Hərbi Akademiyada ingilis dili üzrə müəllim hazırlığı kursunun dinləyicilərinin buraxılış mərasimi keçirilib

2020/02/d2326-6325706168.jpg
Oxunub: 1488     17:07     11 Fevral 2020    
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində ingilis dili üzrə müəllim hazırlığı kursunun dinləyicilərinin buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra Hərbi Akademiyanın rəis müavini general-mayor Azər Əliyev ingilis dili üzrə müəllim hazırlığı kursunun əhəmiyyətindən və mahiyyətindən danışıb. O, qeyd edib ki, kurs müddətində dinləyicilərə ingilis dili üzrə müasir tədris metodologiyası öyrədilib, onların bilik və bacarıqları təkmilləşdirilib.

Sonda kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN   Hərbi-akademiya  

Hərbi Akademiyada ingilis dili üzrə müəllim hazırlığı kursunun dinləyicilərinin buraxılış mərasimi keçirilib

2020/02/d2326-6325706168.jpg
Oxunub: 1489     17:07     11 Fevral 2020    