HHQ-nin silahlanmasında olan sualtı qayıq əleyhinə çoxməqsədli helikopter - KA-27 (HƏRBİ EKSPERT)

2020/02/1-1581408987.jpg
Oxunub: 3749     10:58     13 Fevral 2020    
Hər bir ordunun silahlanmasında aviasiya vasitələrinin, o cümlədən helikopterlərin mühüm rol oynadığı danılmazdır. Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında ABŞ-ın "Bell-412", Rusiyanın müxtəlif təyinatlı Mi-24, Mi-24G, Mi-35, Mi-17 helikopterləri ilə bərabər, "Ka-27" helikopterləri də mövcuddur. Bu dəfə Sizə Ka-27 çoxməqsədli helikopterlərinin imkanları haqqında məlumat verməyə çalışacağıq.

Hərbi Dəniz Qüvvələri üçün ən yüksək prioritetlərdən biri düşmən sualtı qayıqlarının axtarışı və məhv edilməsidir. Bu hədəflərə nail olmaq üçün texniki vasitələr İkinci Dünya müharibəsindən əvvəl icad edilib, lakin onların birbaşa gəmilərdən istifadəsi çox vaxt səmərəsiz olurdu. Atom sualtı qayıqların yaradılması bu vəziyyəti daha da çətinləşdirirdi, çünki onlar asanlıqla hidroakustik əlaqəni kəsərək yüksək sürətlə okeanda gizlənə bilir. Onları ələ keçirmək üçün xüsusi aviasiya vasitəsi tələb olunurdu. Bu vasitələrin ən görkəmli nümunələrindən biri SSRİ-nin “Ka-27” qayıq əleyhinə helikopterləri hesab edilir. Bu helikopterlər bu gün də uğurla istifadə olunur.

Yaradılma tarixi

SSRİ-nin ilk sualtı əleyhinə helikopteri N.I. Kamov tərəfindən yaradılan “Ka-25” helikopteridir. O, yarandığı andan bir çox cəhətdən dənizçiləri qane etmədi. O, uzun məsafəli axtarış apara bilmirdi: baza gəmisindən 50 kilometrə qədər məsafədə təxminən bir saat havada qalmaq imkanı azlıq edirdi. Bundan əlavə, “Ka-25” öz ekipajı üçün də təhlükəli idi - bu nəqliyyat vasitələrində ən az iyirmi nəfər pilot qəza nəticəsində həlak olub.

1970-ci ildə “Okean” geniş miqyaslı dəniz təlimlərində “Ka-25”in mənəvi cəhətdən köhnəldiyi və artıq sualtı qayıqlarla mübarizədə müasir vasitə kimi qəbul edilə bilməyəcəyi məlum oldu. Manevrlər başa çatdıqdan sonra sualtı qayıqların axtarışı və məhv edilməsinin səmərəliliyinin əhəmiyyətli dərəcədə artmasına imkan verən yeni helikopterin hazırlanmasına qərar verildi.

1971-ci ilin oktyabr ayında HHQ və HDQ komandanlığı yeni helikopter üçün taktiki və texniki tələblərin siyahısını təsdiqlədi. “Ka-252” adlanacaq helikopterin yaradılması haqqında hökumət səviyyəsində qərar, 3 aprel 1972-ci ildə qəbul edildi.

“Ka-25”də quraşdırılandan daha güclü və etibarlı olan TVZ-117 mühərrikləri, “Osminoq” hədəf axtarış sistemi və “Privod-SV-bort” avtomatlaşdırılmış sistemi daha çox marağa səbəb oldu. Yeni avadanlıq helikopterə həm tək, həm də ümumi qrupun tərkibində uçmağa imkan verdi. Eyni zamanda, lazımlı hərəkətlərin əksəriyyəti pilotun minimal müdaxiləsi ilə avtomatik olaraq yerinə yetirilməli idi. Döyüş radiusu demək olar ki, iki dəfə artdı.

