Raket və artilleriya qoşunlarının hissə və bölmələrinin ixtisas hazırlığı - HƏRBİ EKSPERT (ANALİZ)

2020/02/2222-17399290359.jpg
Oxunub: 3044     12:23     15 Fevral 2020    
Raket və artilleriya qoşunlarının döyüş hazırlığının əsas fənlərindən biri ixtisas hazırlığıdır. İxtisas hazırlığının əsas tapşırıqları, ştat-vəzifə təyinatına və qarşılıqlı əvəzetmə qaydasına uyğun olaraq ştatda olan silah və döyüş texnikası üzərində vəzifələrinin yerinə yetirilməsi üzrə şəxsi heyətə praktiki vərdişləri aşılamaq və bölmələrin uzlaşmasına nail olmaqdır.

İxtisas hazırlığı təmin etməlidir:

- şəxsi heyətin vəzifələrini vaxtında və düzgün yerinə yetirməsini;
- şəxsi heyət arasında qarşılıqlı əvəzetməni;
- təhlükəsizlik qaydalarına əməl etməni;
- sənədlərin düzgün tərtib edilməsini;
- sadə nasazlıqların aradan qaldırılmasını.

İxtisas hazırlığı üzrə məşğələlər taqımda (heyətdə), batareyada, ayrı-ayrı ixtisasçılarla isə (hesablayıcılar, radio-telefonçular, operatorlar, topogeodeziyaçılar, meteoroloqlar və s.) divizionda (hissədə) təşkil edilir. Məşğələlər manqa (heyət), taqım, batareya komandirləri və yuxarı rəislər tərəfindən keçirilir. Bəzi ixtisasçılarla divizion (hissə) miqyasında məşğələlərin keçirilməsi üçün daha hazırlıqlı zabitlər cəlb olunurlar.

İxtisas hazırlığının birinci mərhələsi mütəxəssislərin hazırlanmasıdır. Bu mərhələdə xüsusi siniflərdə, parklarda, ştatda olan silah və texnikanın tədris-məşq qurğularından istifadə edərək hər bir ixtisasçının vəzifələri, döyüş işində fənd və fəaliyyətləri öyrədilir. Bu mərhələdə məşğələlər izah etmə, göstərmə və məşq etdirmə üsulu ilə keçirilir.

Birinci ixtisas hazırlığı məşğələsində əvvəl buraxma qurğularının, topların, cihazların, rabitə vasitələrinin quruluşu, təyinatı, xüsusiyyətləri, döyüş işinə hazırlama qaydaları və onlarla işləyərkən təhlükəsizlik tədbirləri öyrənilir.
Şəxsi heyətin aldığı bilik, bacarıq və vərdişlər döyüş işi məşğələlərində, ərazidə keçirilən taktiki, taktiki-sıra məşğələlərində təkmilləşdirilir. Bu mərhələdə heyətlərin (manqaların) və taqımların döyüş uzlaşması həyata keçirilir. Məşğələlər nümayiş və məşq üsulları ilə keçirilir.

Hər bir məşğələnin müddəti döyüş hazırlığı proqramı ilə müəyyən olunur. Məşğələyə hazırlığa daxildir:

- ilkin məlumatların aydınlaşdırılması və müəyyən edilməsi;
- plan-konspektin hazırlanması;
- məşğələ yerinin və maddi təminatın hazırlanması;
- rəhbərin və bölmələrin məşğələyə hazırlığı.

Məşğələyə hazırlıq üçün ilkin məlumatlara daxildir:

- mövzu;
- tədris məqsədləri;
- tədris sualları;
- öyrədilənlərin tərkibi;
- vaxt;
- müddət;
- məşğələnin keçirilmə yeri;
- maddi təminat.

Məşğələyə hazırlıq onun keçirilməsinə 2-3 gün qalmış başlayır. Hazırlığa başlayarkən rəhbər tədris cədvəlindən məşğələnin nə vaxt və harada keçirilməsini, mövzunun məzmunu, məşğələyə ayrılmış vaxtı aydınlaşdırmalıdır.

