Erməni şərqşünas: “Türkiyə Ermənistanla münasibətlərin qaydaya salınmasında maraqlı deyil”

2020/02/10043-1581416134.jpg
Oxunub: 1166     16:29     11 Fevral 2020    
“Ən vacib hal odur ki, Türkiyənin hazırkı rejimi mahiyyət etibarilə Ermənistan münasibətlərin çox və ya az nizama salınması məsələsində maraq nümayiş etdirmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru Ruben Safrastyan Türkiyə-Ermənistan münasubətləri və Yaxın Şərq regionunda davam edən geosiyasi proseslərə toxunarkən deyib.

Safrastyanın sözlərinə görə, Türkiyə-Ermənistan münasibətləri hazırkı mərhələdə demək olar ki, mövcud deyil.

“Yəni, Türkiyə elitası Ermənistanla münasibətlərin qaydaya salınmasını gündəm məsələsi kimi nəzərdən keçirmir. Türkiyə Ermənistanla münasibətlərin qaydaya salınmasında maraqlı deyil”, - deyə erməni şərqşünas bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ermənistan  

Erməni şərqşünas: “Türkiyə Ermənistanla münasibətlərin qaydaya salınmasında maraqlı deyil”

2020/02/10043-1581416134.jpg
Oxunub: 1167     16:29     11 Fevral 2020    