Təəssüf ki, hətta xüsusiyyətlərinə görə mükəmməl hesab edilən avadanlıqlar belə o dövrdə mövcud olan Qərb nümunələrindən zəif idi. Mühəndislər vəziyyəti düzəldə bilmədiklərinə və SSRİ-də hərbi məqsədlər üçün xarici elektronika satınalmaları tətbiq edilmədiyinə görə bu çatışmazlıqlarla barışmalı oldular.

Yeni helikopter seriya versiyasından qatlanan şassi ilə fərqlənirdi. Qəbul komissiyasının iclasından cəmi bir ay sonra “Ka-252”nin ilk mühərrik sınağı reallaşdı. Yalnız 1973-cü ilin dekabrında, N.İ.Kamovun ölümündən sonra tam uçuş sınağı keçirildi. Sınaqlar uzun və çətin keçirdi. Dəniz-uçuş sınaq mərhələsində iştirak edən pilotlar tərəfindən çox sayda çatışmazlıq aşkar edildi. Xüsusilə, salonundakı oturacaqların yeri, əsas idarəetmə orqanlarının düzülüşü, mürəkkəb işə salınma alqoritmi və s. ilə birgə 20 fərqli iddia irəli sürüldü. Ən xoşagəlməz çatışmazlıq uçuş-naviqasiya kompleksinin tez-tez sıradan çıxması idi. Bundan əlavə, uçuş heyəti kabinin kifayət qədər germetik olmaması səbəbindən soyuq aylarda donurdu, asılma rejimində isə helikopter kifayət qədər sabit deyildi.

Nəticədə Ka-27 rəsmi təyinatı alaraq 1981-ci ildə silahlanmaya qəbul edildi. Onun kütləvi istehsalı isə 1977-ci ildə başlamışdı. Sınaqlar zamanı müəyyən edilən nöqsanların aradan qaldırılmamasına baxmayaraq, yaradıcıları Lenin mükafatına layiq görüldülər. Maşının bu gün donanmalarda, həm də yalnız Rusiyada deyil, istifadə olunduğunu nəzərə alsaq, onların mükafata layiq olduğu, istəməsək belə qəbul edilməlidir.

90-cı illərdə “Kamov Dizayn Bürosu” “Ka-27”nin modernləşdirilməsi üzərində işə başladı. Yenilənən helikopter gəmi əleyhinə qanadlı raketlərdən istifadə imkanı əldə etdi, göyərtəsində aktiv fazalı anten barmaqlığı olan radiolokasiya stansiyası quraşdırıldı. Demək olar ki, elektron avadanlıq tamamilə dəyişdirildi. İşlər çox yavaş getdiyinə görə yalnız 2016-cı ilin sonunda “Ka-27M”in ilk nümunələri Donanmaya verildi.

Təyinatı

Ka-27 gəmi helikopterinin əsas təyinatı qalxma nöqtəsindən 200 kilometr məsafədə, istənilən meteoroloji şəraitdə, gündüz və gecə düşmən sualtı qayıqlarını aşkarlayaraq məhv etməkdən ibarətdir.

Bundan əlavə, helikopterin aşağıdakı məqsədlər üçün istifadə olunan modifikasiyaları da istehsal edilib:

- axtarış və xilasetmə tapşırıqlarını yerinə yetirilməsi;
- uzaq mənzilli radiolokasiya aşkarlanması;
- radiasiya kəşfiyyatı;
- dəniz desant bölmələrinin daşınması;
- döyüşdən sonrakı atəş dəstəyi üçün istifadə edilməsi.

Mülki versiyası isə yanğınların söndürülməsi, yüklərin daşınması və kran vəzifələrinin yerinə yetirilməsini aparmaq üçün istifadə edilə bilər.

