Asimmetrik təhdidlərlə mübarizə aparmaq üçün ağıllı çaplar - ARAŞDIRMA (EKSPERT)

2020/02/1-1582611662.jpg
Oxunub: 2387     10:28     25 Fevral 2020    
Çox sayda müxtəlif növ döyüş sursatına malik bir döyüş maşınının olması bir tərəfdən müxtəlif növ hədəfləri vurmağa imkan verir, digər tərəfdən isə daşınan döyüş sursatının kütləsini ciddi şəkildə artırır. Silahları uyğun mərmilərlə yenidən yükləməyə sərf edilən vaxt itkisini də nəzərə almağa dəyər. Bundan əlavə, çox vaxt “ağıllı olmayan” mərmi istehlakı son hədəfi tək və effektiv atəşlə vuran “ağıllı” döyüş sursatları ilə müqayisə olunur. Bu xüsusilə müasir asimmetrik təhdidlərə, çox sayda miniatür Davidlərin hər hansı bir Qoliafı qırıntı metalına çevirdiyinə də aid edilir.

Ən ağıllıların axtarışında

Dünyanın bütün inkişaf etmiş ölkələri mini bomba ilə təchiz edilən dronlar, səyyar minaatan heyətləri, raket silahı ilə silahlanan və ya bir neçə yüz kiloqram partlayıcı ilə göyərtəsində bir fanatın olduğu sürətli katerlərə qarşı texnoloji cavab axtarmağa məcburdur. Tələb isə bildiyiniz kimi, təklif yaradır və indi artilleriya silahlarının, ilk növbədə kiçik və orta çapların, “intellektual” imkanlarının tədricən artması prosesinin şahidi oluruq.

Şrapnel mərmiləri uzaqdan havada partlatma texnologiyası ilə yenidən doğulur

Klassik qəlpəli döyüş sursatlarından qurtulmağın zamanının çatdığı, ilk dəfə keçən əsrin 60-cı illərində, mərmi partlayışının fizikası ətraflı araşdırıldıqdan sonra müzakirə edildi. Partlayış zamanı qəlpəli qumbaralar çox aşağı qəlpə sıxlığı yaradır, onların bəziləri isə havaya uçur və ya torpağa girir.Təmasda olmayan partlayıcılar vəziyyəti bir qədər dəyişdirsələr də, bu kardinal dəyişiklik olmadı: bəzi qəlpələr yenə də hədəfin üstündən və yanında keçirdi. Qəlpələnmə sahəsi əslində təsadüfi idi, çünki partlayışın ilk anında ona mənfi təsir göstərən mərmi korpusunda uzununa çatlar meydana gəlirdi. Bu çatlar korpusun bütün kütləsinin 80%-ni təşkil edən uzun və ağır qəlpələrin parçalarını təşkil edirdi.

Poladın optimal tərkibini təyin etmək üçün bir yol tapmağa çalışılırdı, lakin bu yol bir çox cəhətdən ölü dalana dirənirdi. Əvvəlcədən müəyyən edilən sarsıdıcı parametrlərə malik olan mərmi korpusları isə partlayış gücününün azalmasına, istehsal xərclərinin isə artmasına səbəb olurdu. Vyetnamın su basmış düyü tarlalarında, Orta Şərqin çöllərində və aşağı Mesopotamiyanın bataqlıq torpaqlarında özünü yaxşı tərəfdən göstərməyən zərbə tipli partlayıcılar da işə yaramırdı.

Buna görə mühəndislər İkinci Dünya müharibəsindən əvvəl uğurla dəfn etdikləri şrapnel döyüş sursatlarını canlandırmaq qərarına gəldilər. 60-cı illərdə artilleriya üçün tank əleyhinə silahların heyətlərindən, fərdi zirehlərlə qorunan əsgərlərə və gəmi əleyhinə qanadlı raketlərə kimi kiçik ölçülü yeni hədəflər ortaya çıxardı.

Şrapnel sursatına kömək etmək üçün, elementlərin parçalanma təsirini əhəmiyyətli dərəcədə artıran volfram və urana əsaslanan yeni ərintilər yarandı. Beləliklə, silahlarının effektivliyini yaxşılaşdırmaq məsələlərində təcrübəli olan amerikalılar ilk dəfə hər biri 0.7 qramdan 1.5 qrama qədər ağırlıqda ox formalı məhvetmə elementləri olan sursatlardan istifadə etdilər. Hər bir mərmidə mövcud olan 10000-ə qədər oxlar detonasiya zaman 200 m/s-ə qədər sürətlənirdi. Oxları daha yüksək göstəriciyə qədər sürətləndirmək təhlükəli idi: güclü partlayış nəticəsində elementlərin özünün məhv olma ehtimalı yüksək idi.

