HDQ-nin müasir Dalğıc Təlim Poliqonunun açılışında gözə dəyən kiçik ölçülü dəniz vasitəsi - TRİTON (HƏRBİ EKSPERT)

2020/02/a5b62-1581077408.jpg
Oxunub: 4217     16:13     07 Fevral 2020    
2020-ci ilin fevralın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovun Hərbi Dəniz Qüvvələrinin müasir Dalğıc Təlim Poliqonunun açılışında iştirakı zamanı kameralara tuş gələn, kifayət qədər kiçik ölçülü dəniz vasitəsi hərbi sahə ilə maraqlanan oxucularımızın diqqətini özünə cəlb etdi.

Yenidən bərpa olunaraq müasir standartlara cavab verən Dalğıc Təlim Poliqonu xüsusi təyinatlı dalğıc diversiya mərkəzinin və dəniz piyada taborunun şəxsi heyətinin ixtisas hazırlığı üzrə normativləri və sualtı döyüşün aparılması vərdişlərini məşq etdirmələri üçün nəzərdə tutulduğu üçün onların xüsusi sualtı vasitə və dalğıc avadanlıqları ilə bərabər, gəmi və qayıq avadanlıqları kompleksinə, barokamera otağına, dalğıc cihazlarına texniki qulluq emalatxanasına, suyadalma üçün universal qüllə və müxtəlif məqsədli sinif otaqlarına olan tələbatını qarşılamalıdır. Ərazidə yeni inşa edilən müxtəlif məqsədli çoxsaylı maneələrdən ibarət maneə zolağı hərbi qulluqçuların döyüş və fiziki hazırlığı, eləcə də peşə bacarıqlarının artırılmasına imkan verir.

Əslində tədbirin məqsədi ictimaiyyətin diqqətini Hərbi Dəniz Qüvvələrinin Zığda yerləşən dalğıc diversiya mərkəzinin və dəniz piyada taborunun həm şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həm də sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davam etdirilməsinə yönəltməkdən ibarət idi, lakin universal qüllənin yaxınlığında əvvəllər heç bir yerdə nümayiş etdirilməyən ultra kiçik sualtı qayığın fotolarının yayımlanması bizi də bu məsələyə laqeyd qalmamağa yönləndirdi.

Biz adətən sualtı qayıqların kifayət qədər böyük döyüş gəmiləri olduğuna alışmışıq. İndi isə bu yazıda çox kiçik sualtı qayıq ailəsindən bəhs ediləcək. Həmin vasitələrdən biri də Dalğıc Təlim Poliqonunun açılışı zamanı nümayiş etdirilən “Triton-1M” və “Triton-2” sualtı vasitələridir. Adlarından da göründüyü kimi, hər iki vasitə “Triton” ailəsinin üzvləridir. Belə sualtı qayıqlar 1970-ci illərdən 1990-cı illərə qədər Sovet Hərbi Dəniz Qüvvələrinin silahlanmasında mövcud olub. Ultra-kiçik (bəzən mini də adlandırılır) sualtı qayıqlar diversiya missiyaları da daxil olmaqla, bir çox xüsusi vəzifələrin yerinə yetirilməsi üçün hazırlanıb. Azərbaycan HHQ-nin xüsusi təyinatlı dalğıc diversiya mərkəzinin silahlanmasında hər iki ultra kiçik sualtı qayıqlarla bərabər kəşfiyyatçı dalğıclar üçün fərdi sualtı vasitələr də mövcuddur. Nümayiş olunan sualtı qayıq nümunələrinin istifadəsinə aid etibarlı məlumatlar mövcud deyil, bu həmin mərkəzin indiyə qədər kifayət qədər məxfi saxlanılması və ya həmin sualtı vasitələrin silahlanmadan çıxarılması ilə əlaqədar ola bilər.

Hazırlanması

1960-cı illərin sonlarında SSRİ Hərbi Dəniz Donanmasının rəhbərliyi yeni mini-sualtı qayıqların - döyüş dalğıclarının daşıyıcılarının yaradılması üçün variantları araşdırmağa başladı. Yeni qayıqlar ilk yerli diversant daşıyıcısı olan “Triton”u əvəz etməli idi. Bu məqsədlə 1966-cı ildə “Volna” Mərkəzi Dizayn Bürosu “Triton-1M” tipli sualtı qayığının layihəsi üzərində işləməyə başladı. Mini sualtı qayığın yaradılması əvvəlcə Y.E.Evqrafovun, 1970-ci ildən E.S. Korsukovun, 1971-ci ildən L.V.Çernopyatovun, 1972-ci ildən isə S.A. Dementyevin rəhbərliyi altında həyata keçirildi.

