Paşinyanın məğlubiyyətə aparan qələbəsi

2020/02/fb424-1581493370.jpg
Oxunub: 1292     15:42     12 Fevral 2020    
Məlum olduğu kimi aprelin 5-də Ermənistanda Konstitusiya Məhkəməsi məsələsi ilə bağlı referendum keçirilməsi planlaşdırılır.

Ermənistanın “Politik.am” nəşri yazır ki, artıq, sanki “Bəli” düşərgəsi formalaşır.

“Suren Papikyanın “Bəli” kampaniyasına rəhbərlik edəcəyi də məlumdur. Qeyri-hökumət düşərgəsində isə sanki tələsmədikləri görünür. İstər parlament olsun, istərsə də parlamentdənkənar, keçmiş hakimiyyət və müxalifət, düşərgəsi “Xeyr” hərəkatına rəhbərlik etməyə tələsmirlər. “Facebook”da “Xeyr” kampaniyasına kimin rəhbərlik edəcəyi ilə bağlı bir sual olsa da, suala cavab hələki yoxdur.

Əslində bu düzgün taktikadır. Məsələn, qeyri-hakmiyyət qüvvələrdən və ya keçmiş hökumət düşərgələrindən hər hansı biri “Xeyr” üzvlərinə rəhbərlik edərsə, bu, şübhəsiz ki, Paşinyan üçün təbliğat mövzusunu təmin etmiş olacaq, çünki hamımız başa düşürük ki, referendum kampaniyası zamanı Paşinyan, əsasən əvvəlki hakimiyyətin geri qayıtmasının qarşısını almaq, onlara qara yaxmaq kimi mövzulardan geniş bəhrələnəcək. O, “Xeyr” tərəfdarlarına, dövlət əleyhinə anti-millətçi açıqlamalar və digər tezislərlə diqqət yönəldəcək. Əgər, “Xeyr” düşərgəsindən heç kim danışmazsa, Paşinyan tək aktyor tamaşasını oynamalı olacaq, bu halda isə “siyasi onanizm”lə məşğul olma vəziyyətinə bərabər olacaq.

Kənd təsərrüfatı işləri bir neçə gündən sonra başlayacaq və insanların, şübhəsiz ki, Paşinyanın siyasi şousunda iştirak etməyə vaxtları olmayacaq.

“Xeyr” düşərgəsinin hərəkətsizliyi, ictimaiyyət tərəfindən 2 il əvvəl verdiyi vədlərin nə olduğu barədə də hakimiyyəti sual altına qoyacağı məqam yetişəcək. Bu vəziyyətdə Paşinyanın təbliğatı olduqca gülməli olacaq. Qarşıdakı referendumda Paşinyanın qələbəsi “Pirus zəfərinə” bənzər kimi olacaq, o, heç nə naminə böyük itki verəcək. Siyasi arena bu taktikanı sanki yaxşı başa düşüb və təsadüfi deyildi ki, bu gün “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan “Xeyr” kampaniyasına qatılmayacaqlarını və digər siyasi qüvvələrə də eyni şeyi tövsiyə etdiklərini açıqlayıb”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   KM   Xaos  

Paşinyanın məğlubiyyətə aparan qələbəsi

2020/02/fb424-1581493370.jpg
Oxunub: 1293     15:42     12 Fevral 2020    