Tədricən, yeni şrapnelin təkamülü 20 mm-lik silahlar üçün kiçik çaplı döyüş sursatlarının meydana gəlməsinə səbəb oldu. Bunlardan biri də almanların “Rh202” və “Rh200” topları üçün hazırlanan 118 q kütləyə malik DM111 mərmiləri oldu. Onların hər biri 2 mm qalınlığında dural lövhəyə nüfuz edə bilən 120 kürədən ibarət idi. SSRİ-də oxşar vəzifə üçün 30 mm-lik mərmi nəzərdə tutulurdu, bunların hər birində 3.5 g olan 28 qəlpə yerləşirdi. Bu sursatlar GŞ-30, -301, -30K təyyarə silahları üçün hazırlanırdı, onların fərqləndirici xüsusiyyəti 800 ilə 1700 m məsafədə barıt yükünün sabit intervalla detonasiya etməsi və şrapnellərin 8 dərəcə bucaq altında səpələnməsi idi.

Yəqin ki, ən qabaqcıl şrapnel mərmilərindən biri, “Oerlikon”un İsveçrədə istehsal edilən AHEAD sursatlarıdır. Bu sursatlardan biri olan 35 mm-lik “Contraves AG” sadə bir artilleriya “intellektualı”nın bəzi xasiyyətlərinə malik idi. Mərminin arxa hissəsində yalnız müəyyən bir zamanda işə düşən elektron qoruyucu yerləşir. Belə bir sursatlardan atəş açmaq üçün artilleriya qurğularında məsafəölçən, ballistik kompüter, giriş kanalı və s. olmalıdır. Giriş kanalı və ya induksiya proqramçısı üç solenoidə malikdir, onlardan ikisi mərminin uçuş sürətini ölçür, üçüncüsü isə partlayışın zaman parametrlərini uzaq qoruyucuya ötürür. Təqribən 1050 m/s mərmi sürətində, sürətin ölçülməsi, hesablanması və proqramlaşdırılması prosesləri 0.002 saniyədən az çəkir.

“Skyshield” hava hücumundan müdafiə sisteminin AHEAD mərmi istifadəsi variant

AHEAD (Advanced Hit Efficiency And Destruction - “Artan Dəqiqlik və Məhvetmə Effektivliyi”) zenit mərmiləri partlayaraq 152 ədəd volfram silindr tipli qəlpələri ilə 4 km məsafədə təyyarə, PUA və raketlərlə mübarizə aparmağa imkan verir. İsveçrə mərmilərinin istifadə etdiyi silah sistemlərinin tipik nümunələrinə 35 mm “Oerlikon 35/1000” avtomatik topu ilə təchiz olunan MANTIS, “Skyshield” və “Millennium” topları aid edilir.

Bu silahlar üç rejimdə klassik tək-tək, dəqiqədə 200 dəfə tək-tək və dəqiqədə 1000 dəfə avtomatik rejimlərdə atəş açmağa qadirdir. AHEAD 90-cı illərdə yenidən inkişaf etdirildi, bir çox modernizasiyalara məruz qaldı və faktiki olaraq KETF sursatlarının ((Kinetic Energy Timed Fuze), tez-tez onları AHEAD/KETF və ya ABM/KETF də adlandırırlar, bu sursatlar müvəqqəti qoruyucu ilə kinetik enerjiyə malikdir) yaradıcısı oldu.

Çap kiçilir

35 mm AHEAD çox böyük göründüyünə görə “Rheinmetall” NATO ölkələrində artıq istifadə olunan 30 mm PMC308 ağıllı döyüş sursatını təklif etdi. Belə sursatlar döyüş dəsti üçün əlavə həcm əldə etməyə imkan verdi. 35 mm sursat ilə müqayisədə 50%, 40 mm sursat ilə müqayisədə isə 75%-ə qədər əlavə həcm əldə edildiyi iddia edilir.

Sursatlar “Rheinmetall MK30-2/ABM1” və qədim alman tanrısı “Wotan” adı verilən silahlara da uyğun gəlir. Proqram qurğusuna lülənin ağzında deyil, sursatın tədarük mexanizmində sahib olan silahlar, məsələn, “Orbital ATK” şirkətinin 30 mm-lik “Mk44 Bushmaster II” topları da bu sursatdan istifadə etməkdə problem yaratmır. PMC308 şirkətinin hər biri 1,24 qram ağırlığında olan162 məhvetmə elementi ilə doldurulan “ağıllı” mərmiləri hədəfdən yayındıqda 8.2 saniyəlik uçuşdan sonra (bu müddət ərzində 4 km məsafə qət edilir) özünü məhv edir.