İlkin məlumatları aydınlaşdırdıqdan və müəyyən etdikdən sonra rəhbər məşğələnin keçirilməsinin plan-konspektini tərtib edir. Döyüş işi təlimatının öyrənilməsi üzrə plan-konspekt mətn şəklində, sərbəst formada işlənilib hazırlanır.

Plan-konspektdə göstərilir:

- məşğələnin mövzusu;
- tədris məqsədləri;
- tədris sualları, onların qısa məzmunu və hər sualın öyrənilməsinə ayrılmış vaxt;
- öyrədilənlərin tərkibi;
- məşğələnin keçirilmə vaxtı və yeri;
- maddi təminat;
- rəhbərin fəaliyyətləri və göstərişləri;
- öyrədilənlərin fəaliyyətləri və digər məlumatlar.

Kompleks məşğələ ixtisas hazırlığının əsas formasıdır. Kompleks məşğələlərdə bütövlükdə bölmə tərkibində müxtəlif döyüş növlərində fəaliyyətlər məşq etdirilir. Fəaliyyətlər öyrədilənlər tərəfindən düzgün və tələb olunan tempdə yerinə yetirilənə qədər təkrarlana bilər.

Kompleks məşğələnin keçirilməsinin əsas üsulları taktiki fonda hazırlıq kurslarının tapşırıqlarını yerinə yetirərkən fəaliyyətlərin göstərilməsi və məşq etdirilməsidir. Kompleks məşğələlər batareya komandirləri tərəfindən keçirilir. Kompleks məşğələlərin sayı və müddəti raket və artilleriya bölmələrinin döyüş hazırlığı proqramları ilə müəyyən edilir. Kompleks məşğələlərin mövzuları hissə (divizionun) komandiri tərəfindən tədris dövrü üçün müəyyən olunur. Batareya (artilleriya kəşfiyyatı bölməsi) məşğələ rayonuna marş keçirir, döyüş düzülüşünə açılır və atışa (raketlərin buraxılışına, kəşfiyyatın aparılmasına) hazırlıq tədbirlərini yerinə yetirir, 1-2 dəfə yerdəyişmə keçirir və bir neçə raket zərbələrinin (artilleriya atəşinin, kəşfiyyatın aparılması) endirilməsinə hazırlıq üzrə tapşırıqları yerinə yetirir. Müntəzəm olaraq şəxsi heyətin hazırlıq səviyyəsini (dərəcəsini) və batareyanın ixtisas hazırlığı üzrə uzlaşma səviyyəsini müəyyən etmək, həmçinin döyüş atışlı taktiki təlimlərdən əvvəl nəzarət qrupunu cəlb etməklə böyük rəis tərəfindən yoxlama kompleks məşğələsi keçirilir və buradan batareyanın döyüş atışlarına, yaxud döyüş atışlı taktiki təlimə buraxılmasından nəticə çıxarılır.

Rəhbər, məşğələni yekunlaşdırarkən öyrədilənlərə mövzunu, tədris məqsədini və məşğələnin qısa məzmununu xatırladır, qarşıya qoyulmuş məqsədə nail olmanı göstərir, əsgərlərin və manqanın (heyətin) bütövlükdə fəaliyyətlərindəki müsbət tərəfləri göstərir, daha yaxşı mənimsəyən əsgərləri qeyd edir, şəxsi heyətin hazırlığındakı çatışmazlıqları göstərir, tədris suallarından hansının daha zəif mənimsənildiyini qeyd edir, onun səbəbini açıqlayır, öyrədilənlərin fəaliyyətinə qiymət verir, çatışmazlıqların nə vaxt və necə aradan qaldırılmasını göstərir, müstəqil (sərbəst) hazırlığa tapşırıq verir.

İxtisas hazırlığı üzrə qiymətləndirmə Raket və Artilleriya Qoşunlarının hazırlıq kurslarına uyğun aparılır.

Kompleks məşğələnin hazırlanmasına aşağıdakılar daxildir:

- məşğələnin keçirilmə planının tərtib edilməsi;
- məşğələ üçün yerin və maddi təminatın hazırlığı;
- komandirin və bölmənin məşğələyə hazırlığı.

