Ermənistanın Gürcüstana qarşı ərazi iddiaları və işğalçı əməliyyatlar - HƏRBİ EKSPERT (IV YAZI)

2020/04/111-1586590552.jpg
Oxunub: 4478     14:47     11 Aprel 2020    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Ermənistan və Gürcüstanın digər sərhədlərindəki vəziyyət

Ermənistanın Gürcüstana təcavüzü, iki respublika arasındakı gələcək sərhəd zonasındakı çətin vəziyyət fonunda baş verirdi.

1918-ci il oktyabrın sonunda Osmanlı İmperiyasının təslim olmasından və müddəti bitmiş Batumi müqaviləsi ilə qurulan sərhədlərin ləğv edilməsindən sonra Ermənistan təkcə Gürcüstanla deyil, həm də Azərbaycan Xalq Cümhuriyyəti ilə, eləcə də Cənubi Qafqazı tərk edan türk qoşunlarının yaratdığı birləşmələrlə qarşı-qarşıya gəldi.

Ermənistan hökumətinin, İrəvan əyalətinin bütün ərazisini, eləcə də Qars bölgəsini işğal etmək planları 9-cu turk ordusunun komandanı general Yaqub Şövqünün təşəbbüsü ilə 5 noyabr 1918-ci ildə yaradılan Qars İslam Şurasının müqaviməti ilə rastlaşdı.

Mudros müqaviləsindən sonra bölgədə qalan ən azı 30 000 əsgər və zabitlərə, habelə türklərin silahlandırdığı 8 000 nəfərlik yerli müsəlmanların könüllü qruplarına güvənən Qars İslam Şurası, bütün Qars bölgəsini nəzarət altına aldığını açıqladı.

İslam Şurası Məclisinin sədri Fəxrəddin bəy və İstanbuldakı Müttəfiq Missiyasının sədri Şövqü paşa bildirdi ki, Qars bölgəsinin müsəlmanları ya türk, ya da Rusiya yurisdiksiyasını qəbul etməyə razıdırlar, lakin bölgənin Gürcüstan və ya Ermənistan tərəfindən ələ keçirilməsi üçün edilən hər hansı bir cəhd kütləvi silahlı qarşıdurma ilə nəticələnəcək.

Qars İslam Şurası, həmçinin Batumi razılaşmasına əsasən Türkiyənin nəzarət etdiyi bütün Cənubi Qafqaz ərazilərinə, o cümlədən İrəvan əyalətinə, Naxçıvana, Aleksandropola, Axaltsıxa və Axalkalaki mahalları, eləcə də Batumi quberniyasına iddialı idilər. Bu ərazi iddiaları həmin ilin dekabrında Qars İslam Şurasını əvəz edən İslam Milli Şurası tərəfindən də təsdiqləndi.

İrəvan əyalətinin qərbindəki Sürməli uezdində isə yerli kürd tayfaları uezdə daxil olan işğalçı erməni hərbi birləşmələrinə qarşı partizan müharibəsi başlatdı. Bundan əlavə, 1918-ci il dekabrın əvvəlində Cəfərqulu Xan Naxçıvanski “İğdırda Müstəqil Araz-Türk Respublikası” elan etdi. Xan təkcə Surmali uezdinə deyil, Naxçıvan və Şərurla bərabər Daraləyəz uezdinə də haqlı olaraq iddialı idi. Türk silahları ilə silahlanan könüllülərdən və türklər tərəfindən burda saxlanılan nizamı tabordan ibarət qoşuna malik Cəfərqulu Xan işğalçı Ermənistan qoşunları ilə müharibəyə başladı.

Bu münaqişə Ermənistan paytaxtına təhlükə törədən başqa bir cəbhə də yaratdı. Erməni qoşunlarının bir hissəsi Gürcüstana qarşı müharibədə iştirak etdiyindən Naxçıvan istiqamətində məhdud qüvvədən istifadə edilirdi.

Azərbaycan əraziləri üçün Ermənistan davamlı olaraq qeyri-sabitlik mənbəyi idi. Ərazi məsələlərinə görə, Ermənistan həm Azərbaycan Xalq Cümhuriyyətinə, həm də Gürcüstan hökumətinə qarşı iddialarından nəinki əl çəkmirdi, həm də onların çərçivəsini daim genişləndirirdi.

