Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü planlaşdırlıb?

2020/01/0-84-1580106508.jpg
Oxunub: 1008     10:43     27 Yanvar 2020    
Münhendə baş tutacaq təhlükəsizlik məsələləri üzrə konfrans zamanı prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşlə bağlı müzakirələr davam edir.

“Konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək, lakin görüşün dəqiq razılaşması yoxdur. Digər tərəfdən görüşü istisna etmək olmaz, çünki bu məsələ müzakirələr mərhələsindədir”, - deyə yanvarın 25-də Qafqanda jurnalistlərlə görüş zamanı Paşinyan bildirib.

Onun sözlərinə görə, İlham Əliyevlə danışmaq üçün imkan olsa, söhbət faydalı olar.

Jurnalistlərdən birinin “Qarabağ münaqişəsinin həlli üçün hazırda danışıqlar masasında hansı sənəd var?” sualına cavab verərkən Paşinyan qeyd edib ki, konkret sənəd yoxdur, lakin bağlı otaqda nə barədə danışıldığını hər kəs bilir.

“İlham Əliyevlə bu çərçivə haqqında danışırıq və masada hər hansı kağız yoxdur, lakin mövzulu müzakirələrə yaxınlaşmaq üçün daha konkret işləməliyik. Hesab edirəm, bir sıra obyektiv və subyektiv səbəblərə görə buna yaxınlaşmaq üçün bu dövrü o qədər də səmərəli istifadə etməmişik”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan   Görüş  

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü planlaşdırlıb?

2020/01/0-84-1580106508.jpg
Oxunub: 1009     10:43     27 Yanvar 2020    