Dizayn xüsusiyyətləri

“Kamov” tərəfindən yaradılan bir çox vasitələr kimi, “Ka-27” də koaksial sxemə malik helikopterdir. Dartma qüvvəsi əks istiqamətlərdə fırlanan iki ədəd üçpərli rotor tərəfindən yaradılır. Bu sxem, quyruq rotoruna və ya stabilizatora malik ənənəvi vasitələrə nisbətən daha kompakt helikopterlər yaratmağa imkan verir. Məhz bu səbəbdən Dəniz Donanmaları həmişə “Mi”dən daha çox “Kamov” helikopterlərinə üstünlük verir. Rotor pərləri qatlana bilir, bu da gəmi helikopterlərinin ölçülərini daha da azaldır. Rotor pərlərinin bir-biri ilə kəsişməsini tam istisna etmək üçün, “Ka-25” pəri ilə müqayisədə, “Ka-27”nin yuxarı və aşağı pərləri arasındakı məsafə artırılıb.

Şassi
“Ka-27” göyərtə helikopteri iki ön və iki arxa şassi dayaqları ilə təchiz edilir. Uçuş vasitəsinin şaquli titrəmələrinin udulması da daxil olmaqla, yumşaq bir enməni təmin etmək üçün dayaqların hər biri hidravlik amortizator qurğusu şəklində hazırlanır. Ağırlığın böyük hissəsini daşıyan arxa təkərlərdə ikikameralı amortizatorlar, ön təkərlərdə isə təkkameralı amortizatorlar quraşdırılır.

Füzelyaj

Helikopterin korpusunun daşıyıcısı iki hissədən (burun və arxa) ibarətdir, onlar isə motoqondol və pərli rotora malik füzelyaj örtüyünü təşkil edir. Daxildə iki kabin mövcuddur: birincisi ekipajın komandiri və şturman, ikincisi isə şturman-operator üçün nəzərdə tutulur. Füzelyajın alt hissəsində yanacaq çənləri və silah bölməsi yerləşir. Qeyd etmək lazımdır ki, ikinci kabin müvafiq dəyişiklik edildikdə yük və ya sərnişin daşınması, habelə desant üçün istifadə edilə bilir. Füzelyajın arxa hissəsində texniki bölmə yerləşir. Hidroakustik stansiya hərəkətli qapaqları olan xüsusi bölmədədir.

Güc qurğusu

“Ka 27”nin uçuşunu iki ədəd TVZ-117KM mühərriki təmin edir. Onların hər biri 1700 at gücünə bərabər nominal gücə malikdir. Helikopter havaya qalxdıqda mühərrik imkanlarını 2225 at gücünə qədər inkişaf etdirə bilir. Biri 1500, digəri isə 1200 at gücündə iki kreyser uçuş rejimindən istifadə oluna bilər.

Mühərriklər hava təzyiqindən istifadə edilərək işə salınır. Onun işləməsi üçün lazım olan təzyiq (kub santimetr üçün 2,4 kq/q) Aİ-9 köməkçi güc qurğusu tərəfindən təmin edilir.

Ka-27-nin güc qurğusunun digər vacib bir hissəsi planetar ötürücü qutudur. Məhz bu qutu mühərriklərdən gələn fırlanma anının rotorlara ötürülməsini təmin edir. Bundan əlavə, ötürücü qutu hidravlik avadanlıqların, hava kompressorunun və elektrik generatorlarının işini təmin edir.

Helikopter mühərrikləri füzelyajın üstündə quraşdırılan və iki yerə bölünən motoqondollarda yerləşir. Güc qurğusunun digər elementləri olan ötürücü qutu və Aİ-9 burada yerləşir. Bu avadanlıqlara texniki qulluq üçün giriş, açılan qapaqlar və çıxarılan panellər vasitəsilə əldə olunur.

Rabitə avadanlıqları

“Ka-27” helikopterinin rabitə avadanlıqlarına aşağıdakılar daxildir:

- P510 “Znak” daxili əlaqə və kommutasiya cihazı;
- MV-DMV dalğalı R-863 radiostansiyası;
- KV dalğalı R-864 radiostansiyası;
- R-855U qəza radiostansiyası;
- “Prizıv-M” qəza siqnal buyu.

