ABŞ prezidentinin müşaviri: ““Taliban”la razılaşmaya yaxınıq”

2020/02/40559-1581484612.jpg
Oxunub: 754     10:37     12 Fevral 2020    
ABŞ tezliklə “Taliban” qiyamçıları ilə razılığa gələ bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Оbrayn Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.

O qeyd edib ki, bu istiqamətdə böyük irəliləyiş əldə olunub.

"Düşünürəm ki, razılaşmaya yaxınlaşarıq. Fikrimcə, “Taliban” danışıqları davam etdirmək üçün müəyyən imkanlar tapacaq və nəticədə ciddi irəliləyişə nail olacağıq.

Yaxşı xəbərlər tezliklə açıqlana bilər. Bu zorakılığın azaldılması, Əfqanlararası danışıqları irəliyə aparmaq üçün vacibdir. Bir neçə gün və ya həftə gözləməliyik”, - deyə Оbrayn bildirib.

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması perspektivləri barədə danışarkən Trampın köməkçisi bunun yaxın gələcəkdə baş verməyəcəyini açıq şəkildə bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Taliban  

ABŞ prezidentinin müşaviri: ““Taliban”la razılaşmaya yaxınıq”

2020/02/40559-1581484612.jpg
Oxunub: 755     10:37     12 Fevral 2020    