Sabiq erməni deputat: “Ermənistan ordusunun ildönümü münasibətilə İrəvanda bayram əhval-ruhiyyəsi yoxdur”

2019/11/56756-1573816613.jpg
Oxunub: 1248     16:38     29 Yanvar 2020    
“5 il və ya ondan bir qədər əvvəl İrəvanda, ölkəmizdə minlərlə reklam lövhələri var idi. Hər dəfə bu lövhələrin üzərində ordu gününü əks etdirən şəkillər var idi, bayram atmosferi var idi. Bir neçə gündür ki, baxıram, yoxdur, götürüblər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu yanvarın 28-də, Yerablurda jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sabiq deputatı, ikinci prezident Robert Köçəryanın azadlığı komissiyasının koordinatoru Ağvan Vardanyan bildirib.

Vardanyanın sözlərinə görə, Ermənistan ordusunun ildönümü münasibətilə İrəvanda bayram əhval-ruhiyyəsi yoxdur.

“Divar kağızları üzərindəki əlyazma hansısa mənasız mətnlərdir”,- deyə Vardanyan bildirib.

Vardanyan qeyd edib ki, bayram divar kağızlarından başqa orduya qarşı olan ruh və münasibət də əskikdir.

“Ordunun, hərbçilərin, komandanlığın, sülh həyatını təmin edən prezidentlərimizin münasibəti əskikdir. Qarabağın hərbi-siyasi rəhbərliyinə qarşı münasibət əskikdir, təzyiq və təqiblər altındadırlar. Bunu ən az 50 faiz ordu ilə hər hansı əlaqəsi olmayan bir komanda edir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Sabiq erməni deputat: “Ermənistan ordusunun ildönümü münasibətilə İrəvanda bayram əhval-ruhiyyəsi yoxdur”

2019/11/56756-1573816613.jpg
Oxunub: 1249     16:38     29 Yanvar 2020    