Tərcümədə “Çağırış” adlanan buylar helikopterin arxa hissəsində yerləşir. O, suda batan helikopterin yerini axtarıb tapmaq üçün hazırlanır. Buy ekipaj tərəfindən buraxıla bilər. Helikopter 30 G-dən çox yüklənmə ilə zərbə aldıqda və ya sensoruna su toxunduqda avtomatik olaraq atılır.

Naviqasiya avadanlıqları

Helikoterin “Privod-SV-Bort” sistemi yaxın naviqasiyanın radiotexniki bort avadanlıqlarının bir hissəsidir. O, RSBN-2N və RSBN-4N yerüstü radiomayakları, PRMQ-4, PRMQ-5 enmə mayakları, “Naviqasiya” və ya “Enmə” rejimlərində “Privod-V” və “Privod-SV” gəmi radiomayakları ilə birgə çalışır və eyni zamanda “Yer-bort”, “bort-yer” və “bort-bort” ikitərəfli telekod rabitəsini təmin edir.

Sistemin tərkibinə daxildir:

- “Potok-P” anten qidalandırma sistemi;
- “Radikal-N” alt sistemi (mayak avadanlığı);
- “VN-Privod” alt sistemi (rəqəmsal kompüter);
- “APD-Privod” alt sistemi (telekod rabitə avadanlığı);
- rabitə və idarəetmə blokları;
- DİSS-32 sürət və bucaq sürüşmə sayğacı, hərəkət vektorunun sürəti, sürüşmə bucağı və elektrik siqnallarının istehlakçılara çatdırılması kimi üç əsas göstəricilərin davamlı ölçülməsi və qeydə alınması üçün nəzərdə tutulur.

ARK-19 “Olenyok” avtomatik radiokompası radiostansiyaların istiqamət bucaqlarını təyin etmək üçün hazırlanıb.

A-036 radioaltimetri istənilən səth üzərində helikopterin mövcud uçuş hündürlüyünü ölçərək onu ekipaja və elektrik siqnalları şəklində digər istehlakçılara çatdırır.

Elektrik təchizatı və avadanlıqları

“Ka-27”nin göyərtəsində dörd fərqli enerji təchizatı sistemi quraşdırılır. 36 voltluq dəyişən cərəyan mənbəyi azaltma transformatorudur. Daimi cərəyan düzləndiricilər, fövqəladə hallarda isə ehtiyat batareyalar tərəfindən yaradılır. Generatorlar güc qurğusuna deyil, əsas ötürücü qutuya bağlıdır.

Helikopterin göyərtə avadanlıqlarının əsas elementləri NKV-252 və PKV-252-1 naviqasiya və pilotaj sistemlərdir. Onlar birlikdə və koordinasiyada işləyirlər. Koordinatlar və hündürlük naviqasiya sistemi ilə müəyyənləşdirilir və dəqiqləşdirilir, bundan sonra əvvəlcədən müəyyən edilən marşrutla növbəti nöqtəyə çatmaq üçün lazım olan trayektoriya hesablanır.

Pilotaj kompleksi həm uçuş marşrutu üzrə fərqli nöqtələr arasında hərəkət edərkən, həm də birbaşa sualtı qayıqları axtararkən lazım olan bütün idarəetməni həyata keçirir. PKV-252-1 isə hidroakustik stansiyasının sərbəst buraxıldığı ərazində üzərində sabit asılmanı təmin edir. Hər iki sistem birlikdə minimal pilot müdaxiləsi ilə demək olar ki, tam avtomatik axtarış uçuşlarını həyata keçirməyə imkan verir.

Axtarış sistemi

“Ka-27” göyərtə helikopteri sualtı qayıqları həm suüstü, həm də sualtı vəziyyətdə aşkar etməyə qadirdir. Bu tapşırıqların birincisinin həlli “İnsiativa-2KM” radar stansiyasının köməyi ilə təmin edilir. Su altında sualtı qayıqların axtarışı isə VGS-3 hidroakustik stansiyasından istifadə edilərək aparılır. Bu cihaz xüsusi bir kabellə birbaşa suya endirilir.

