Ordumuzun silahlanmasında olan 2S3 “Akatsiya” ÖAQ-ları - ARAŞDIRMA (EKSPERT)

2020/03/1-t1h-1583992082.jpg
Oxunub: 7345     15:40     29 Aprel 2020    
Əvvəlki yazılarda döyüş əməliyyatlarının aparılmasında, xüsusən də tank və motoatıcı hissə və bölmələrin dəstəklənməsində artilleriyanın, xüsusilə də özüyeriyən haubitsaların əhəmiyyəti barədə Sizə məlumat vermişdik. Bu dəfə isə Sizinlə Azərbaycanın artilleriya hissələrinin silahlanmasında mövcud olan 2S3 “Akatsiya” özüyeriyən haubitsasının yaranma tarixi, quruluşu, silahlanması, sursatları, müşahidə və rabitə vasitələri, mühərrik və transmissiyası, hərəkətli hissəsi, döyüş tətbiqi, TTX-sı, versiyaları və istifadəçiləri barədə topladığımız məlumatları bölüşəcəyik.

Yaradılma tarixi

Özüyeriyən artilleriyanın yedəkli artilleriya ilə müqayisədə üstünlükləri aşkar olduğuna görə keçən əsrin 70-ci illərindən yeni özüyeriyən silahların inkişafı dünyanın bir çox ölkələrində fəal şəkildə aparılırdı. Sovet dizaynerləri oxşar tədqiqatlarla məşğul idilər, lakin Nikita Xruşşov hakimiyyətə gəldikdən sonra bu istiqamətdə bütün işlər dayandırıldı. Xruşşov gələcək müharibələrin raketlərlə aparılacağına və geniş miqyaslı nüvə müharibəsi vəziyyətində artilleriya silahlarına ümumiyyətlə ehtiyac olmayacağına inanırdı. Belə bir mövqenin yalnış olması qısa bir zamanda məlum oldu. 50-60-cı illərin bir neçə lokal qarşıdurması artilleriya silahlarının düşməni məğlub etmək üçün əsas vasitə olaraq qaldığını göstərirdi. Artilleriya “müharibə tanrısı” olaraq tanınırdı. Lakin SSRİ-də yeni artilleriya sistemləri üzərində iş yalnız Xruşşovun dövlət başçısı postundan getməsindən sonra başladı.

Nəticədə 1960-cı illərin əvvəllərində SSRİ-nin özüyeriyən artilleriya silahlarında ABŞ-dan geriliyi aşkar hiss olundu. ABŞ-da 155 millimetrlik M109 özüyeriyən artilleriya qurğusunun (ÖAQ) inkişafına cavab olaraq Sovet İttifaqı motoatıcı və tank diviziyalarının artılleriya alaylarında mövcud olan 152 mm-lik D-1, D-20 və ML-20 qoşquda çəkilən artılleriya vasitələrini dəyişdirmək üçün yeni model hazırlamağa başladı.

Yeni ÖAQ-ın hazırlanması ilə bağlı son qərar, M109 qurğusunun döyüş sursatı dəstinin tərkibinə nüvə mərmilərinin daxil edilməsi barədə etibarlı məlumat alındıqdan dərhal sonra qəbul edildi. Diviziya artilleriyası tərəfindən “xüsusi sursat”ın istifadəsi şəraitində, düşmənin əks-batareya mübarizəsi təşkil etdiyi zaman mümkün məhvetmə zonasından tez uzaqlaşa bilən atəş vasitəsinin hərəkətliliyinin kəskin artmasına ehtiyac yarandı.

“Uraltransmaş” zavodu özüyeriyən qurğunun aparıcı istehsalçısı təyin edildi. 9 nömrəli zavodda isə artilleriya qurğusu hazırlandı. Topun baş dizayneri Fedor Petrov, şassinin baş dizayneri isə Georgi Efimov oldu.