Kompleks məşğələnin hazırlanması üçün ilkin məlumatlara daxildir:

- mövzu;
- tədris məqsədləri;
- tədris sualları;
- öyrədilənlərin tərkibi;
- vaxt;
- müddət;
- məşğələnin keçirilmə yeri;
- motoehtiyat sərfi normaları;
- yamsılama və digər maddi vəsaitlər.

Kompleks məşğələnin keçirilməsi üçün ayrılmış tədris vaxtı aşağıdakı kimi bölüşdürülə bilər:

- batareyanın döyüş düzülüşünə açılma zamanı qrup normativlərinin yerinə yetirilməsi;
- atışa hazırlıq və kəşfiyyatın aparılması (döyüş işi);
- manqa (heyət) komandirlərinin rəhbərliyi altından fərdi normativlərin işlənilməsi;
- taqım komandirlərinin rəhbərliyi altında manqa (heyət) və taqım tərkibində döyüş işi üzrə qrup normativlərinin işlənilməsi;
- batareya komandirinin rəhbərliyi altında batareya tərkibində döyüş işi üzrə qrup normativlərinin işlənilməsi.

Tədris vaxtının bölüşdürülməsi fərqli də ola bilər. Rəhbər məşğələyə buraxılan motoehtiyat sərfini, yamsılama vasitələrini dəqiqləşdirməli, meteoroloji bülletenləri, mərmilərin (raketlərin) ballistik məlumatlarını, nəzarət məlumatlarını, oriyentirlərin və hədəflərin koordinatların siyahısını hazırlamalıdır.

Kompleks məşğələnin keçirilmə planı rəhbər tərəfindən mətn formasında taktiki şəraiti göstərən xəritə əlavə edilərək hazırlanır. Məşğələnin keçirilmə planının mətn hissəsində:

- ilkin məlumatlar (mövzu, tədris məqsədləri, öyrədilənlərin tərkibi və digər maddi vəsaitlər);
- məşğələnin gedişi (tədris sualları, onların işlənilməsi üçün vaxt, rəhbər və öyrədilənlərin fəaliyyətləri, tədris yerləri və onların rəhbərləri, xəbərdaretmə və qarşılıqlı əlaqə siqnalları);
- məşğələnin gedişində rəhbərə lazım olan (meteobülletenlər, döyüş sursatları, raketlər haqqında məlumatlar, hədəflərə nəzarət göstəriciləsi, hədəflərin koordinatlar siyahısı, döyüş düzülüşünün koordinatlarının siyahısı, radioməlumatlar, radioqramlar, komandalar və s.) arayış, nəzarət və digər məlumatlar olur.

İxtisasçıların məşğul olduqları mövzuları öz aralarında, həm də, kompleks məşğələnin ümumi mövzusu ilə əlaqələndirmək lazımdır. Tədris nöqtələrində məşğələ rəhbəri kimi cəlb olunan taqım və manqa komandirləri ilə təlimat, adətən batareya komandiri tərəfindən ərazidə keçirilir. Onun gedişində öyrənilir:

- kompleks məşğələnin keçirilmə qaydası və onun maddi təminatı;
- tədris suallarının işlənilmə yerləri və qaydası, eləcə də daha çox diqqət ayrılmalı suallar;
- digər bölmələrlə qarşılıqlı əlaqə qaydası;
- fərdi və qrup normativlərinin işlənilməsi;
- təhlükəsizlik qaydaları və digər suallar.

Məşqin keçirilməsi qaydası mövzudan, hədəflərdən, tədris suallarından və onlara ayrılmış vaxtdan asılıdır. Kompleks məşğələ tədris həyəcanı ilə qaldırılmadan, məşğələyə hazırlığın (ləvazimatın, cihazların yığım və bərkidilməsindən, şəxsi silah və əmlak, tədris döyüş sursatlarının (raketlərin) varlığı və sazlığı, doldurma qurğularının, blankların, cədvəllərin, döyüş qurğularının, təlimatların, çöl şəraitində işləmək üçün cihaz və qurğularının və s.) yoxlanılmasından başlayır. Daha sonra batareya komandiri batareyanın şəxsi heyətinə tədris məqsədlərini (batareyada hər bir ixtisas üçün), taktiki şəraiti çatdırır, tədris suallarını elan edir, təhlükəsizlik qaydaları üzrə təlimat keçirir və tədris suallarının işlənilməsinə başlayır. Qeyd olunmuş rayonda batareya döyüş düzülüşünə açılır. Məşğələ rəhbəri atəş taqımları ilə birgə hərəkət edir və atəş mövqeyinin tutulması zamanı heyətlərin fəaliyyətlərini, onlar tərəfindən yerinə yetirilən normativləri, atəş mövqeyi koordinatlarının müəyyən edilməsi qaydasını və onların dəqiqliyini, hesablayıcının, tuşlayıcıların və top komandirlərinin işini, batareyanın baş zabitinin, 2-ci atəş taqım komandiri və heyət komandirləri ilə qarşılıqlı əlaqəni yoxlayır.