Taktik vəziyyəti əks etdirən sensorlar və digər kompüter sistemləri ilə birlikdə bu qurğu, suüstü hədəfləri 25 kilometrə qədər, sualtı hədəfləri isə 8 km-ə qədər aşkar edə bilən vahid “Osminoq” hədəf axtarış sistemini təşkil edir.

“Osminoq” hədəf axtarış sistemi

“Osminoq” bort avadanlıqlarının təyinatı onun tərkibinə daxil olan avadanlıqları sadalamaqla daha asan anlaşılır. Onun tərkibinə aşağıdakılar daxildir:

- “İnsiativa-2KM” radar stansiyası (naviqasiya problemlərinin həllini, sualtı qayıqların suüstü vəziyyətdə aşkarlanmasını təmin edir) və mayak transponderləri;
- VQS-3 (“Ros-V”) hidroakustik stansiyası (sualtı qayığın aşkarlanmasını və koordinatlarını müəyyənləşdirməyi təmin edir);
- helikopterin atəş açılma nöqtəsinə avtomatik çıxışını təmin edən elektron hədəf-hesablama cihazı.

Bundan əlavə, helikopterdən 36 ədəd hidroakustik buy, OMAB-N və OMAB-dəniz siqnal bombaları və radiotexniki siqnal ötürücü mayaklar atıla bilir.

100-500 m yüksəklikdə uçarkən yerüstü hədəflərin aşkarlama diapazonu:

250 m EPR ilə - 25 km;
2 m EPR ilə - 5 km;
dəniz dalğalanması 2 bal olduqda 6-8 düyüm sürətlə 100 m dərinlikdə hərəkət edən sualtı hədəfin aşkarlanma diapazonu - 8 km.

“Osminoq” axtarış nişangah sisteminin tərkibində bortda olan rəqəmsal kompüter (BVM), naviqasiya və taktiki şəraiti qeydə alan alt sistemi mövcuddur. “Osminoq” axtarış nişangah sistemi sualtı qayıqlara qarşı missiyaları təmin edən bir neçə fərqli rejimdə fəaliyyət göstərə bilir. Onlara “Naviqasiya”, “Axtarış”, “İzləmə”, “Hücum” və köməkçi “Nəzarət” rejimi aiddir.

Nəzərə almaq lazımdır ki, “Ka-27M” AFAR-a malik daha güclü “Kopye-A” radarları ilə təchiz olunur, onun imkanları 250 kilometrə qədər məsafədə yerləşən 10 yerüstü hədəfi aşkar etməyə və izləməyə imkan verir.

Hidroakustik stansiya

Axtarış sisteminin əsas hissəsi əlbəttə ki, VGS-3 hidroakustik stansiyasıdır. O, düşmən sualtı qayıqlarını aşkarlayır, müşayiət edir, hərəkət sürətini və məsafəni müəyyənləşdirir. Bütün bu məlumatlar şturman-operatorun ekranında göstərilir. Bundan əlavə, hədəfə qədər olan məsafənin dəyişməsi ilə bağlı proqnoz da verilir.

Bütün toplanan məlumatlar qeydə alınır, bu isə məlumatları daha dərindən təhlil etməyə və düşmən sualtı qayıqlarının hər birinin “portretini” tərtib etməyə imkan verir ki, bu da gələcəkdə aşkarlanmanı və identifikasiyanı (əlbəttə ki, burada HCV-3-dən sülh dövründə istifadədən danışırıq) xeyli asanlaşdırır. Stansiyanı 175 metr dərinliyə qədər suya endirmək mümkündür.

Rəqibin koordinatlarının pelenqlə təyin edilməsi dəqiqliyi 2 dərəcədir, məsafəyə görə icazə verilən yayınma isə 2% -dən çox deyil. VGS-3 stansiyası şaquli istiqamətdə 30 dərəcəyə qədər, üfüqi istiqamətdə isə tam dairəvi görünüşü təmin edir.