Bəlkə də təsvir olunan sursatlarda ən yüksək texnoloji element həm 35 mm, həm də 30 mm AHEAD/KETF üçün tətbiq edilən miniatür arxa qoruyucu cihazıdır. Onun tərkibinə təmasda olmayan bir proqramlaşdırıcının sarğısı, enerji qaynağı olan elektron cihaz, partladıcı, detonatora malik təhlükəsiz icra mexanizmi və 0.5 q partlayıcıdan ibarət çıxış yükü daxildir.

Bu vəziyyətdə enerji mənbəyi olan generator atəş enerjisi yükləndikdə fəaliyyətə başlayır - bu, döyüş dəsti yığınında gözləmə rejimində enerji istehlakına qənaət etməyə imkan verir. Elektronikada maraqlı bir qoruyucu da mövcuddur, bu, sursata lülə kanalından çıxdıqdan 64 ms-dən tez partlayışın baş verməsini proqramlaşdırmağa imkan vermir. Bu təxminən silahın ətrafında 70 metr radiusda öz qəlpələri tərəfindən məhv edilməyən “təhlükəsizlik zonası” yaradır. Əlbətdə ki, kontakt qoruyucusunun olmaması avtomatik silahın kol və sıx bitki arxasındakı hədəflərə qarşı tətbiqinə imkan verir. Ən başlıcası, 30 mm və 35 mm AHEAD/KETF sursatları iki rejimə malikdir. Birincisi, proqramlaşdırılan detonasiya məsafəsinə, ikincisi isə ümumiyyətlə proqramlaşdırılmayan rejimdir. Yəni bahalı bir mərmi ilə 24-40 mm kərpic divarlara yalnız kinetik enerji ilə nüfuz etmək mümkündür. Bu vəziyyətdə döyüş sursatı ölümcül qəlpələrini maneəyə nüfuz etdikdən sonra səpələyir.

Asimmetrik təhdidlərlə mübarizə aparmaq üçün ağıllı çaplar

Səkkiz IR detektoru olan 40 mm DM131 hava partlayış sursatı

Yeri gəlmişkən, lülə ağzının ucundakı və silah təchizatı mexanizmindəki proqramlaşdırıcılar silahın mərmi ilə “ünsiyyət qurması” üçün yeganə seçim deyil. “Rheinmetall” kompaniyası Almaniyanın “Heckler & Koch GMG” və ABŞ-ın “General Dynamics Mk 47 Striker” qumbaraatanları üçün 40 mm-lik DM131 HE IM ESD-T ABM qəlpəli fuqas qumbaraları hazırlayıb. Bunların əsas xüsusiyyəti, tank əleyhinə raketin uçuşunu tənzimləməyən qurğuya bənzəyən “Vingmate 4500” (Vingmate Advansed) atəşi idarəetmə sisteminin tətbiqidir. Burada şifrəli infraqırmızı siqnalların köməyi ilə uçuşda yalnız ağızdan 4 m məsafəni qət etməyi bacaran qumbaraya havada partlama vaxtını təyin etmək mümkündür.

“Vingmate Advansed” ilə təchiz edilən qumbaraatan

Eyni zamanda, komandanı səkkiz infraqırmızı qəbuledici vasitəsi ilə qəbul edən qumbara, başqasının komandasını qəbul etməmək üçün yenidən proqramlandırıla bilməz. Burada, AHEAD-də olduğu kimi, “Heckler & Koch GMG” tipli qumbaraatandan möhtəşəm bir “mirvari toru” təşkil etmək üçün istifadə edilə bilər, yəni eyni zamanda uçuş yolunda bir neçə qumbara partladıla bilər. Belə bir mürəkkəb mexanizmi həyata keçirmək üçün qumbaraatanda lazer və idarəetmə qurğusuna malik infraqırmızı projektor proqramlaşdırıcısı quraşdırılmalıdır.

50 mm EAPS sursatı

Hücum edən artilleriya mərmiləri, minalar və “ağıllı” mərmi partlayıcıları doldurulan şarlarla mübarizə aparmaq üçün çox vaxt 20, 30 və 35 millimetr çaplı sursatlar kifayət etmir. Bu cür problemləri həll etmək üçün 50 mm genişləndirilmiş “Enhanced Bushmaster III” topu yaradıldı, onu 35 mm-lik versiyada da hazırlamaq mümkündür.