İstehsalı

“Triton-1M” layihəsinin eskizləri 1968-ci ildə hazır oldu. Eyni zamanda qayıq üçün avadanlıq və müxtəlif texniki vasitələr hazırlayan podratçılar tərəfindən də paralel işlər aparılırdı. 1969-cu ildə mini sualtı qayığın texniki dizaynı hazırlandı və 1970-ci ilin mayında SSRİ Hərbi Dəniz Donanması tərəfindən təsdiq edildi. Bu isə “Volna” Mərkəzi Dizayn Bürosuna “Triton-1M” üçün işçi təsvirlərini və texniki sənədləri hazırlanmasına başlamağa imkan verdi və artıq sentyabr ayında bütün sənədlər Novo-Admiralteyski zavoduna təhvil verildi, bundan sonra ilk “Triton-1M” mini-sualtı qayıqların istehsalına başlandı. Layihə 09070 kod nömrəsini aldı.

Konstruksiyası

Mini sualtı qayığın korpusu alüminium-maqnezium qarışığından hazırlanıb. Qayıqda nominal gücü 3,4 kVt olan P32M elektrik mühərriki tərəfindən hərəkətə gətirən pər tətbiq edilib. Sualtı aparat DRK-1 hərəkət sükan kompleksinin və “Saur” sükan idarəetmə sisteminin köməyi ilə idarə olunur. 1972-1973-cü illərdə ilk mini sualtı qayıq “Triton-1M” sınaqlardan keçdi, ardından isə seriya istehsalına başlandı.

“Triton-1M” fərqli konstruksiyaya (bəzən nəm tipli aparat da adlandırılır) malik bir aparatdır: ekipaj nəfəs aparatı olan iki dalğıcdan ibarətdir, onlar keçicilik qabiliyyətinə malikdir, su ilə dolu bir kabində oturur. İdarəetmə paneli, batareya və elektromotor bölmələri isə germetikdir və suyun daxil olmasına qarşı davamlıdır.

Modernləşdirilən “Triton-1M” xarici görünüşünə görə sələfindən fərqlənir. Onun korpusunun konturları daha hamar olduğu üçün sualtı vasitə daha az enerji sərfiyyatı ilə daha yüksək sürət yığa bilir. Modernləşdirilən versiyada enerji mənbəyi kimi batareya qorunub saxlanılıb, lakin indi gümüş-sink və ya turşu batareyaları litium batareyalar ilə əvəz edilib.

“Triton” sualtılarının səthə çıxması xüsusi davamlılığa malik silindrlərdə saxlanan yüksək təzyiqli havadan istifadə edilərək həyata keçirilir. Bu sistem enerji təchizatından asılı deyil: yalnız kranı açmaqla slindri yenidən hava ilə doldurmaq mümkündür.

Sualtı qayığın təyin olunan əməliyyat rayonuna çatdırılmasında suüstü gəmilərdən də istifadə edilə bilər. Mini sualtı qayığın səthdən suya buraxılması, ən azı 2 ton qaldırma qabiliyyəti olan adi yük kranından istifadə edilməklə həyata keçirilir. Bazada sualtı qayıqlar nəqliyyat arabalarında saxlanılır.

Versiyaları

Diversant dalğıcların daşınması üçün hazırlanan “Triton” kiçik sualtı ailəsinə “Triton-1”, “Triton-1M”, “Triton-2” vasitələri aid edilir.

Onların arasında əsas fərqlər, daşınan heyətin sayına görə dəyişən kütlə və sututumu göstəricilərindən ibarətdir. 1600 kq kütləyə malik “Triton-1” və “Triton-1M” qayıqlarının ekipajı 2 nəfərdən-dalğıc və ya dalğıc-sürücüdən ibarət olduğu halda, 5700 kq-lıq “Triton-2” isə əlavə 4 nəfər dalğıcı da daşıya bilir. SSRİ-də sonradan “Sirena-UM” və “Piranya” kimi digər sualtı diveriya vasitələri də istehsal edilib.

