Rusiya ordusunda “Vityaz”: Gözlənilən nəticələr

2020/02/56756-1581491379.jpg
Oxunub: 1032     10:57     12 Fevral 2020    
“Almaz-Antey” Konserninin təmsil etdiyi Rusiya müdafiə sənayesi orduya ilk perspektivli S-350 “Vityaz” zenit-raket sistemini təhvil verdi. Planlaşdırıldığı kimi, hava hücumundan müdafiə sistemi keçən ilin sonuna qədər qoşunlara çatdırıldı və tezliklə istismarına başlanmalıdır. Bundan əlavə, tezliklə orduya yeni “Vityaz” dəstləri veriləcək ki, bu da hava hücumundan və raket əleyhinə müdafiə qoşunlarının müvafiq bölmələrinin yenidən silahlanmasına imkan verəcək.

İlk dəst

Dekabrın 23-də “Almaz-Antey” konsernin mətbuat xidməti S-350 layihəsi kontekstində baş verən son hadisələri açıqladı. Həştərxan vilayətinin Kapustin Yar təlim poliqonunda hava hücumundan müdafiə sistemlərinin hazır modelinin təhvil verilməsindən əvvəl bütün lazımi tədbirlər görüldü. Ordu və sənaye birgə qəbul sınaqlarını keçirdi, bu müddət ərzində S-350 öz imkanlarını nümayiş etdirdi.

2013-cü ildə 50P6A atıcı qurğusunun ilk prototipi

Bundan sonra sistemin təhvil verilməsi mərasimi baş tutdu. Qurum nümayəndələri qəbul haqqında aktı imzaladılar. Bu hadisə “Vityaz” tarixində bir mərhələyə son qoydu, sonrakılar üçün isə bir başlanğıc oldu.

Bu ilin əvvəlində yeni tip hava hücumundan müdafiə sistemlərinin ilk nümunəsinin seriyalı avadanlıqlarda işləyəcək heyətlərin hazırlanması üçün nəzərdə tutulduğu bildirildi. “Vityaz” ZRS-in ilk operatoru Leninqrad vilayətindəki Hərbi Kosmik Qüvvələrin zenit-raket qoşunlarının Təlim Mərkəzi olacaq.

Tədris mərkəzi yeni texnologiya əldə edərək onu mənimsəyəcək. Eyni zamanda “Almaz-Antey” Konserni perspektivli hava hücumundan müdafiə sistemlərinin kütləvi istehsalını davam etdirəcək. Gələcəkdə bu texnika köhnə nümunələri əvəz etmək üçün hərbi hissələrə göndəriləcək.

İnkişaf prosesi

“Vityaz” layihəsinin təcrübə-konstruktor işləri 2007-ci ildən bəri Rusiya Müdafiə Nazirliyinin maraqları naminə aparılır. Ordu “Almaz-Antey” konserninin aktual inkişafları ilə tanış olduqdan sonra, bunlara əsaslanan yeni hava hücumundan müdafiə sistemi əldə etmək istəyini bildirdi. Kompleksin dizaynı bir neçə il çəkdi.

Onilliyin əvvəlində konsern gələcək hava hücumundan müdafiə sisteminin müxtəlif komponentlərini sınaqdan keçirdi və 2012-13-cü illərdə ilk eksperimental kompleksi hazırladı. 2013-cü ildə S-350 sisteminin vasitələri ilk dəfə açıq tədbirdə publikaya təqdim edildi. Eyni dövrdə bütövlükdə “Vityaz” sisteminin poliqon sınaqları başladı.

Əvvəlcə sınaqların başa çatması və S-350 hava hücumundan müdafiə sistemlərinin oniliyin ortalarına qədər kütləvi istehsal səviyyəsinə gətirilməsi nəzərdə tutulurdu. Lakin həmişəki kimi layihə üzərində işlər uzandı, bəzi yeni komponentlər isə yenidən hazırlandı. Dövlət sınaqları mərhələsi yalnız 2019-cu ilin yazında tamamlandı. Müddətin bu qədər uzanmasına baxmayaraq, nəticədə zəruri komponentlərə və imkanlara malik hava hücumundan müdafiə sistemi əldə edildi.