1963-65-ci illərdə aparılan tədqiqat işlərinin nəticələrinə görə özüyeriyən silahların texniki görünüşü müəyyənləşdirildi və 1967-ci ildə prototip istehsalına başlandı. 1968-ci ilin sonunda özüyeriyən silahların ilk iki prototipi hazır oldu, 1969-cu ilin oktyabrında isə zavod sınaqları tamamlandı. 1971-ci ildə, 2S3 “Akasiya” təyinatlı özüyeriyən qurğular SSRİ Silahlı Qüvvələrinin arsenalına qəbul edildi.

Zirehli korpus və qüllə

Özüyeriyən 2C3 “Akatsiya” haubitsası klassik qüllə sxeminə görə hazırlanıb. Maşının korpusu polad zirehli yayılmış təbəqələrdən qaynaqlanır və üç hissəyə bölünür: güc (mühərrik- transmissiya), idarəetmə və döyüş bölmələri. Korpusun ön və sağ hissəsində mühərrik- transmissiya bölməsi yerləşir. Onun solunda şassinin idarəetmə orqanlarına malik sürücü oturacağı mövcuddur.

Korpusun orta və arxa hissələrində döyüş bölməsi yerləşir. Korpusun damına isə hərəkətli qüllə qaynaqlanıb. Qüllədə top və pulemyot, həmçinin ekipaj oturacaqları quraşdırılıb. Qüllənin sağ tərəfində doldurucunun, sol tərəfində isə nişangah avadanlıqlarına malik tuşlayıcı oturacağı yerləşdirilib.

Komandirin yeri fırlanan qüllənin damına quraşdırılıb. Mərmi və barıt yükləri qüllənin arxa hissəsindədir. Qüllənin altında fırlanan döşəmə platforması mövcuddur. Platformada mərmilər yüklənmə mexanizmində yerləşdirilib.

Mərmi yüklənməsi xüsusi lyuklar vasitəsilə həyata keçirilir. 2S3 qurğusunun zirehi ekipajın mərmi və qəlpədən qorunmasını da təmin edir. Korpus və qüllənin ön hissələrinin qalınlığı 30 mm, yan tərəflərdə isə 15 mm-dir.

Silahlanması

2S3 özüyeriyən qurğuların əsas silahlanmasını 152 mm-lik 2A33 haubitsası təşkil edir. Bu topun sursatları, ballistik performansına görə 152 mm-lik çəkilən D-20 haubitsasında istifadə edilən sursatlarla eynidir.

2A33 silahının əsas tərkib komponentləri bunlardır: lülə, çaxmaq, elektrik avadanlıqları, beşik, geri təpmə qurğusu, məhdudlaşdırıcı, balans və qaldırma mexanizmləri. Silahın lüləsi ön hissəsində ejektoru olan borudur, onun ağız hissəsinə isə əyləc əlavə olunub. Silahdan atəş həm əllə, həm də elektrik düyməsinin köməyi ilə həyata keçirilə bilər.

Yarım avtomatik çaxmaq silah atəş açdıqdan sonra geri çəkilərək lülənin girişini açmaq üçün nəzərdə tutulur. İlk atəş zamanı çaxmağı əl ilə açmaq üçün lülədən sağ tərəfdə dəstək quraşdırılıb.

Beşik korpusa qaynaqlanıb, geri təpmə qurğusu və qaldırma mexanizminin fırlanan dəstəyi isə beşiyə sabit şəkildə bərkidilib. Beşiyin arxa tərəfində məhdudlaşdırıcı yerləşir. Onun üzərində isə zərbə-tətik mexanizminin elementləri, geri təpmə uzunluğunu ölçmək üçün xətkeş və tətik kilidləmə mexanizmi mövcuddur. Mərmi və barıt yükünün elektromexaniki üsulla lüləyə göndərilməsi, həmçinin sərf olunan mərminin qəbuledicisi, doldurucunun işini asanlaşdırmaq üçün nəzərdə tutulur.