Bu gün Rusiya donanmasında bir çox müasir mini sualtılar mövcuddur. Bunlara 6 km dərinlikdə fəaliyyət göstərən “Mir-1” və “Mir-2” sualtıları aid edilir. Onların köməyi ilə dəniz dibinin öyrənilməsi istiqamətində aparılan elmi tədqiqat işlərində də istifadə edilir. Bir müddət əvvəl bu aparatların Baykal gölünün bənzərsiz flora və faunasının öyrənilməsi üçün aparılan elmi-tədqiqat ekspedisiyasında iştirak etdiyi məlum olub, lakin bütün bunlar artıq digər mövzuya aid detallardır.

“Triton-2”

Sələfi “Triton-1M” kimi “Volna” Mərkəzi Dizayn Bürosunda hazırlanan və 1975-ci ildən Sovet İttifaqı dağılana qədər SSRİ Hərbi Dəniz Qüvvələrinin silahlanmasında mövcud olan “Triton-2” kiçik sualtı qayıqlarından cəmi 13 ədəd hazırlanıb. Onlardan bir neçəsinin hələ də bəzi keçmiş Sovet Respublikalarında, o cümlədən Azərbaycanda məhdud sayda mövcud olduğu ehtimal edilir. Bu vasitələrin hazırda istismarına dair etibarlı məlumatlar mövcud deyil.

“Triton-2” mini sualtı qayıqları aşağıdakı hissələrdən ibarətdir:

- ekipajın ön kabini;
- elektrk mühərriki bölməsi;
- dalğıclar üçün arxa kabin;
- batareya bölməsi;
- cihazlar bölməsi;
- idarəetmə bölməsi;
- burun bölməsi.

Uzunluğu on metrə çatmayan “Triton-2” təyinatına görə “Triton-1”dən əsas fərqi yalnız 2 nəfər dalğıc əvəzinə 6 nəfər dalğıc daşımasına və buna müvafiq olaraq daha böyük ölçülərə və sututumuna malik olmasından ibarətdir.

“Triton” ailəsinin təyinatı bir-birindən yalnız yerinə yetirilən vəzifələrin miqyasına görə fərqlənir.

Sualtı qayığın 2 nəfərlik ekipajı ön tərəfdəki kabində, 4 nəfərlik kəşfiyyat diversiya qrupu isə arxa kabində yerləşdirilir. Bu kabinlərdə suya dalma dərinliyindən asılı olmayaraq normal təzyiq saxlanılır. Ekipaj və kəşfiyyat diversiya qrupu qayıqda olduqları zaman nəfəs aparatlarından istifadə edirlər. Sualtı qayıqdan çıxış gövdənin yuxarı hissəsindəki lyuklar vasitəsilə həyata keçirilir.

Sualtı qayığın korpusu 40 metr dərinliyə enməyə imkan verən davamlı və maqniti olmayan alüminium-maqnezium qarışığından hazırlanıb. 11 at gücünə malik mühərrik 5 düyün sürətə malikdir və bu ona 60 mil məsafə qət etməyə imkan verir.
Sualtı qayıq suya daldığı zaman ekipaj və dalğıcların yerləşdiyi bölmələr “Triton-1”də olduğu kimi, su ilə doldurulur, batareya, elektrik mühərriki və idarəetmə bölmələri isə germetikdir.

Bu sualtı qayıqların “silahlanmasına” MQV-11, MQV-6V hidroakustk stansiyalar və “Samum” naviqasiya sistemləri daxil idi.

Təyinatı

SSRİ-nin kiçik sualtı vasitələri Qərb analoqlarından bir neçə il sonra hazırlanmağa başladı. Sovetlərin gələcək sualtı qayığından bənzər vəzifələrin yerinə yetirilməsi üçün istifadə etmək planlaşdırılırdı.

Bu vəzifələr aşağıdakılardan ibarət idi:

- liman və reydlərin su akvatoriyasında patrul xidmətinin təşkili;
- ehtimal olunan düşmənin sualtı kəşfiyyatçıları və diversantlarının axtarışı;
- maneə minaları və diversiya partlayıcı vasitələrinin gizli çatdırılması və yerləşdirilməsi;
- kəşfiyyatçı dalğıcların təyin edilən rayona çatdırılması və oradan çıxarılması;
- dəniz dibinin kəşfiyyatı;
- boru kəmərlərinin və sualtı qurğuların təmiri.

