Taleyüklü bir qərar gözləyərkən Paşinyan hakimiyyətini itirə bilər

2020/01/e1fa7-1579857392.jpg
Oxunub: 1459     17:41     27 Yanvar 2020    
“Paşinyan çətin vəziyyətlə üz-üzədir, demək olar, yarım ildir ki, MTX direktoru və polis rəisi təyin edə bilmir. Əlbəttə ki, bu sistemlərdə kadr problemləri yoxdur və Baş nazir istəsə problemi çox tez həll edə bilər, amma bu vəzifələr uğrunda qızğın bir siyasi mübarizə olduğu üçün qərar vermək çətindir”.

Ordu.az xəbər verir ki, bu, Ermənistanın “Politik.am” nəşrində dərc olunan məqalədə qeyd edilib.

Müəllif qeyd edir ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın əhvalatı Paşinyan üçün yaxşı bir dərs olub. O, xüsusilə bu vəzifəyə heç bir nüfuzu olmayan və siyasətlə məşğul olmaq niyyəti olmayan bir şəxsi təyin etməli olduğunu yaxşı başa düşür.

Paşinyan bu tələblərə əməl etməyi prioritet hesab edir. Amma əslində daha vacib bir məsələ var ki, Paşinyan fərqinə varmadıqda yenidən fakt qarşısında qala bilər və bu dəfə hakimiyyəti itirə bilər.

Problem ondadır ki, Paşinyan komandasındakı bir neçə nüfuzlu qrup, baş nazirin məhz onların irəli sürdüyü namizədi MTX rəhbəri təyin etməsi üçün əllərindən gələni edirlər. Bu təkliflər əlbəttə “xoş arzularla” doludur, amma reallıq tamamilə fərqlidir.

Paşinyanın komandası yaxşı bilir ki, artıq o, əvvəlki reytinqinə sahib deyil. Vanetsyanın nümunəsinə yenidən qayıdaraq, MTX direktoru vəzifəsinin onlara sonsuz dərəcədə məlumat verəcəyini yaxşı bilirlər. Bu fürsət mütləq birmənalı şəkildə onların mövqelərini möhkəmləndirəcək. MTX-nin çoxlu qovluqları bu qruplara komanda daxilində onlara sadiq olacaqlarına vəd verən insanları toplamağı təmin edəcək. Bu fürsətlə, MTX direktoru vəzifəsini “ələ keçirən” komanda, hakimiyyət içərisində çox tez bir zamanda diktə edə biləcək halına gələcək və vaxt gəldikdə, onlar tez bir zamanda sükanı ələ keçirə biləcəklər.

Beləliklə, MTX rəisinin təyin edilməsi Paşinyanın siyasi gələcəyi üçün həlledici ola bilər. İndi Paşinyanın hakimiyyətində media qalmaqalından başqa əllərində heç bir vasitə olmayan sələflərindən daha çox öz komandası tərəfindən daha böyük təhlükə altında olduğu aydınlaşır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   MTX   Polis   Qərar   Böhran  

Taleyüklü bir qərar gözləyərkən Paşinyan hakimiyyətini itirə bilər

2020/01/e1fa7-1579857392.jpg
Oxunub: 1460     17:41     27 Yanvar 2020    