50K6 idarəetmə məntəqəsi

Bu ilin yazında ilk seriyalı “Vityaz” ZRS-in istehsalına başlanıldığı bildirildi. Bu dəstin təlim mərkəzinə verilməsi planlaşdırılırdı. Lakin bir neçə gün əvvəl onu təhvil-təslim slnaqlarından keçirib orduya təhvil verdilər.

Yeni imkanlar

Məlumatlara görə, S-350 “Vityaz” hava hücumundan müdafiə sistemi müxtəlif məqsədlər üçün bir neçə komponentdən ibarətdir. Bunlara 50N6A çoxfunksiyalı RLS, 50K6A döyüş idarəetmə məntəqəsi, 50P6A özüyeriyən atıcı qurğusu və 3 tip idarəolunan zenit raketləri aiddir. Bir idarəetmə məntəqəsi olan ZRS batareyası iki PLS-ə və səkkiz atıcı qurğuya malikdir.

Kompleksin əsas elementləri yüksək hərəkətliliyi təmin edən özüyeriyən şassilər üzərində hazırlanıb. Döyüş mövqeyinə yerləşdirmə təxminən 5 dəqiqə çəkir. Avadanlıqlar həm avtomobil yollarında, həm də kobud yolsuzluq şəratində hərəkət edə bilir.

RLS və idarəetmə məntəqəsi hava vəziyyətinin izlənilməsini, hədəflərin axtarılmasını və atəş üçün məlumatların verilməsini təmin edir. 50N6A və 50K6A avadanlıqlarına malik kompleks eyni vaxtda 16 aerodinamik və ya 12-yə qədər ballistik hədəfə atəş aça bilir. Hər bir hədəfə 2 ədəd zenit raketi tuşlanır.

S-350 sisteminin əhəmiyyətli xüsusiyyətlərindən biri müxtəlif problemləri həll etmək üçün 3 növ raketə malik olmasıdır. Sursat dəstinə müxtəlif xüsusiyyətlərə malik 9M100, 9M96 və 9M96M2 raketləri daxildir. Onların köməyi ilə hədəflərin 10-15 ilə 100-120 km diapazonda məhv edildiyi iddia edilir. Raketlərin növündən asılı olaraq məhvetmə yüksəkliyi 5 m-dən 20-30 km-ə qədər dəyişir.

50P6A döyüş maşını 12 nəqliyyat-atıcı raket konteynerlərini sabit bərkitmək üçün avadanlıqları və qaldırıcı mexanizmi olan atıcı qurğuya malikdir. Beləliklə, batareyanın ümumi sursat dəsti yüksək döyüş keyfiyyətlərini təmin edə bilən 96 raketdən ibarət ola bilər.

Məqsəd və vəzifələri

“Vityaz” hava hücumundan müdafiə sistemi S-300P ailəsinin köhnə sistemlərinin müasir bir əvəzedicisi kimi yaradılıb. Baş verən münaqişələr, təlimlər və s. göstərdi ki, bu ailənin əvvəlki nümunələri artıq mövcud tələblərə cavab vermir. Bu isə tamamilə yeni bir kompleksin hazırlanması üçün sifarişin meydana çıxmasına səbəb oldu. S-350 kompleksinin kütləvi istehsal tempi imkan versə, Rusiya ordusu və müttəfiqləri köhnə hava hücumundan müdafiə sistemlərini tədricən dəyişə biləcək.

Bunun üçün Rusiya ordusuna ən azı onlarla S-350 “Vityaz” hava hücumundan müdafiə sisteminin əldə edilməsi vacibdir. Onların istehsalı həm illərlə çəkəcək, həm də ciddi maliyyə resursları tələb edəcək. Hava hücumundan və raketdən müdafiə qoşunlarının yenidən təchiz edilməsi hazırkı dövlət silahlanma proqramında nəzərdə tutulur. Bu istiqamətdə ilk addım da atılıb, müdafiə sahəsində yeni imkanlar əldə etməyə imkan verən “Vityaz” ZRS-in ilk seriya nümunəsi sifarişçiyə də təhvil verilib. Qalan məsələləri isə zaman göstərəcək.

Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vityaz   ZRS   Rusiya  

Rusiya ordusunda “Vityaz”: Gözlənilən nəticələr

2020/02/56756-1581491379.jpg
Oxunub: 1033     10:57     12 Fevral 2020    