Bu cür sualtı qayıqlar sahilyanı zonanı qorumaq, iqtisadi zonanın qanunlarını pozanlara qarşı mübarizə aparmaq, bazaların giriş və çıxışlarında sualtı qayıqları və digər vasitələri müşayiət etmək kimi vəzifələri də yerinə yetirə bilər.

Bundan əlavə, onları dayaz sularda, adalarda, böyük sualtı qayıqların istifadəsi mümkün olmayan yerlərdə istifadə etmək mümkündür. Ehtimal olunan düşmən üçün görünməz olaraq 10 günə qədər üzə çıxmadan fəaliyyət göstərməsi “Triton” qayıqlarının mühüm xüsusiyyətlərindən hesab edilir. Kiçik sututumuna baxmayaraq minalar, torpedalar və ya raketlərlə silahlanan bu mini qayıqlar etibarlı və səssizdir. Müasir mini sualtı vasitələr batan sualtı qayıqların və ya gəmilərin heyətlərini xilas etmək üçün, həmçinin xüsusi əməliyyatlar və narkotiklərin daşınması üçün istifadə oluna bilir.

Silahlanması

Mini sualtı qayıqlar əsasən torpedalar, minalar və ya uzaqdan idarə edilən partlayıcı vasitələrlə silahlanır.

“Triton-1M” qayıqlarında şəxsi heyətin silahlarına gəldikdə isə dalğıclar əvvəlki kimi fərdi silahlarla təmin edilir. Bu silahlar hər bir dalğıc üçün sahildə qablaşdırılan germetik xüsusi dalğıc çantasına qoyulur və dalğıcların oturacaqlarının altına yerləşdirilir. Sualtı qayıqdan çıxarkən (bu adətən quruda baş verir) sualtı qayıq quruya çıxarılır, lövbərlər açılır və bu çanta dalğıclar tərəfindən götürülür. Döyüş tapşırığı başa çatdıqdan sonra, dalğıclar qayıqda quraşdırılan xüsusi hidroakustik mayakın siqnalı ilə təyin olunan nöqtəyə, yəni sualtı və ya suüstü daşıyıcıya qayıdır.

Hərbi məqsədlərlə tətbiqi

Ultra-kiçik sualtı qayıqlar tarixən təxribat məqsədi ilə düşmən limanlarına nüfuz etmək, habelə hərbi dəniz birləşmələrinin həlledici toqquşmalarında istifadə məqsədilə tətbiq edilib. “Triton” sualtı qayıqlarının istehsalı Soyuq Müharibə illərinə təsadüf etsə də, onların döyüş tətbiqinə aid məlumatlar hələ də məxfi saxlanılır. Lakin bu tip digər vasitələrin müharibələrdə tətbiqinə aid bəzi məlumatlar açıq mətbuatda mövcuddur.

İkinci Dünya müharibəsi dövründə bu sinfin uğurla tətbiq edilən nümayəndələri arasında Yaponiyanın “Ko-hyoteki”, Almaniyanın “Seehund” və İngiltərənin “Welman submarine” adlı mini qayıqlarını göstərmək olar. Həmin illərdə mini qayıqlar standart vəzifələri ilə bərabər kəşfiyyat və yüklərin çatdırılması üçün də istifadə edilib.

Mini sualtıların döyüş istifadəsinə dair ən cəsarətli addımlar təbii ki, II Dünya müharibəsi zamanı Yaponiya diversantlarına aiddir. Madaqaskardakı Diego-Suarez limanında, leytenant Akaida Saburo və Takemoto Massami mini sualtı qayıqları ilə ingilislərin “British Loyalty” tankerini batırdılar, “Ramillies” kimi nəhəng linkora isə ciddi ziyan vurdular.