Hidroakustik stansiya 7 rejimdə fəaliyyət göstərə bilir. Bunlara səs-küy istiqamətinin pelenqi (ŞP), əks-sədanın pelenqi (EP), mexaniki izləmə (RS), addımla axtarış (AP), avtomatik izləmə (AST), yarı avtomatik hədəf izləmə (PAST) və nəzarət (K) rejimləri aiddir.

Hidroakustik stansiyanın buylarının enmə dəqiqliyi mümkün qədər maksimuma çatdırılıb. “Ka-27” cihazının bu qabiliyyəti Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvi zamanı reaktorun mərkəzinə xüsusi bir nəzarət və ölçmə cihazının quraşdırılmasında istifadə edilib.

Silahlanması

“Ka-27” helikopteri 800 kiloqrama qədər faydalı yük daşıyır, onlar aşağıdakı elementlərdən ibarət ola bilər:

- PLAB-250-120 sualtı qayıq əleyhinə bombalar;
- VTT-1, AT-1M və ya UMGT-1 “Orlan” torpedaları;
- APR-2 “Yastreb-M” raket torpedaları.

Xarici asğılarda isə OMAB dəniz aviabombaları yerləşə bilər. Bundan əlavə, asqılarda hidroakusik buylar da daşına bilər.

“Ka-272 helikopterləri PLAB-250-120 sualtı qayıq əleyhinə bombaları əvəzinə suüstü hədəflərlə mübarizə aparmaq üçün X-35 gəmi əleyhinə qanadlı raketləri ilə də silahlana bilər.

Yanacaq sistemi

“Ka-27”nin yanacaq sistemi sağ və sol tərəflərin hər birində 5 çən olmaqla, bir-birinə birləşdirilən 10 ədəd çəndən ibarətdir. Bomba bölməsinə isə 2 ədəd asma çən əlavə edilə bilər. Yanacaq doldurma standart mərkəzi yanacaqdoldurma qurğusu və ya paylama dəstəyi ilə həyata keçirilir.

Çənlərin ümumi tutumu 2940 litr, əlavə çənlərlə isə 3840 litr təşkil edir. Yuxarı ağızlıqdan yanacaq əlavə etdikdə isə bu həcm müvafiq olaraq 3270 və 4270 litrə çatır. Çənlərdə ETSN-75 elektrikli mərkəzdənqaçma yanacaq ötürücü nasoslar quraşdırılır. Yanacaq miqdarı TPR1-10T yanacaq sayğacı tərəfindən izlənilir. RT, TS, T-1 tipli yanacaq növlərindən stifadə olunur, qışda isə yanacağa kristallaşma əleyhinə “İ” və ya “THF” mayesi əlavə olunur.

İstilik və havalandırma sistemi

Helikopterin kabinəsi germetik deyil. Havanın toplanması hər bir mühərrikin öz kompressoru vasitəsilə həyata keçirilir. Sol mühərrikdən gələn isti hava kabinin, müşahidə pəncərələrinin şüşələrinin və akkumlyator bölməsinin qızdırılması üçün istifadə edilir. Sağ mühərrikdən gələn isti hava isə silah bölməsinin və cihazların kabel-tros avadanlıqlarının qızdırılmasına sərf olunur.

Kondisioner sistemi turbo soyuducu qurğuya, soyuq və isti xətlərə malik standart bir sxemə uyğun olaraq quraşdırılıb. Buradakı fərq, zəhərli olan B-3V sintetik mühərrik yağının hissəciklərindən havanı təmizləmək üçün hazırlanan sistemdə FTV-200 kimyəvi hava filtrlərinin istifadəsindədir. Filtr yağ aerozolunu və digər hissəcikləri özündə toplayır, sonra isə yağ qalıqlarını CO2 və H2O-ya qədər oksidləşdirir (yandırır).

