Böyük Qələbənin işığını görürük, Vətən!

2020/02/d7371-1581152718.jpg
Oxunub: 1462     16:14     11 Fevral 2020    
Ön xətdə, səngərlərin yan-yörəsində qar görünmür. Qara qış torpağa hələ ki, qar səpələməyib. Səpələsəydi, gözə də xoş gələrdi, könülə də. Bayaqdan bəri bir fikir düşüncələrimin nizamını şeirləşdirməyə meyillidi: Ana Torpaq, qar kürkünə bürünüm...

Qar qalağı səngərlərdən bir mənzillik uzaqdadı; səngərlərin ətəyində adda-budda qar görünür. Gecə yağıbmış. Şaxta dondurub, ona görə əriməyib. "Əvvəllər qar üstünə qar yağardı..." söhbətə giriş məqsədilə belə deyirəm. Zabit Ruslan Novruzovun davamlı baxışları əvvəl əsgərlərin baxışlarına sarılır, sonra qarşı tərəfə yönəlir. Bu heysiyyətli baxışların mahiyyətini, mətləbini az qala nəfəs dərmədən gözlərimə, gözlərimdən düşüncələrimə köçürməkdəyəm. Havada qar qoxusu var, ancaq yağmır. Hansı duyuma görəsə qarsız göylərə baxıram; baxışımda umacaq varmı, yoxmu - özümə də bəlli deyil. Sanılı saniyələr ötüşüncə zabit Ruslan Novruzovun bayaqdan bəri eşitmək həvəsində, dinləmək marağında olduğum kəlmələrinin cazibəsinə düşürəm:

- Qar yağsa da, yağmasa da, əsgərlərimiz döyüş növbətçiliyini Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə, məsuliyyətlə aparırlar. Azərbaycan əsgərinin döyüş növbətçiliyini Ali Baş Komandanın döyüş əmri, döyüş əmrini qələbə tamamlayacaq, torpaqlarımız işğaldan azad ediləcək.

Zabitin məmləkətimizin istəyini ifadə edən əminliyi əsgərlərin baxışlarını qarşı tərəfə yönəldir. Bu bəşəri baxışları bir mətləb birləşdirib: Böyük Qələbənin işığını görürük, Vətən!

Bu gümanım əsgərlərin düşüncələrində gərəkli bir tərpəniş yaradır. Belə dönməz tərpənişin eynini 2016-cı ilin mart ayının sonlarında Cocuq Mərcanlıda görmüşdüm.

- Uşaqlığımızda məhəlləmizi, sonra kəndimizi tanımışıq, sevmişik. Böyüdükcə rayonumuzu, Azərbaycanımızı tanımışıq, sevmişik. Vətənin nə olduğunu onda dərk etmişik. Azərbaycanımıza xitabən biz də "Səndən ötrü can verməyə cümlə hazırız!", - demişik. Ailədə valideynlərimizin, məktəbdə müəllimlərimizin söhbətləri bizim də Vətən sevgimizi dolğunlaşdırıb, - əsgər Tariyel Zeynalov belə deyir. Əsgər Kərim Kəbiyev əsgər yoldaşının fikrini belə tamamlayır:

- Həm dolğunlaşdırıb, dərinləşdirib, həm də dönməzləşdirib...

Belə əsgərlərin baxışlarına ürəyinin gözü ilə baxanlar görər ki, bu baxışlar var səsiylə "Böyük Qələbə!", - deyir. Bu baxışlar düşüncələri ifadə edir, döyüş növbətçiliyinin mahiyyətini, ürəyinin təpərini, Vətən sevgisini, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətini ifadə edir, min illik dövlətçilik tariximizə ehtiramını ifadə edir, xalqın orduya inamını, güvəncini, ordunun xalqa arxalandığını ifadə edir. "Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgərinin bu mahiyyətli, bu mətləbli baxışları da silahdı", - deyirəm.

Bayaq müşahidə etdiyim tərpəniş ürək-ürək dalğalanır, çalxalanır. Bu coşqu dənizi xatırladır; Ali Baş Komandanın döyüş əmri bu dalğalanmanı, bu çalxantını səngərlərdən döyüş üzünə çıxardacaq, Azərbaycan əsgəri Böyük Qələbənin sonuncu gülləsinə doğru döyüş-döyüş irəliləyəcək.