Haşiyə: Tritonun ABŞ versiyası. “Triton” sualtı qayıq adı ABŞ tərəfindən də istifadə edilib. SSRN/SSN-586 layihəli qayıq ilə SSRİ-nin “Triton” mini sualtı qayıq ailəsi arasında heç bir əlaqə yoxdur. 1959-cu ildə yaradılan ABŞ-ın sualtı qayığı dövrünün ən bahalı və növünün yeganə nümayəndəsi olaraq atom reaktoruna malik idi. SSRİ-nin sualtısı isə təxminən 10 il sonra hazırlanıb və tamamilə fərqli təyinata və xüsusiyyətlərə malik olub. İki nüvə reaktoruna malik ABŞ qayığı əvvəlcə radiolokasiya patrulu üçün sualtı vasitə olaraq hazırlanmışdı, sonradan isə onu çoxməqsədli sualtı qayıq kimi yenidən modifikasiya etdilər. 1959-cu ildə istismara verilən bu qayıq 109 milyon dəyər ilə dövrünün ən bahalı və ən böyük atom sualtı qayığı olub.

Nə qədər maraqlı olsa da, ABŞ-da müasir mini sualtı qayıqların istehsalı ilə məşğul olan mşirkətlərdən biri də “Triton Submarines” şirkətidir. Onun məhsulları arasında 300 metrdən 10000 metrə qədər dərinliyə enə bilən qayıqlar mövcuddur. “Triton 36000/3” modeli 3 nəfərlik heyəti on kilometr dərinliyə çatdıra bilir. Bu qayıq 25 milyon dollara satılır. Sadə modellər isə orta hesabla 3-4 milyon dollara başa gəlir.

Şirkətin sualtı qayıqlarını mülki məqsədlər üçün əldə edənlər də az deyil. 2013-cü ildə “Discovery” kanalı “Triton Submarines” şirkətindən əldə etdiyi “Triton 1000/2” aparatından Arktikanın sualtı həyatı haqqında sənədli film çəkib.

Normal şəraitdə bu sualtı qayıq 12 saata qədər su altında qala bilər, lakin qəza vəziyyətində ordakı insanlar 96 saat sağ qala bilər. Bu məqsədlər üçün hazırlanan versiyalar adətən şəffaf qübbəyə malik olur. Yeri gəlmişkən onlar formasına görə təyyarəni xatırladır və rəqəmsal coystik vasitəsilə idarə olunur.

İstehsalçıları

Müasir ultra kiçik sualtı qayıqların istehsalı sahəsində Çin, ABŞ, Yaponiya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İsrail kimi ölkələr ciddi nailiyyətlər əldə ediblər. Rusiya, İran və Şimali Koreya isə fəaliyyətlərini genişləndirməyə cəhd edirlər.

İstifadəçiləri

Zavod 1973-1980-ci illərdə ümumilikdə 32 ədəd “Triton-1M” və az sonra 13 ədəd “Triton-2” mini sualtı qayığı inşa edib. Onların istismarı 1980-ci illərin sonlarına qədər həyata keçirilib, bundan sonra isə kütləvi şəkildə silahlanmadan çıxarılıb. Lakin son dəfə HDQ-nin müasir Dalğıc Təlim Poliqonunun açılışında çəkilən fotoların birində “Triton-1M” mini sualtı qayığının görüntülənməsi ictimaiyyətin diqqətini cəlb edib. Bu hərbi hissə Azərbaycanda məxfiliyi ən yüksək səviyyədə qorunan hərbi hissələrdən biri olub. Qeyd edim ki, yayımlanan foto materiallara istinadən “Triton” mini sualtı qayıqlarının silahlanmada mövcudluğunu təsdiqləmək mümkün deyil. Çünki qayığın təlim sahəsinin kənarında postament üzərində yerləşdirildiyi aşkar görünür. Digər tərəfdən isə hazırda “Triton-1M” qayıqlarının 4 ədədi müxtəlif şəhərlərin muzeylərində nümayiş etdirilir.

Əslində bəzi mənbələr bu qayıqların hələ də Rusiya, Ukrayna və Azərbaycanın silahlanmasında yer aldığını iddia edir.

Baza versiyasının taktiki və texniki xüsusiyyətləri

Ekipaj - 2 nəfər;
Avtonomluğu - 7.5 saat;
Daşıyıcının uzunluğu 5 m;
Eni - 1.43 m;
Hündürlüyü - 1.38 m;
Maksimum sualtı sürəti - 6,5 düyün (11,2 km/saat);
Sualtı üzmə məsafəsi - 37.3 mil;
Sututumu - 3.6 ton;
Kütləsi - 1.6 ton;
Suya dalma dərinliyi - 40 metr.