Geri təpmə qurğusu, silindri silahın tıxacında sabitlənən hidravlik əyləcdən və azotla doldurulan pnevmatik qaytarıcı qurğudan ibarətdir. Sektor tipli qaldırma mexanizmi silahın şaquli olaraq 4 ilə + 60 ° arasında tuşlanmasını təmin edir. Silahın qaldırılması həm əllə, həm də elektrik mühərrikinin köməyi ilə həyata keçirilə bilər. Bundan əlavə, qaldırıcı mexanizmin dəstəyində elektrik atəş düyməsi yerləşir. Pnevmatik balans mexanizmi isə topun yellənən beşik hissəsinin balanssızlıq anını kompensasiya etməyə xidmət edir.

Sursatları

2S3 haubitsasının döyüş sursat dəsti 40 mərmidən (2S3M və sonrakı versiyalar üçün 46) ibarətdir. 2A33 özüyeriyən haubitsasının döyüş sursatı dəsti əsasən maksimum atəş məsafəsi 17050 metr təşkil edən 53-OF-540 qəlpəli fuqas və təkmilləşdirilmiş aerodinamik dizayna malik, maksimum atəş məsafəsi 17400 metr təşkil edən 3OF25 qəlpəli fuqas mərmilərdən ibarətdir.

Hazırda 2C3 ÖAQ versiyaları üçün inkişaf etdirilən “Santimetr” və “Krasnopol” idarəolunan mərmiləri hazırlanır. Bu mərmilər zirehli texnikanın cəmləşmə rayonlarını, uzunmüddətli müdafiə strukturlarını, körpüləri və keçidləri məhv etmək üçün nəzərdə tutulur.

Bundan əlavə, işıqlandırma, betondələn, kimyəvi, nüvə və radiomaneə yaradan mərmilərdən istifadə edilməsi mümkündür. Zirehli maşınlarla mübarizə aparmaq üçün standart təchizatda 4 ədəd 53-BP-540 zirehdələn mərmisi mövcuddur.

Bu sursat 3 km-ə qədər məsafələrdə 250 mm-lik homogen polad zirehə nüfuz etməyə qadirdir. Bundan əlavə, zirehli hədəflərə atəş açmaq üçün standart sursat dəstinə daxil olmayan 53-Br-540 və 53-Br-540B zirehdələn mərmilərdən də istifadə edilə bilər. Bu mərmilər müvafiq olaraq 120 mm və 115 mm qalınlığında homogen zirehlərə 1000 m məsafədən nüfuz etməyə qadirdir.

Adi sursat növləri ilə yanaşı, “Akatsiya” xüsusi döyüş sursatları ilə, məsələn, 1 kt TNT gücünə və 17400 metr atəş məsafəsinə malik 3VB3 nüvə sursatlarından da atəş aça bilir.

Bundan əlavə, 152 mm-lik ML-20, D-1, D-20 və 2C3 haubitsaları üçün müxtəlif zəhərli maddələrlə təchiz olunan qəlpəli-kimyəvi və kimyəvi sursatlar da hazırlanıb. Bu mərmilərin ballistik və ümumi kütlə xüsusiyyətləri təxminən qəlpəli fuqas analoqları ilə eynidir. Məsələn, 53-XN-530 və 53-XS-530 mərmilərinin ballistikası 53-OF-530 qəlpəli fuqas sursatına uyğundur. Bundan əlavə, 2S3 özüyeriyən qurğususi 7.62 mm-lik PKT pulemyotu ilə təchiz edilir. Pulemyot komandirinin fırlanan qülləsinə quraşdırılır, onun şaquli tuşlama bucaqları −6 ilə + 15 ° arasında dəyişir.

Haubitsanın ekipajının AKMS hücum tüfəngləri, həmçinin siqnal tapançası üçün yerlər nəzərdə tutulub. Əlavə silahlanmaya aid silahların sursat dəstinə pulemyot üçün 1500 ədəd mərmi, avtomatlar üçün 600 ədəd mərmi, siqnal tapançası üçün 18 raket daxildir.