“Enhanced Bushmaster III”

Silah əvvəlcə ABŞ Ordusunun araşdırma, inkişaf və dizayn mərkəzinə həvalə olunan EAPS (Extended Area Protection and Survivability) proqramının bir hissəsi olaraq hazırlandı. Əlbəttə ki, 50 mm çap ilk növbədə zirehdələn mərmilərin mövcudluğunu nəzərdə tutur, lakin burada əsas məsələ uzaqdan havada partladılma sistemi ilə təchiz olunan “AirBurst (AB) SuperShot” tipli 50 mm PABM-T döyüş sursatının tətbiqindədir.

Əvvəlcə yeni silahın “Bradley” maşınlarının təkmilləşdirilən versiyasına uyğun olacağına inanılırdı, lakin sonradan BMP-də döyüş sursatı ilə bu silaha kifayət qədər yer tapılmadı, buna görə də perspektivli NGCV (Next Generation Combat Vehicle) platformasından istifadə edilməsinə qərar verildi.

“Griffin III Demonstrator”

“Griffin III Demonstrator” prototipində topun 85 dərəcəyə qədər şaquli göyə qalxa bilməsi, onun prioritet hədəflərinin nədən ibarət ola biləcəyini göstərir.

Asimmetrik təhdid kimi hava hədəflərinə qarşı belə güclü bir silahın atəşini müvəffəqiyyətlə idarə etmək üçün, EAPS-in inkişaf etdirdiyi sistemlər arasında 6 hədəfi bir anda izləyə bilən və onlara tərəf istiqamətlən 10 ədəd 50 mm-lik sursatın hərəkətinə nəzarət edə bilən interferometrik radiolokasiya stansiyası da mövcuddur. Hədəf təkərli şassi üzərində yerləşdirilən bir cüt “Enhanced Bushmaster III” topu tərəfindən atəşə tutulur.

Cüt “Enhanced Bushmaster III” təkərli şassi üzərində

EAPS-ın proqaramı üçün radar prototipi

50 mm PABM-T-nin “SuperShot” mərmisinin MEFP kumulyativ qəlpəli döyüş başlığının sınaq nəticələri

2007-ci ildə istehsalçı “Texton Systems” şirkətinin əməkdaşları mərminin ən optimal formasının altı bıçaqlı quyruğu olan klassik formada olacağını düşünürdülər. Lakin sınaqlar göstərdi ki, belə bir sxem uçuş sabitliyinə görə əvvəlkilərdən fərqlənmir. Buna görə də silahın silindrik ucunu iynələrlə təchiz etdilər. Bundan əlavə, mərminin kütlə mərkəzində 5.9 sm3 yanacaq tutumuna malik, mərmi oxuna perpendikulyar olan və impuls meydana gətirən monoimpulslu tənzimləyici mühərrik yerləşirildi. Yəni bu “ağıllı” mərmi nəinki yerdən gələn radiokomanda ilə vaxtında partlaya bilir, həm də hədəfə tərəf uçuşunu tənzimləyə bilir. Bütün bu faktların 50 mm mərmiyə aid olduğunu bir daha xatırladıram.

Asimmetrik təhdidlərə qarşı EAPS istifadəsi nümunəsinin sxemi

50 mm “SuperShot”un ilkin konsepsiyası

İndi gilizlərin hazırlanması üçün yalnız iki variantdan birini seçirlər

Zərbə zamanı 12 əsas nüfuz edən element meydana gətirən EAPS mərmi başlığının orijinal forması. Kompüter modelləşməsməsi və məhvetmə elementlərinin rentgenoqrafiyası

EAPS silahının növbəti yeniliyi, partlayış zamanı 7-12 ədəd miniatür volfram-tantal tərkibə malik “zərbə nüvələrindən” ibarət istiqamətli sahə yaradan MEFP (Multiple Explosive Formed Penetrator) kumulyativ qəlpəli döyüş başlığı hesab edilə bilər. Bu başlıqlar adi volfram şrapnellərinin qalın divarlı minalarla mübarizədə təsirsiz olmasından dolayı zəruri tədbir kimi həyata keçirildi. Bundan əlavə partlayıcı maddələr burada sursatın daha əvvəldən parçalanan fraqmentlərindən dairəvi bir məhvetmə zonası da yaradır, bu isə daha həssas dronlar üçün təsirlidir.

Yazı Yevgeni Fedorovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Asimmetrik təhdidlərlə mübarizə aparmaq üçün ağıllı çaplar - ARAŞDIRMA (EKSPERT)

2020/02/1-1582611662.jpg
Oxunub: 2388     10:28     25 Fevral 2020    