“Yüksək dərəcəli rəsmilər orduda mütləq qulluq etməlidir” - Hakopyan

2020/01/=-1580301267.jpg
Oxunub: 872     10:04     30 Yanvar 2020    
“Baş nazir ordunun, ordunun idarə edilməsinin nə demək olduğunu başa düşməlidir. Düşünürəm ki, yüksək dərəcəli rəsmilər orduda mütləq qulluq etmiş olmalıdır və bu, mənim şəxsi fikrimdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Milli Gündəm” partiyasının şura sədri Ara Hakobyan bildirib.

Qarabağ münaqişəsi barədə danışarkən Hakobyan qeyd edib ki, masaya hansı prinsiplərin qoyulduğu və Ermənistanın Azərbaycanla hansı sənədlər ətrafında danışıqlar aparacağı məsələsi onun üçün anlaşılmazdır.

“Masada sənəd yoxdur deyirlərsə, deməliyəm ki, bu, belə deyil. Minsk qrupu həmsədrləri və Azərbaycan tərəfinin sənədin Madrid prinsipləri və onun Lavrov, yaxud Kazan variantları olduğunu deməsi ilk dəfə deyil. İndi Ermənistanın Baş naziri “Qarabağ rəhbəri vəzifəsinə namizədlər, münasibətinizi bildirin” deyirsə, mən də iddia edirəm. Ermənistan Baş naziri, əvvəlcə sən öz münasibətini bildir. Sual verirəm, Ermənistanın Baş naziri 7 rayonun qaytarılması barədə danışanda o, buna tərəfdardır, onun bu məsələ ilə bağlı şəxsi mövqeyi hansıdır?”, - deyə Hakobyan bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik   Paşinyan-hökuməti  

“Yüksək dərəcəli rəsmilər orduda mütləq qulluq etməlidir” - Hakopyan

2020/01/=-1580301267.jpg
Oxunub: 873     10:04     30 Yanvar 2020    