Müşahidə və rabitə vasitələri

Silahı istiqamətləndirmək, gündüz və gecə ərazinin kəşfiyyatını aparmaq, həmçinin pulemyotdan atəş açmaq üçün komandirin qülləsində OU-3QK axtarış projektoru olan TKN-3A nişangahı quraşdırılıb. Tuşlayıcının yeri isə qapalı atəş mövqelərindən və birbaşa atəş açmaq üçün OP5-38 artilleriya panorama nişangahı ilə təchiz olunub. Sürücü mexanik isə iki ədəd TNPO-160 prizmatik nişangahı və gecə idarəetməsi üçün TVNE-4B cihazı ilə təmin olunub.

Xarici radio rabitəsi R-123 radiostansiyası tərəfindən dəstəklənir. Radio stansiyası VHF diapazonunda işləyir və hər iki radiostansiyasının anten hündürlüyünə görə 28 km məsafədə oxşar stansiyalarla sabit rabitəni təmin edir. Ekipaj üzvləri arasında danışıqlar P-124 (interkom) cihazı vasitəsilə aparılır.

Mühərrik və transmissiya

2S3 haubitsaları V şəkilli, 12 silindrli, dörd taktlı, 520 at gücünə malik və maye soyutmalı V-59U dizel mühərriki ilə təchiz edilib. Dizel yanacağından başqa mühərrik TS-1, T-1 və T-2 markalı kerosin növləri ilə də işləmək imkanına malikdir.

Transmissiya mexaniki və ikiqat axımlıdır, həmçinin planetar dönmə mexanizminə malikdir. Altı irəli və iki geri ötürməlidir. Altıncı irəli ötürmədə maksimal nəzəri sürət saatda 60 km-dir. İkinci geri ötürmə isə 14 km/saat sürəti təmin edir.

Hərəkətli hissə

2S3 haubitsasının hərəkətli hissəsi “Kruq” ZRK-nın modifikasiya edilən SU-100P şassisidir. O, altı cüt kauçuk dayaq və dörd cüt dəstəkləyici təkərlərə malikdir. Maşının arxasında istiqamətləndirici, ön tərəfdə isə aparıcı təkər diskləri mövcuddur. Tırtıl zənciri rezin-metal şarnirləri olan barmaqlıq ilə bir-birinə bağlanan kiçik keçidlərdən ibarətdir. Hər bir tralı eni 484 mm, addımı 125 mm-dir.

2S3 şassisinin asqısı fərdi torsion tiplidir. İlk altı dayaq təkərlərində ikitərəfli hidravlik amortizatorlar quraşdırılıb. Hərəkətli hissənin təyin edilən parametrləri təmin etməsi üçün SU-100P özüyeriyən qurğusunun dizaynında əhəmiyyətli dərəcədə dəyişikliklər edildi. Baza versiyası ilə müqayisədə “Akatsiya”da dayaq təkərləri və asqı sistemi gücləndirildi, soyutma sistemi isə tam dəyişdirildi.

Təşkilati quruluşu

2S3 özüyeriyən haubitsa 152 mm-lik SSRİ Quru Qoşunlarının tank və motoatıcı diviziyalarının artilleriya alaylarının artilleriya bölmələrində mövcud olan ML-20, D-1 və D-20 artilleriya qurğularını əvəz etmək üçün silahlanmaya qəbul edilib. Standart artilleriya divizionu, hər birində 6 ədəd 2C3 özüyeriyən qurğu olan 3 batareyadan (cəmi 18 ədəd haubitsadan) və ya eyni sayda qurğuya malik 4 batareyadan (yəni 24 ədəd haubitsadan) ibarət ola da bilər.

Döyüş tətbiqi

Əfqanıstan

2C3 özüyeriyən haubitsası ilk dəfə döyüşdə Əfqanıstan müharibəsi zamanı istifadə edilib. Onlar 40-cı Ordunun artilleriya alaylarının silahlanmasının əsasını təşkil edirdi və ən çox yayılan özüyeriyən artilleriya qurğusu idi, hücum əməliyyatları zamanı motoatıcı hissə və bölmələrin birbaşa müşayiətini onlar həyata keçirirdi.

1987-ci ilə qədər 40-cı ordunun tərkibində hər biri 50 ədəd 2S3 özüyeriyən qurğu ilə silahlanan 3 özüyeriyən artilleriya divizionu mövcud idi.