Buzlanma əleyhinə sistem

PVD-6M hava təzyiqi qəbulediciləri və rotorun aparıcı pərlərinin kənarları elektriklə isidilir. Şüşələr və mühərriklərin hava girişləri isə isti hava ilə üfürülür. Burada buzlanma sensoru kimi RİO-3 radioizotop detektorundan istifadə olunur.

Yanğın əleyhinə avadanlıqlar

Helikopterin mühərrik və köməkçi güc bölmələrində yanğına nəzarət və onun söndürülməsi üçün iki ədəd SSP-2A (və ya SSP-FK) dəsti nəzərdə tutulur. “Freon-114V” söndürmə məhlulu UBŞ-3-3 markalı iki ədəd balonda saxlanılır.

Yanğın baş verərsə, yanğına qarşı avadanlıqların əvvəlcə birinci, sonra ikinci mərhələsi avtomatik olaraq işə salınır. Mərkəzi idarəetmə pultundakı düymələr ilə sistemi mexaniki olaraq aktivləşdirilməsi də mümkündür.

Texniki uçuş xüsusiyyətləri

Maksimum kütləsi 12 ton;
Normal kütləsi 10,6 ton;
Yanacaqsız və faydalı yüksüz kütləsi 6,1 ton;
Faydalı yük kütləsi:
- silah bölməsində 800 kq;
- asqıda 5 ton;
- kabində 4 ton.
Statik uçuş yüksəkliyi 3500 m;
Praktik uçuş yüksəkliyi 5000 m;
Uçuş məsafəsi 1000 km (döyüş şəraitində 760 km);
Kreyser sürəti 250 km/saat;
Maksimum sürəti 291 km/saat;
Uzunluğu 12,25 m;
Eni 3,8 m;
Hündürlüyü 5,4 m;
Rotorun diametri 15,9 m;
Rotorun əhatə sahəsi 198 m2;
Ekipaj 2 və ya 3 nəfər.

Modifikasiyaları

Helikopterin əsas versiyası “Ka-27PL” qayıq əleyhinə vasitə və ya sadəcə “Ka-27” hesab olunur.

Ondan başqa helikopterin aşağıdakı versiyaları da istehsal edilib:

“Ka-27E” - Radiasiya kəşfiyyatı üçün nəzərdə tutulur. “Sovetnik-SV” adından da istifadə olunur;
“Ka-27PS” - Axtarış və xilasetmə modifikasiyası. Ekipaj heyətinə başqa bir heyət üzvü (tibb personalı) əlavə edilir. Bu helikopterin inkişafı artan uçuş məsafəli “Ka-27PSD”-nin yaranmasına səbəb oldu;
“Ka-28” - Bu təyinat xaricə göndərilən helikopterlər üçün istifadə edilir. İxrac versiyasındakı avadanlıqların tərkibi sadələşdirilir;
“Ka-29” - Dəniz piyadaları üçün nəzərdə tutulan helikopter qoşunları daşıya bilir, onlara atəş dəstəyi verir və yükləri nəql etməkdə istifadə olunur. Bu versiyada şturman-operator ekipajın tərkibindən çıxarılır;
“Ka-31” - Uzaqmənzilli radiolokasiya aşkarlanması üçün hazırlanır;
“Ka-32” - Helikopterin mülki və çoxməqsədli versiyasıdır, çox sayda ixrac edilib. “Ka-32” helikopterlərin digər alt modifikasiyaları yanğınsöndürən, polis, nəqliyyat və köməkçi vasitə kimi istifadə edilə bilər. Ən qeyri-adi versiya isə “Ka-32A0” helikopter-kran modelidir.

Bunlardan əlavə “Ka-27” versiyasının bir neçə variantı eksperimental xarakter daşıyıb. Bunların arasında aşağıdakı helikopterlər mövcuddur:

“Ka-252TL” - Gəmi kompleksinin inkişafı zamanı telemetriya üçün istifadə olunur;
“Ka-27PV” - Sərgidə dəniz sərhədçiləri üçün helikopter olaraq nümayiş etdirilib. X-35 raketləri ilə silahlanır;
“Ka-27PK” - Düşmən katerləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulur;
“Ka-27REP” - Radioelektron mübarizə helikopteridir.

