Pentaqon yeni nəsil avtomatların əldə edilməsi üçün 112 milyon dollar tələb edib

2020/02/ngsw--1581415129.jpg
Oxunub: 1072     19:27     12 Fevral 2020    
ABŞ Müdafiə Nazirliyi 2023-cü ilin sonunadək M4A1 “Carbine”, M16 və M249 “Squad” avtomatlarını “Yeni nəsil Squad” adlandırılan avtomatlarla əvəz etmək üçün Konqresdən 112.2 milyon dollar tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin elan etdyii büdcə layihəsində qeyd olunub.

“Yeni nəsil Squad” proqramının məqsədi hərbi qulluqçuların 5.56 millimetrlik avtomatlarını 6.8 millimetrlik avtomatlarla əvəz etməkdir.

Pentaqon 2019-cu ilin avqustunda yeni silah proqramının prototipini hazırlaması üçün “Textron Systems”, “General Dynamics” və “Sig Sauer” şirkətləri ilə razılıq əldə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Squad  

Pentaqon yeni nəsil avtomatların əldə edilməsi üçün 112 milyon dollar tələb edib

2020/02/ngsw--1581415129.jpg
Oxunub: 1075     19:27     12 Fevral 2020    