Postsovet məkanında münaqişələrdə “Akatsiya”

1992-ci ilin iyununda Dnestryanı münaqişəsi zamanı “Akatsiya”dan istifadə edilib, lakin bu barədə təfərrüatlar məlum deyil.

Gürcüstan-Rusiya müharibəsi zamanı da 2S3 özüyeriyən haubitsasından gürcü artilleriya bölmələri istifadə edilib. Gürcü bölməsinin haubitsası 80-100 mərmi ilə atəş açdıqdan sonra sıradan çıxıb.

2S3 özüyeriyən qurğuları birinci və ikinci çeçen münaqişələri zamanı rus qoşunları tərəfindən də istifadə edilib. 2008-ci ilin avqustunda Cənubi Osetiyada Rusiya qoşunları ilə Gürcüstan artilleriya bölmələri arasında artilleriya dueli olub. Duel zamanı Rusiyanın 693-cü motoatıcı alayın 2S3 özüyeriyən qurğularının birinin komandiri gürcülər tərəfindən qəlpəli mərmi ilə məhv edilib. Buna səbəb rus ekipajın Gürcüstan tərəfdən rahat görünən atəş mövqeyi seçməsi olub. Üst komandirlərin mövqenin yalnış seçilməsinə nəzarət etməməsi isə hələ də açıq qalan cavabsız suallardandır.

2014-cü ildə Ukraynanın şərqindəki silahlı münaqişə zamanı hər iki tərəfi 2S3 qurğularından istifadə edib.

2016-cı ilin aprelində Azərbaycan Ordusunun artilleriya bölmələrinin 2S3 haubitsalarından istifadə etdiyi ehtimal edilir. İşğal altında olan Qarabağda mövqelərindən geri çəkilən erməni ordusunun 2S3 haubitsalarından ibarət karvanı Xankəndi küçələrində görünüb. Sonradan onların atəş mövqelərinə yerləşdirildiyi məlum oldu.

Orta Şərq və Afrika

İran-İraq müharibəsinin lap əvvəlindən İraq artilleriya qruplarının əsasını təşkil edən 2S1 və 2S3 özüyeriyən qurğularının SSRİ tərəfindən İraqa çatdırılmasına başlandı. 1991-ci ildə “Səhra Fırtınası” əməliyyatı zamanı İraq qüvvələri tərəfindən 2S3 özüyeriyən qurğularından istifadə edildi. Ümumiyyətlə, İraq müharibəsində ordunun artilleriya istifadəsi təcrübəsi mənfi olaraq qiymətləndirildi və bu da Sovet artilleriyasının zəif olduğu barədə iddialara səbəb oldu. İraq artilleriyasının fəaliyyətlərini qiymətləndirərkən İraq qüvvələrinin komanda və idarəetmə sisteminin sovet standartlarına cavab vermədiyi səbəb kimi göstərilir, lakin İraqda daim sovet məsləhətçilərinin olduğunu da unutmaq olmaz.

2011-ci ildə Liviyadakı vətəndaş müharibəsi dövründə hökumət qüvvələri tərəfindən 2S3 özüyeriyən qurğuları istifadə edilib. Suriyadakı vətəndaş müharibəsi zamanı Suriya Ərəb ordusunun bölmələri tərəfindən bu haubitsalardan birbaşa tuşlama ilə atəş açılaraq rəqib üzərində mənfi psixoloji təsir yaratmaq üçün istifadə olunub. ÖAQ-dan son dəfə 2018-ci ilin yazında Dəməşq ərazisindəki əməliyyat zaman fəal şəkildə istifadə olunub.