Tabelikdə olanların fəaliyyətini qiymətləndirdikdən sonra, batareya komandiri top, döyüş texnikası və cihazların yanında nümunəvi fənd və fəaliyyətləri göstərərək zəif mənimsənilən sualları işləyir.

İdarəetmə taqım komandirinin tərtib etdiyi plana əsasən məşğul olaraq atəş mövqelərində 200-300 m aralıda yerləşir.

Kəşfiyyatçılar ixtisas hazırlığı üzrə, “Müşahidə məntəqəsinin tutulması”, “Oriyentirlər sxeminin tərtib olunması”, “Düşmənin kəşfinin aparılması”, “Hədəfgöstərmə, hədəflərin tutulması və koordinatlarının müəyyən olunması” və s. mövzuları işləyirlər. 2-3 saatdan sonra batareya komandiri müşahidə məntəqəsinə gəlir və İdarəetmə taqımı ilə məşğələ keçirir. Əvvəl o, “Müşahidə məntəqəsinin tutulması” mövzusunu məşq etdirə bilər. Bunun üçün yerdəyişməyə müdaxilə verilir. Öyrədilənlərin fəaliyyətini müşahidə edərək, batareya komandiri müşahidə məntəqəsinin tutulmasının gizliliyini və düzgünlüyünü, cihazların yerləşdirilməsi və səmtləşdirilməsi, topogeodezik bəndetmənin dəqiqliyi, atəş mövqeyi ilə əlaqənin təşkili və təmini, həmçinin normativlərin yerinə yetirilməsini məşq etdirir. Daha sonra o, şəxsi heyətə zəif mənimsənilən sualları izah edir, onların düzgün anlaşmasına və bütün fəaliyyətlərin dəqiq yerinə yetirilməsinə nail olur. Tədris vaxtının bir hissəsi proqramın yeni suallarının öyrənilməsinə ayrılır. İdarəetmə taqımı ilə sualları məşq etdirdikdən sonra, rəhbər hədəflərin yamsılanmasına komanda (siqnal) verir. Kəşfiyyatçılar hədəfləri aşkar edirlər və müşahidənin nəticələrini qeyd edərək kəşfiyyat və atışa xidmət jurnalına qeyd edirlər.

Məşğələdə nəzərdə tutulmuş vaxtda batareya komandiri taqım komandiri və kəşfiyyat manqa komandiri ilə ərazidə atış və atəşin idarə edilməsi üzrə məşq keçirir. İdarəetmə taqım komandirinə kəşf olunmuş hər hansı bir hədəfi susdurmağa və məhv etməyə tapşırıq verir. Atışa xidmət göstərməyə bütün batareyanı cəlb etmək məqsədəuyğundur. Bu vaxtadək atəş taqımları batareya baş zabitinin və 2-ci atəş taqım komandirinin planı əsasında müstəqil məşğul ola bilərlər. Birinci növbədə döyüş hazırlığının əvvəl keçirilmiş mövzuları üzrə çatışmazlıqlar aradan qaldırılır, heyətlərlə normativlər məşq etdirilir. Mütəmadi olaraq müdaxilələrin köməyi ilə heyətləri fərqli qalxma bucaqları, həmçinin atəş mövqeyinin özünümüdafiəsi və tuşlama nöqtəsi məhv edildikdə atəşin aparılması fəaliyyətləri məşq etdirilir. Məşq zamanı heyətlər tapşırıq yerinə yetirənin komandalarını atəş aparmada əməli vərdişləri təkmilləşdirərək yerinə yetirirlər. Radiotelefonçular komandaları, məruzələri və sərəncamları ötürürlər, jurnallarda qeydlər aparırlar, müşahidə məntəqəsi və atəş mövqeyi arasında daima əlaqəni təmin edirlər.

