Rus analitik: “Paşinyanın Qafanda verdiyi bəyanat birbaşa təxribat kimi görünür, Moskva bunu nəzərə almalıdır”

2020/01/Trofi-1580284151.jpg
Oxunub: 1312     12:01     29 Yanvar 2020    
“Paşinyanın əvvəlkilərə bənzər şəkildə iddia etdiyi kimi, bu müharibə Rusiya tərəfindən təhrik edilməyib. Paşinyan o zaman hakimiyyət başında deyildi, Sarkisyana qarşı isə rus tərəfinin heç nəyi yox idi, elə deyil?”.

Ordu.az erməni KİV-lərinə istinaqdən xəbər verir ki, bunu siyasi analitik Qriqori Trofimçuk Ermənistanın Baş naziri Nikol Paşinyanın Qafanda təşkil etdiyi mətbuat konfransı zamanı səsləndirdiyi bəzi fikirlərə toxunarkən bildirib.

Qeyd edək ki, yanvarın 25-də Qafanda mətbuat konfransı zamanı Paşinyana 2016-cı ildə Aprel döyüşlərinin Rusiyanın razılığı ilə baş verməsi ilə bağlı bəyanatına dair sual verilib. Paşinyan cavab olaraq qeyd edib ki, 2016-cı ildə verdiyi bəyanatlar indi də “Facebook” səhifəsindədir. Paşinyanın sözlərinə görə, erməni cəmiyyətini narahat edən məsələləri rus həmkarları ilə müzakirə edib.

Trofimçuk qeyd edib ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl verdiyi bəyanatlarından indi də imtina etmədiyi barədə birbaşa şəkildə danışır.

“Paşinyanın əvvəlkilərə bənzər şəkildə iddia etdiyi kimi, bu müharibə Rusiya tərəfindən təhrik edilməyib. Paşinyan o zaman hakimiyyət başında deyildi, belə bir şeyə icazə vermək, yumşaq dildə desək, hadisələrin qəribə inkişafı üçün isə rus tərəfinin Sarkisyana qarşı heç nəyi yox idi. Paşinyanın Qafanda verdiyi bəyanat birbaşa təxribat kimi görünür. Moskva hər hansı qaydada onu nəzərə almalıdır”,- deyə Trofimçuk bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qafan   Qarabağ   Aprel-döyüşləri  

Rus analitik: “Paşinyanın Qafanda verdiyi bəyanat birbaşa təxribat kimi görünür, Moskva bunu nəzərə almalıdır”

2020/01/Trofi-1580284151.jpg
Oxunub: 1313     12:01     29 Yanvar 2020    