Taktiki-Texniki-Xüsusiyyətləri

Əsas silahı: 152 mm-lik 2A33 yivli top
Heyəti: 4 nəfər
Nişangahları: PQ-4, OP5-38; TKN-3A
Kütləsi: 25 t
Çapı: 152 mm
Qüllənin qalxma bucağı: -4...+60°
Üfüqi tuşlama bucağı: 360°
Mərmi kütləsi: 27.67- 50.8 kq
Mərminin ilkin sürəti: 680 metr/saniyə
Atəş tezliyi: 6 atəş/dəqiqə
Maksimum atəş məsafəsi: 20.5 km
Sursat dəsti: 40 (sonralar 46) ədəd
Köməkçi silahı: 7.62 mm-lik PKT
Çapı: 7.62 mm
Mərmi: 7.62x54 mm
Atəş tezliyi: 750-800 atəş/dəqiqə
Güllənin ilkin sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.5 km
Maksimum atəş məsafəsi: 4 km
Sursat sayı: 1500 ədəd
Korpusun uzunluğu: 4622 mm
Ümumi uzunluğu: 6970 mm
Lülə daxil olmaqla uzunluğu: 7765 mm
Lülənin uzunluğu: 5190 mm
Tırtıl arası məsafə: 2622 mm
Eni: 3250 mm
Hündürlüyü: 3050 mm
Klirens: 450 mm
Zireh qalınlığı: 30 mm-lik yayılmış polad
Zəminə təzyiq: 0.6kq/sm²
Keçilən su maneəsinin dərinliyi: 1 metr
Aşılan xəndək eni: 3 metr
Aşılan divar yüksəkliyi: 0.7 metr
Dırmanma dərəcəsi: 30°
Mühərrik: 520 at gücünə malik V-59U dizel
Maksimal sürəti: 63 kilometr/saat
Torpaq yolda maksimum sürəti 25-30 km/saat
Yanacaq tutumu: 830 litr
Ehtiyat məsafəsi: 500 kilometr
Asqısı: Hidravlik amortizatorlar və müstəqil torsion.

Versiyaları

2S3 (SO-152)
2S3M (SO-152 M)
2S3M1 (SO-152 M1)
2S3M2 (SO-152 M2)
2S3M2 -155
2S3M3

İstifadəçiləri

Rusiya Quru Qoşunlarında 1800 ədəd 2S3 mövcuddur, onlardan 1000 ədədi saxlanılmadadır. Rusiya dəniz piyadalarında isə 50 ədəd 2S3 qurğusu mövcuddur.

Azərbaycan Ordusunun silahlanmasında mövcud olan 2S3 qurğularının 16 ədədi 2009 və 2010 illərdə Ukraynadan əldə edilib. Daha əvvəldən isə 6 ədəd 2S3 ÖAQ-nın mövcud olduğu ehtimal edilir. Az sayda mənbədə onların ilk dəfə 2008-ci ildə keçirilən hərbi paradda nümayiş olunduğu iddia olunsa da, açıq mənbələrdə yalnız 2013-cü ilin hərbi paradına aid görüntüləri mövcuddur.

Əlcəzairdə 40 ədəd, Anqolada 48 ədəd, Ermənistanda 28 ədəd, Belarusda 108 ədəd, Vyetnamda 30 ədəd, Konqo DR-də 10 ədəd, Gürcüstanda 13 ədəd, Qazaxıstanda 120 ədəd, Özbəkistanda 17 ədəd, Ukraynada 235 ədəd, Kuba, Cənubi Sudanda və Suriyada isə çox az miqdarda 2S3 haubitsası hələ də istismar edilir.

Bolqarıstan, Macarıstan, Almaniya, İraq, Liviya, Slovakiya, ABŞ, Türkmənistan və Çexiya 2S3 qurğularını silahlanmadan çıxarıb.

Mənfi və müsbət cəhətləri

1970-ci illərdə Sovet İttifaqı Sovet Ordusunu yeni artilleriya silahları ilə yenidən təchiz etməyə çalışırdı. 1973-cü ildə təqdim olunan 2S3 ÖAQ-nın ardınca 1974-cü ildə 2S1, 1975-ci ildə 2S4, 1979-cu ildə isə 2S5 və 2S7 artilleriya vasitələri hazırlandı. Sovet İttifaqı yeni texnologiya sayəsində artilleriya qoşunlarının davamlılığını və manevr qabiliyyətini xeyli artırdı. Bundan əlavə bəzi Qərb mütəxəssislərinin fikrincə, məhz 2S1 və 2S3 özüyeriyən qurğuları - NATO komandanlığının nüvə silahlarının çatdırılması vasitələrinin tətbiqindən əvvəl onların məhv edilməsi ilə bağlı - SSRİ hərbi doktrinasını həyata keçirməyə imkan verdi.

