Ermənistan MN-də yeni skandal: Polkovnikin gizli biznesi

2020/02/img-1581497997.jpg
Oxunub: 1135     12:46     12 Fevral 2020    
Ermənistan Müdafiə Nazirliyində yeni skandal yetişir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin topoqrafiya bölməsinin rəisi, polkovnik Artur Qalstyan barəsində araşdırma aparılıb və yeni açıqlamalar əldə edilib.

Polkovnik Qalstyan 2018-2019-cu ildə Ermənistan Müdafiə Nazirliyinin ehtiyacları üçün bir neçə 100 ədəd naviqasiya cihazı almaqla bağlı ikimərhələli müsabiqə elan edib.

İkimərhələli şəkildə keçirilmiş müsabiqədə iştirak etmiş və qalib gəlmiş şirkətlər bəzi hallarda rəqabətdən kənarda qalıb. Polkovnik Qalstyan yenidən Ermənistan Müdafiə Nazirliyinin ehtiyacları üçün müsabiqə barədə elan verib. Müsabiqədə Qalstyanın həyat yoldaşının bacısı Kristine Mesropyana aid olan “Qeoşin qrup” şirkəti də iştirak edib və məhz həmin şirkətlə təxminən 30 milyon dramlıq müqavilə imzalanıb.

“Ümumiyyətlə əlaqəm yoxdur, bununla maddi-texniki təminat departamenti məşğul olur, mən nə komissiya üzvüyəm, nə də bəyannamə hazırlayan şəxsəm”, - deyə Qalstyan bildirib.

Polkovnik əlaqəsini təkzib etsə də, Ermənistan Müdafiə Nazirliyində şübhə edirlər ki, Qalstyan qohumları vasitəsilə nazirlikdə biznes həyata keçirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müdafiə-nazirliyi   Qalmaqal  

Ermənistan MN-də yeni skandal: Polkovnikin gizli biznesi

2020/02/img-1581497997.jpg
Oxunub: 1136     12:46     12 Fevral 2020    