Daşıyıcı vasitə 10 günə qədər yerdə hərəkətsiz qala bilər. O maqnit kompasi, radiostansiya, MQV-3 hidroakustik stansiyası və kürs üzrə avtomatik hərəkət sistemi ilə təchiz edilir.

Nəticə

Yuxarıda qeyd edilən məlumatlardan aydın olur ki, hətta istismar edildiyi halda belə “Triton” mini sualtı qayıqları artıq resurslarını artıqlaması ilə başa vurduğu üçün tezliklə silahlanmadan çıxarılacaq. Bəlkə də artıq çıxarılıb. Onların müasir versiyalarının alınması isə böyük ehtimalla aidiyyəti qurumların gündəmindədir. Bu məqsədlə mini sualtıların inkişaf tendensiyaları ilə bağl bəzi təkliflərimizi burada qeyd etmək istəyirik.

Mini sualtıların gələcək inkişaf perspektivləri HDQ-nin döyük imkanlarının inkişafına ciddi təsir göstərəcək. 21-ci əsrdə PUA və mikrorobotlar kimi kiçik sualtı qayıqlar da dəniz və okean akvatoriyasında yerləşən dövlətlər üçün mühüm rol oynayacaq. Hazırda bu istiqamətdə ABŞ Müdafiə Nazirliyinin İnkişaf Tədqiqatları Agentliyi (DARPA) və Yaponiyanın müvafiq qurumları bir sıra ciddi layihələr həyata keçirir. Digər Qərb ölkələrinin və İsrailin də diqqəti cəlb edə biləcək çalışmaları var.

Yaxın illərdə istifadəyə veriləcək mini sualtı qayıqlarda həm kəşfiyyat mikrorobotlarının, həm də sualtı mövqedən havaya buraxılan PUA-ların şahidi ola biləcəyik. Pilotsuz və ya robotun idarə edəcəyi müasir sualtı qayıqların kiçik bir dönmə radiusu, uzun müddət avtonom fəaliyyəti, yüksək sürəti, qısa müddətdə sürətlənməsi (dayanması) kimi daha üstün xüsusiyyətlərə malik olacağı gözlənilir.

Bu yeni vasitələrin əsasən hərbi məqsədlər üçün geniş tətbiq olacağı gözlənilir. Onların klassik mini sualt qayıq vəzifələri ilə bərabər aşağıdakı tapşırıqları da yerinə yetirəcəyi gözlənilir:

Dənizin maksimum dərinliyində sualtı mina və ya maneələrin aşkar edilməsi;
Cavabdehlik zonasında sualtı mühitin tam araşdırlması;
Suüstü gəmilərin və sualtı qayıqların döyüş mühafizəsi məsələlərinin tam həll edilməsi;
Batan obyektlərdə xilasetmə işlərinə uzunmuddətli dəstək verilməsi;
Geniş akvatoriyalarda sualtı gəmilərin aralarında və ya sahil ilə rabitə əlaqəsinin təşkil edilməsi;
Ehtimal olunan düşmənin dəniz akvatoriyasının, bazalarının və gəmilərinin yaxınlığından sualtı PUA buraxılışlarının həyata keçirilməsi.

Mənbələr:

http://zonwar.ru/news/news_73_Triton-1M.html
https://www.forbes.ru/tekhnologii/tekhnika-i-biznes/298989-glubokaya-lodka-kratkii-gid-po-rynku-sovremennykh-chastnykh-min
https://svpressa.ru/war21/article/102877/
http://csef.ru/ru/oborona-i-bezopasnost/505/samye-malenkie-podvodnye-lodki-5894
https://topwar.ru/2339-dlinnaya-doroga-k-tritonu-kak-sozdavalas-sverxmalaya-podvodnaya-lodkatransportirovshhik-boevyx-plovcov-triton-1m.html
https://www.popmech.ru/technologies/8905-vek-karmannykh-submarin-mini-submariny/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HDQ   Triton  

HDQ-nin müasir Dalğıc Təlim Poliqonunun açılışında gözə dəyən kiçik ölçülü dəniz vasitəsi - TRİTON (HƏRBİ EKSPERT)

2020/02/a5b62-1581077408.jpg
Oxunub: 4218     16:13     07 Fevral 2020    