“Vətən qarşısında məsuliyyətimizi dərk edirik”

2020/02/08db8-1581487777.jpg
Oxunub: 1031     12:27     12 Fevral 2020    
Müasir dünyada nəqliyyat spesifik sahə kimi dövlətlərarası iqtisadi proseslərdə mühüm əhəmiyyət daşıyır. Nəqliyyat hər hansı bir məhsul istehsal etməsə də, təyinat funksiyasından asılı olaraq vətəndaşlara, cəmiyyətə, bütövlükdə dövlətə mühüm və zəruri xidmət göstərir.

Azərbaycan Ordusunda nəqliyyat fəaliyyət prosesinin mühüm sahələrindən biri kimi xarakterizə edilir.

Ön xətdə yerləşən "N" hərbi hissəsinin nəqliyyat strukturu ilə maraqlandıq. Zabit Xalid Abışov bildirdi ki, nəqliyyat hərbi hissənin hərəkətliyinin, həyat fəaliyyətinin əsas təminatçısıdır. "Bu təminat əldə olunmadan orduda inkişafdan danışmaq mümkün deyil. Müasir dövrdə təhlükəsizliyimizin və hərtərəfli inkişafımızın qarantı Azərbaycan Ordusudur. Bu gün ordumuz müharibə vəziyyətində olan ölkəmizin təhlükəsizliyində mühüm rol oynayır. Torpaqlarımızı işğalda saxlayan düşmənlərimizə qarşı hər an döyüş əməliyyatlarının başlanma ehtimalının olduğu bir dövrdə hərbi nəqliyyat da mühüm əhəmiyyət kəsb edir".

Zabitin sözünə qüvvət olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Vüsal Nəbiyev qeyd etdi ki, Azərbaycan Ordusunun şəxsi heyətinin nəqliyyat tələbatının ödənilməsi, şəxsi heyətin daşınmalarının həyata keçirilməsi məhz avtomobil nəqliyyatının müntəzəm fəaliyyət göstərməsindən əhəmiyyətli dərəcədə asılıdır.

“Avtomobil nəqliyyatının ahəngdar işi isə təbii ki, Azərbaycan Ordusunun gündəlik fəaliyyətini etibarlı şəkildə təmin edir", - deyə çavuş qeyd etdi.

Söhbətimiz soyuq bir qış gününə təsadüf etdiyindən hərbi qulluqçu bu fəsildə nəqliyyatı idarəetmənin xüsusiyyətlərindən və çətinliklərindən də söz açdı.

"Soyuq havalarda avtomobillərin mühərrikinin hərəkətli parçalarında olan aşınmalar yüksək səviyyədə olduğundan akkumlyatora daim diqqət yetirmək lazımdır. Bəzi sürücülər elə başa düşürlər ki, radiator heç vaxt donmur. Bu, səhv fikirdir. Radiatorda antifrizin miqdarı kifayət qədər deyilsə, radiatorla yanaşı, mühərrik də dona bilər", - deyə o bildirdi.

V.Nəbiyev onu da dedi ki, soyuq havalarda palçıq və yola səpilən duz mühərrikə zərər vurduğu üçün avtomobil tez-tez yuyulub təmizlənməlidir: "Avtomobili yumazdan öncə kobud buz və palçığın təzyiqli suyla təmizlənməsi lazımdır. Soyuq havalarda yanacaq daha tez bitir. Yəni, avtomobillər soyuq havada daha çox yanacaq sərf edir. Bunun səbəbi isə soyuq mühərrik yağının axıcılığını itirməsi və mühərrik içi müqavimətləri artırmasıdır. Buna görə də qış aylarında mühərrik və elektrik kabellərinə nizamlı olaraq baxmaq lazımdır”.

"Mən sürücü olmaqla yanaşı, hərbi qulluqçu olduğumu da yaddan çıxarmıram. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi nümunəvi, intizamlı olmaqla yanaşı, Vətən qarşısındakı borcumun məsuliyyətini də dərindən dərk edirəm", - deyə həmsöhbətim sözünə davam etdi.

"Vətənimizin dilbər guşəsi olan Dağlıq Qarabağ uzun illərdir ki, işğal altındadır. Şuşa, Xankəndi, Xocalı və digər yurd yerlərimiz bu gün də öz sakinlərini gözləyir. Bəzən yuxuda görürəm ki, idarə etdiyim avtomobillə Şuşanı, Xankəndini gəzirəm. İnanırıq ki, tezliklə həsrətini çəkdiyimiz, yuxularımızda qonaq olduğumuz torpaqlarımızı reallıqda gəzəcəyik".

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

“Vətən qarşısında məsuliyyətimizi dərk edirik”

2020/02/08db8-1581487777.jpg
Oxunub: 1032     12:27     12 Fevral 2020    