1918-ci il noyabrın sonunda Cənubi Qafqazı işğal edən ingilis ekspedisiya qüvvələrinin komandanı general-mayor Vilyam M. Tomson Ermənistan və Azərbaycan arasında, İrəvan və Yelizavetpol əyalətləri arasındakı inzibati sərhəd xətti boyunca müvəqqəti bir sərhədin yaradılması təklif etdi. “Tomson xətti” Azərbaycan üçün qəbuledilməz idi. Azərbaycan hökuməti, İrəvan quberniyası ərazisində qalan tarixi torpaqlarını (əsasən Türk Araz Respublikasının iddia etdiyi üç uezd, Göycə gölünün şərq sahili və Zəngəzur) geri tələb edirdi.

Ermənistan isə Zəngəzur və Dağlıq Qarabağı əldə etməklə bərabər Cavanşir, Karyagin, Şuşa və Yelizavetpol quberniyasının Qazax uezdinə iddia edirdi. Bu ərazilərin sahəsi isə sonradan Sovet inzibati vahidi olaraq yaradılan DQMV-nin ərazisindən əhəmiyyətli dərəcədə böyük idi.

Erməni-Gürcüstan müharibəsinin əvvəlində “Tomson xətti”nin şərqindəki vəziyyət belə idi: Zəngəzur uezdinin əsas hissəsi yerli müsəlmanlara qarşı qətllər törədən və Dağlıq Qarabağın işğalını planlaşdıran Andranikin erməni partizan birləşmələrinin nəzarətində idi. Ermənistanın rəhbərliyi tərəfindən Andranikin rəsmi olaraq hökumətə tabe olmadığı və öz istəyi ilə hərəkət etdiyi, fəaliyyətlərini yalnız Zəngəzur və Qarabağdakı “yerli erməni rəhbərləri” ilə razılaşdırdığı görüntüsü yaradılırdı.

1918-ci il dekabrın 4-də Qarabağ ətrafında döyüşlər ermənilərin Abdallardakı qətllərindən dərhal sonra Britaniya nümayəndələrinin təzyiqi ilə dayandırıldı. Andranikin dəstələri Qarabağdan geri çəkildikdən sonra, yerli kürdlər və müsəlmanlar tərəfindən Zəngəzur və Qarabağın qovşağında yerləşən üç kəndə nəzarət bərpa olundu və bu da ermənilərin Zəngəzur üzərindən Qarabağı işğal etmək cəhdlərini daha da çətinləşdirdi.

Cəbrayıl, Karyagin, Şuşa və Yelizavetpol uezdlərinin dağlıq bölgələrində ikili hakimiyyət hökm sürüdü: Şuşada olan və Ermənistanla yenidən birləşmək istəyən Qarabağ Milli Erməni Şurasının terrorçu bölmələri yerli azərbaycanlılara qarşı qətllərdən əl çəkmirdi.

1918-ci ilin dekabrında Bakıdan gələn Böyük Britaniyanın nümayəndələri Ermənistan Milli Şurasını Dağlıq Qarabağ hökuməti kimi tanıdılar, lakin bir neçə həftə sonra faktları araşdıran Böyük Britaniya nümayəndələri qərarını Azərbaycanın xeyrinə dəyişdilər.

Sonda general Tomsonun əmrinə əsasən ingilis nümayəndələri Ermənistan Milli Şurasının siyasətdən çəkilməsində israr etməyə başladılar. Bundan əlavə, Erməni Milli Şurasına Qarabağın Azərbaycanlı qubernatoru Sultanov ilə hakimiyyəti bölüşmək tapşırıldı.

Tomsonun planına zidd olaraq - Cənubi Qafqazdan türklərin təxliyə edilməsinə başladıqdan dərhal sonra - Qazax uezdinin dağlıq hissəsi erməni qoşunları tərəfindən işğal edildi.

Ermənistan-Gürcüstan müharibəsinin sonunda, yəni 1919-cu il yanvarın ortalarında, Qafqazdakı İngilis komandanlığı, ən azı Paris Sülh Konfransının demarkasiyası ilə bağlı son qərarına qədər Qarabağın dağlıq hissəsini və Zəngəzuru onun əzəli sahibi Azərbaycanın yurisdiksiyasında saxlanılması qərarına gəldi.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Gürcüstan   Müharibə   Cavaxetiya  

Ermənistanın Gürcüstana qarşı ərazi iddiaları və işğalçı əməliyyatlar - HƏRBİ EKSPERT (IV YAZI)

2020/04/111-1586590552.jpg
Oxunub: 4479     14:47     11 Aprel 2020    