Söhbətləşdiyimiz müddətdə sulu qar yağırdı. Daha yağmır...

Zabit Ruslan Novruzov əsgərlərdən soruşur ki, bayaqdan bəri sizinlə səmimiliklə kəlmələşən jurnalistin son fikrinə - "Azərbaycan əsgərinin mahiyyətli, mətləbli baxışları da silahdı" fikrinə nə deyirsiniz.

Araya bir anlığa insafsız sükut çökür. Bu sükut düşünmək üçünmüş.

Əsgər Mahmud Salmanov xalq şairi Xəlil Rza Ulutürkün 90-cı illərdə - milli azadlıq, müstəqillik hərəkatı genişlənəndə, coşqusuyla rus imperiyasını qorxuya salanda, dünyanı heyrətləndirəndə hamının əzbərində olan şeirindən misralar deyir və fikrini belə tamamlayır:

- Dövlətin orduya yüksək və müntəzəm diqqətinin, qayğısının nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Son illərdə ordumuzun silahlanmasına ən müasir döyüş texnikaları, uçuş aparatları, qurğular daxil edilib. Dünya bunların bir hissəsini Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlarda gördü. Əsgərlər onların istismar xüsusiyyətlərini yüksək səviyyədə mənimsəyib. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgərinin Vətən sevgisi də silahıdı, döyüş növbətçiliyi aparanda nəzarətdə saxladığı ərazilərdə dikilən baxışları da.

"Əsgər Mahmud Salmanov Azərbaycan əsgərini təmsil edir", - düşünürəm və əsgərin bu səviyyəli düşüncəsiylə qürurlanıram. Bu qürurun işığı zabit Ruslan Novruzovun da diqqətini çəkir:

- Hərbi xidmət həm də əsgərləri kamil bir vətəndaş kimi formalaşdırır. Hərbi xidmətdə əsgərlərin dünyaduyumu da genişlənir, məntiqi düşüncələri də.

Söz sözü çəkir.

1993-cü ilin qışında Murovdağda mayor Qurban Qurbanovdan eşitdiklərimi xatırlayıram, xatırladıram:

- Ağdərə əməliyyatından əvvəl əsgərlərdən biri dedi ki, komandir, müharibə qələbəmizlə başa çatacaq, tərxis olunacağıq. Hərəmiz bir işin qulpundan yapışacağıq. Çox istərdim ki, qalib Azərbaycan əsgəri cəmiyyətdə də yaxşılar sırasında olsun, dürüst davranışıyla, insanlara və insanlığa bəşəri münasibətiylə, kamil vətəndaşlığıyla fərqlənsin. Hərbi xidmət bizlərə belə gərəkli keyfiyyətlər aşılayır.

- Biz də bilirik ki, ictimaiyyətə yol hərbi xidmətdən keçir. Ali təhsili olanlar da, olmayanlar da tərxis olunduqdan sonra cəmiyyətə qoşulur. Müəyyən mənada əsgər ömrünün davamını yaşayır. Bu davamın başlanğıcı Hərbi andiçmədi. Mənə belə gəlir ki, kamil vətəndaş Hərbi anda hərbi xidmətdən sonra da sədaqəti olanlardır, yəni, Hərbi and son nəfəsəcən yerinə yetirilməli olan vəddir, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Xəlilovun dedikləri ürəyimizi dağa döndərir. Bir daha əmin oluruq ki, hərbi xidmət Azərbaycan əsgərini mətinləşdirir, dünyagörüşünü genişləndirir, xarakterini formalaşdırır, Vətən sevgisini dönməzləşdirir.

Baxışlarım döyüş növbətçiliyi aparan əsgərlərin sevgisinə söykəkli baxışlarıyla qoşalaşır. O baxışlar səngərləri sərhədlərə köçürmək niyyətindədi, o baxışlar Böyük Qələbəyə aparacaq yolu nişan verir...

Dövlətçilik tariximizi vətəndaşlıq borcu kimi öyrənən əsgərlərimizin "Böyük Qələbənin işığını görürük, Vətən!" dediyini yerlər də eşidir, göylər də...

Qar yağacaq...

Rəşid Hüseynov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Qələbə  

Böyük Qələbənin işığını görürük, Vətən!

2020/02/d7371-1581152718.jpg
Oxunub: 1465     16:14     11 Fevral 2020    