2S3 təyinatı və görünüşünə görə rəqibi olan ABŞ-ın M109 özüyeriyən haubitsasına bənzəyir. 1971-ci ildə istifadəyə verildiyi dövrdə, 2S3 əsas parametrlərdə M109 haubitsasını geridə qoyurdu: qəlpəli fuqas mərmilərin atəş məsafəsində (14,6 km qarşı 17.4 km), sursat dəstində (28-ə qarşı 40 mərmi), ekipaj sayında (6-ya qarşı 4 nəfər) və xüsusi gücdə (15.5-ə qarşı 19 at/t ) “Akatsiya” daha üstün idi. 1973-cü ildə hazırlanan yeni M109A1 versiyası isə 2S3 haubitsasını üstələdi. 2S3-ün çatışmazlıqları arasında ekipajın yalnız yüngül kiçik silahlardan və qəlpə parçalarından qorunmasına imkan verən korpus zirehlənməsinin kifayət qədər olmaması və əsas silahın şaquli tuşlama bucaqlarının qeyri-kafiliyi qeyd edilir.

152 mm-lik 3OF25 mərminin hədəf yaxınlığındakı qəlpələrə parçalanması təqribən 155 mm-lik M107 mərmisi ilə eynidir. Lakin istehsalıçı zirehli hədəfin məhv edilməsi üçün mərmi sərfiyyatının NATO sursatlarından xeyli aşağı olduğunu iddia edir.

1988-ci ildə ABŞ silah metodu standartlarını yenidən nəzərdən keçirmək üçün sovet metodologiyasından istifadə edərək bir sıra sınaqlar keçirdi və sınaqların nəticələri, Sovet standartları ilə sərf olunan döyüş sursatlarının sayının üst-üstə düşməsini göstərdi.

2S3 özüyeriyən qurğularının əsas analoqları əvvəlki nəsil SU-152Q qurğuları və ondan sonrakı 2S19 ÖAQ hesab edilir. Əvvəlki nəsil özüyeriyən artilleriya sistemi ilə müqayisə şərtidir, çünki N. S. Xruşşovun klassik artilleriya silah sistemlərindən imtina edilməsi siyasəti ilə əlaqədar olaraq, onun silahlanmaya qəbul edilməsinə baxmayaraq, SU-152Q özüyeriyən haubitsaları kütləvi istehsala buraxılmadı.

Ümumiyyətlə, xidmət illərində 2S3 özüyeriyən qurğuları özünü etibarlı, sadə və rahat idarə olunan bir maşın kimi müəyyənləşdirdi. 1989-cu ildə Sovet Ordusu köhnə 2S3 özüyeriyən qurğularını əvəz etmək üçün, daha uzaq atəş məsafəsinə, daha yüksək atəş gücünə və atəş sürətinə malik döyüş sursatından istifadə edən yeni 2S19 ÖAQ əldə etdi. Lakin buna baxmayaraq, idarə olunan və nizamlanan mərmilərlə birlikdə 2S3 özüyeriyən haubitsaları hələ də verilən döyüş tapşırıqlarını effektiv şəkildə həll edə bilən atəş zərbə kompleksi hesab edilir.

Onun yüksək manevr, keçicilik və ehtiyat məsafə imkanları artilleriya qruplaşmasının avtonomluğunu təmin edir, həmçinin müasir döyüş əməliyyatlarının bütün mərhələlərində motoatıcı bölmələrə atəş dəstəyi göstərməyə imkan verir.

Nəticə

Yedəkdə çəkilən artilleriyanın istifadəsi kütləvi qırğın silahlarının tətbiqi şəraitində çox riskli olduğu üçün bu, qapalı döyüş bölmələri olan zirehli özüyeriyən qurğuların kütləvi inkişafına səbəb oldu.