Artilleriya dartıcılarının sürücüləri, dartıcı manqa komandirlərinin rəhbərliyi altında dartıcı vasitələrin gizləmə rayonunda avtomobillərin (dartıcıların) material hissəsini, sürücülük qaydalarını və digər sualları öyrənirlər.

Batareya komandiri taqım komandirləri, top və manqa komandirləri ilə birgə batareyanın atəş tapşırıqlarının və qrup normativlərinin yerinə yetirilməsi zamanı manqa (heyət), taqım və batareyanın bütövlükdə fəaliyyətlərinin uzlaşmasına nail olur.

Kompleks məşğələnin gedişində şəraitdən irəli gələn müxtəlif atəş tapşırıqlarını məşq etdirmək lazımdır.

Hücumda tapşırığın böyük hissəsi hücumun artilleriya hazırlığı və hücum edən qoşunların artilleriya dəstəyi dövrlərində; müdafiədə - düşmənin hücumunun dəf edilməsinin artilleriya hazırlığı, müdafiə olunan qoşunların artilleriya dəstəyi dövrlərində yerinə yetirilməlidir.

Kompleks məşğələ zamanı atəş tapşırıqları müşahidə məntəqəsinin və atəş mövqeyinin müxtəlif vəziyyətlərində yerinə yetirilməlidir. Tapşırıqların ən azı yarısı marşdan bölmələrin açılması və qısa müddətdə atəşin açılması, müşahidə məntəqəsinin və mövqeyinin dəyişilməsi zamanı yerinə yetirilir. Atəş tapşırıqlarının məzmunu batareyanın çapına, həmçinin yaranmış şəraitə uyğun olaraq təyinatına və atəş imkanlarına müvafiq olmalıdır.

İxtisas hazırlığının daha sonrakı təkmilləşdirilməsi taktiki-sıra məşğələsi, atış və atəşin idarə edilməsi (raket zərbələrinin idarə edilməsi) məşqlərində və nəzarət məşğələlərində, taktiki (taktiki-xüsusi) təlimlərdə həyata keçirilir.

Nəticə:

1. İxtisas hazırlığı taktiki-xüsusi hazırlığın təməlini təşkil etdiyinə görə, bu fənn üzrə tapşırıqlar düşmən və bizim qoşunların aviasiyası, raket və artileriya qoşunlarının təchizatı və döyüş imkanlarına uyğun təyin edilməlidir.

2. Raket və artileriya qoşunlarının komandir heyəti və əsas ixtisasçılar mərkəzləşdirilmiş qaydada hazırlanmalı, qoşunlarda ixtisas hazırlığı əsasən dəyişən heyətin kiçik mütəxəssislərinin hazırlığına yönəldilməlidir.

3. İxtisas hazırlığında şablonlara bağlanmaqdan başqa, son müharibə, münaqişə və döyüşlərin təcrübəsindən istifadə olunmalı, xüsusilə artilleriya bölmələri üçün planlaşdırılmamış tapşırıqların yerinə yetirilməsi məşq etdirilməlidir.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
Quru Qoşunları artilleriyasının döyüş nizamnaməsi, birinci hissə, diviziya, briqada, alay, 2005
Hərbi Akademiyanın dinləyiciləri üçün Raket və Artilleriya Qoşunları və Artilleriya ixtisası üzrə dərs vəsaiti, 2009
“Raket və artilleriya silahları haqqında məlumatlar toplusu”, 2017
“US Army modern artillery”
“Twentieth century artillery”
“Современная Артиллерия”

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Raket və artilleriya qoşunlarının hissə və bölmələrinin ixtisas hazırlığı - HƏRBİ EKSPERT (ANALİZ)

2020/02/2222-17399290359.jpg
Oxunub: 3045     12:23     15 Fevral 2020    