru Artur Davtyan tərəfindən keçirilmiş müşavirə zamanı Hərbi Prokurorluğun fəaliyyətlərinə yekun vurulub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müşavirədə, həmçinin Ermənistan Müdafiə naziri Davit Tonoyan, Mərkəzi Hərbi Prokurorluq və qarnizon prokurorları, eləcə də Ermənistan Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Hərbi Polisindən nümayəndələr iştirak ediblər.

Qeyd olunub ki, 2019-cu ildə Ermənistan Silahlı Qüvvələrində 929 cinayət hadisəsi qeydə alınıb, bunlardan 556-sı və ya 59,8 faizi hərbi, 373-ü və ya 40,1 faizi ümumi xarakterli olub.

Müşavirə zamanı bildirilib ki, 2018-ci ildə zabitlər tərəfindən həyata keçirilmiş 263 cinayət hadisəsi baş verib, 2019-cu ildə isə bu rəqəm 176 olaraq müəyyənləşdirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

Ermənistan ordusunda ötən il qeydə alınan cinayət hadisələri

2019/01/465_1-1548076863.jpg
Oxunub: 1015     14:23     12 Fevral 2020    