Bunlardan başqa helikopterin bir neçə versiyasının reallaşmayan layihələri də mövcuddur. Bunlardan ən gözə çarpanı “Ka-27PS” mina əleyhinə helikopter ola bilərdi. Bənzər bir vasitəni donanmada gözləyirdilər, lakin onu yaratmaq mümkün olmadı. Helikopterin ən inkişaf etmiş modifikasiyası 2014-cü ildə Hərbi Dəniz Qüvvələrinə daxil olan “Ka-27M” versiyası oldu.

İstifadəçiləri

“Ka-27” helikopterlərinin müxtəlif versiyaları Rusiya Federasiyasından başqa, Ukrayna, Vyetnam, Hindistan, Çin, Suriya, Əlcəzair və Yəmən Silahlı Qüvvələri tərəfindən istismar edilir. Serbiya, Monteneqro və Kuba isə onları silahlanmadan çıxarıb.

Nəticə

“K-27” helikopterlərinin əsas çatışmazlıqları bəzən qəzalara və uğursuzluqlara səbəb olan təyyarədəki bort avadanlıqlarının həddindən artıq dərəcədə mürəkkəb olmasından, germetik olmamasından, naviqasiya və elektron sistemlərin qismən zəif olmasından ibarətdir. Helikopterin əsas modifikasiyasındakı bəzi avadanlıqlar artıq çoxdan köhnəlib, hidroakustik stansiyaları və axtarış sistemləri isə mütləq dəyişdirilməlidir. “Ka-27” helikopterlərinin qəza hadisələrinin sayı olduqca böyükdür. İndiyə qədər baş verən qəza və faciələrdə 20-dən çox helikopter məhv olub, onlarla insan isə həlak olub.

Bu çatışmazlıqlarla bərabər “Ka-27” helikopterləri bir çox müsbət keyfiyyətlərə də malikdir, buna görə də həm hərbi dənizçilər, həm də mülki sifarişçilər onu yüksək qiymətləndirirlər. “Ka-27”nin üstünlüklərinin təxmini siyahısı belədir:

- əhəmiyyətli yük qaldırma qabiliyyəti;
- idarəetmə və naviqasiya avtomatlaşdırmasının yüksək səviyyəsi;
- texniki qulluğun asanlığı;
- helikopter yan küləklərə qarşı həssas deyil, bu isə enmə və ya asılma rejimində xüsusilə vacibdir;
- güclü şassi göyətəyə toxunma zamanı meydana gələn zərbələri inamla udaraq, güclü dəniz dalğaları şəraitində belə kiçik gəmilərə enə bilir.

Nəticə etibarı ilə “Ka-27M” səviyyəsinə qədər modernləşdirmə helikopterin xüsusiyyətlərini müəyyən qədər yaxşılaşdırıb. Rusiya Hərbi Dəniz Qüvvələrində bu helikopterləri əvəz etmək hazırda mümkün görünmür. Buna görə bu helikopterlərin bundan sonra da kifayət qədər uzun müddət istifadə ediləcəyi şübhəsizdir.

Mənbələr:

http://airwar.ru/enc/sh/ka27m.html
http://bastion-karpenko.ru/ka-27/
https://militaryarms.ru/voennaya-texnika/aviaciya/vertolet-ka-27/
http://www.airwar.ru/enc/sh/ka27.html
http://avia.pro/blog/ka-27

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   HHQ   Kamov   Ka-27  

HHQ-nin silahlanmasında olan sualtı qayıq əleyhinə çoxməqsədli helikopter - KA-27 (HƏRBİ EKSPERT)

2020/02/1-1581408987.jpg
Oxunub: 3750     10:58     13 Fevral 2020    