Eyni zamanda, özüyeriyən silahlar çəkilən vasitələrlə müqayisədə daha böyük ölçülərə və kütləyə malikdir. Bu isə onların dəmir yolu və ya hava yolu ilə daşınmasını, su maneələrini dəf etməsini əhəmiyyətli dərəcədə çətinləşdirir, həm də onların istifadəsi təmir bazası və kifayət qədər yanacaq-sürtkü ehtiyatı tələb edir, bütün bunlar isə istehsal və istismar proseslərinin bahalaşmasına səbəb olur.

Məqalədə sadalanan xüsusiyətləri və imkanları analiz edərək 2S3 qurğularının aşağıdakı üstünlüklərə malik olduğu qənaətinə gəlmək mümkündür:

- yedəkdə çəkilən toplarla müqayisədə daha yüksək hərəkətliliyə malikdir, qısa zamanda atəş mövqeyinə yerləşdirilir və oranı tərk edir;
- ekipaj zireh altında həm qəlpə və mərmilərdən, həm kimyəvi silahlardan, həm də pis hava şəraitindən qorunur;
- güc qurğusunun mövcudluğu tuşlama, yükləmə və doldurma funksiyalarını mexanikləşdirməyə imkan verir;
- özüyeriyən şassi səngər hazırlamaq üçün mühəndis (qazma) avadanlığı quraşdırmağa imkan verir;
- avtomatik yüklənmə və tuşlanma haubitsanın atəş tempini əhəmiyyətli dərəcədə artıra bilir, bir neçə mərmi ilə hədəfi məhvetmə rejimi isə onun taktiki imkanlarını YARS sistemlərinin imkanlarına qismən yaxınlaşdırır;
- özüyeriyən artilleriya qurğuları köməkçi nəqliyyat vasitələrindən daha az asılıdır.
- 2S3 qurğusunun çatışmazlıqlarına isə bunları aid etmək mümkündür:
- istehsal və istismarı kifayət qədər yüksək dəyərə malikdir;
- təmir bazasının, yanacaq və sürtgü materiallarının mövcudluğundan asılıdır;
- ekipajın iş şəraiti məhduddur, döyüş bölməsinin qazla çirklənməsi labüddür;
- özüyeriyən qurğuların maskalanma imkanları geniş deyil.

Yüksək avtonomluq, mövqeləri qısa zamanda dəyişdirmə qabiliyyəti, zirehin mövcudluğu, döyüş bölgəsindəki özüyeriyən silahların daha uzun müddət həyatda qalma imkanları, onun yüksək dəyərini əks batareya atəşinə qarşı daha yüksək müqaviməti ilə qismən kompensasiya edir.

Bütün qeyd olunan müsbət və mənfi cəhətləri araşdırdıqdan sonra məlum olur ki, özüyeriyən haubitsaların tank və motoatıcı hissələrin tərkibində hərəkət etmək qabiliyyəti, hücum əməliyyatlarında bu hissələrin atəş gücünün əhəmiyyətli dərəcədə artırılmasına, müdafiədə isə düşmənin hucuma və ya yerdəyişməyə cəhd edən bölmə və texnikalarına qarşı operativ reaksiya verilməsinə səbəb ola bilər.

Mənbələr:

http://oruzhie.info/artilleriya/178-2s3-akatsiya
https://stalin-line.by/ekspozitsiya/ploshchadka-boevoj-tekhniki/samokhodnye-gaubitsy
https://tvzvezda.ru/weapon/art/201112051652-nl8n.htm
https://ru.wikipedia.org/wiki/2%D0%A13

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Akatsiya   Azərbaycan-ordusu   ÖAQ  

Ordumuzun silahlanmasında olan 2S3 “Akatsiya” ÖAQ-ları - ARAŞDIRMA (EKSPERT)

2020/03/1-t1h-1583992082.jpg
Oxunub: 7346     15:40     29 Aprel 2020    

Bizi "telegram"da izləyin