Nano və mikrodronlar - Yalnız xüsusi qüvvələr üçün deyil

2020/02/15767-18968722128.jpg
Oxunub: 3780     16:00     03 Fevral 2020    
Pilotsuz Uçuş Aparatları bazarı hələ də böyüyür, hər il çox sayda şirkət meydana çıxır və ya yox olur. Maksimal uçuş kütləsi və uçuş yüksəkliyinə görə ABŞ Müdafiə Nazirliyi bütün sistemləri beş qrupa bölür. 1-ci qrup sistemlər 9 kq-a qədər, 2-ci qruplar 25 kq-a qədər, 3-cü qruplar 600 kq-a qədər, 4 və 5-ci qruplar isə 600 kq-dan yuxarı kütləyə malikdir. 4-cü qrupun sistemləri 5500 metr yüksəklikdə, 5-ci qrupdakı sistemlər isə 5500 metrdən yüksəkdə fəaliyyət göstərir.

Fotoşəkildə “FLIR Systems”də hazırlanan “Black Hornet 3” nano-PUA ölçüləri göstərilib. Bu sistemi böyük bir müvəffəqiyyət müşayiət etdi; ilk versiyası Əfqanıstanda ingilis ordusu tərəfindən istifadə edildi

Bu yazıda nəzərdən keçirilən bütün PUA-lar 1-ci qrupa daxildir. Maksimum uçuş çəkisi 0 ilə 9 kq arasında olan bu qrupa çox sayda müxtəlif növ sistemlər, o cümlədən təyyarə və helikoter tipli PUA-lar daxildir və bunların hamısı, bir qayda olaraq, əl ilə buraxılır. Bu dronların çox az hissəsi “nano” kimi təsnif edilə bilər. Bu məqalədə bəhs edilənlər əsasən daşıyıcı rotorla çalışan çox yüngül sistemlərdir.

Hər hansı bir əsgər, görünməyən küncün arxasına boylana bilən və sonrakı vəzifələri yerinə yetirmək üçün geri dönən aparata sahib olmaq istəyir, çünki onların kütləsi və maddi-texniki xidmət həcmi minimaldır, yəni burada əsgərin ümumi yükünün əhəmiyyətli dərəcədə artması istisnadır.

Avstraliyalı bir əsgər “Black Hornet 3” kəşfiyyat təyyarəsini idarə edir; kompleksə iki aparat, yerüstü idarəetmə stansiyası və ehtiyat batareyalar daxildir

Bir qayda olaraq, sonradan digər bölmələrin arsenalına daxil olan yeni yüksək texnoloji sistemləri ilk olaraq xüsusi təyinatlı qüvvələr əldə edir. Müdafiə bazarında hərbçilər üçün az sayda sistemlər mövcuddur (əlbəttə ki, yüzlərlə oyuncaq mağazalarının satdığı “istirahət” dronları burada nəzərə alınmır), bunlardan yalnız bir hissəsi xüsusi təyinatlılar tərəfindən istifadə olunur.

Artıq “nano” kateqoriyasına sığmayan bir qədər böyük dronlar olduqca özünəməxsus xüsusiyyətlərə malikdir, bu da onları xüsusi əməliyyat qüvvələri üçün əla seçimə çevirir.

Bir neçə il əvvəl “AeroVironment” tərəfindən hazırlanan “Nano Hummingbird” cihazı qanadlarının çırpılması ilə özünü havada saxlayan “Kolibri” quşunu xatırladır

Mövcud sistemləri təsvir etməyə başlamazdan əvvəl gələcəkdə nə ola biləcəyini nəzərdən keçirək, baxmayaraq ki, bu gün həqiqətdən bir çox sistemlər daha çox elmi fantastika aləminə aid edilə bilər. 2011-ci ildə “AeroVironment” maksimum uçuş kütləsi 19 qram, qanad açılımı isə 160 mm olan və vertikal uçan quşun havada qalmasını xatırladan “Nano Hummingbird” aparatını hazırladı. Əlbətdə ki, bu mexanika və avionikadan başlayaraq məlumat ötürmə kanalına qədər çox mürəkkəb bir inkişafdır. Çarlz Stark Dreyper laboratoriyasında fərqli bir yol tutdu və inanırdı ki, çəyirtikəni təqlid edən PUA-dan daha səmərəli və manevrli həşəratabənzər nanodron ola bilməz. 2017-ci ilin yanvar ayında laboratoriya “Howard Hughes” Tibb İnstitutu ilə birlikdə həyata keçirdiyi “DragonflEye” proqramının naviqasiya, sintetik biologiya və neyrosensor texnologiyasını özündə cəmləşdirən və nəzarət siqnallarını çəyitikəyə göndərən kiçik bir sistem sayəsində idarəetmədə müəyyən irəliləyiş əldə edildiyini açıqladı.

Bu gün quş və ya böcək sistemləri texnologiyası böyük kommersiya uğurlarına tam hazır deyil, lakin şübhəsizdir ki, istifadəçisini tapacaqları zaman mütləq gələcək. Hazırkı nanodronlar əsasən şaquli qalxma və eniş imkanını təmin edən helikopter texnologiyasından istifadə edir.

“DragonflEye” həşəratabənzər nanodron - Dreyper Laboratoriyasının məhsulu

2017-ci ilin yanvar ayında ABŞ Müdafiə Nazirliyi, gələcəkdə planlaşdırılan bir proqram üçün məlumat toplamaq məqsədi ilə “Əsgər tərəfindən daşınan sensorlu pilotsuz aviasiya sistemləri” (Soldier Borne Sensor Unmanned Aircraft Systems) adlı sistem tələb etdi. Bu dəfə məqsəd bu sistemləri fərdi manqalar və taqım səviyyəsində müşahidəni təmin etmək üçün nizami orduya yerləşdirməkdən ibarət idi. Bazarda 2018-ci ilin yanvarında “Sənaye Günü” deyilən bir yığıncaqda elan edilən ABŞ tələblərinə cavab verən çox sayda sistem mövcud deyildi.

Bu tələblər aşağıdakılar idi:

- ən azı 15 dəqiqə aşağı hündürlükdə asıla bilməli;
- yüngül küləkdə tam dolu batareya ilə üç uçuş həyata keçirməli;
- aparatın maksimal kütləsi 250 qram;
- kompleksin maksimal kütləsi 1,36 kq olmalı idi.

Tələblər arasında gecə 50 metrdən bir adamın ölçüsündə obyekti 90% aşkarlama ehtimalını, üstəgəl 16 saatlıq maksimal təhsil müddətinin təmin edilməsini nəzərə alırdı. Sistem foto və videoları yaddaşqa saxlamalı və onlar təcili istifadə üçün real zamanda operatora ötürməli idi. Bundan əlavə, seçim meyarlarına vizual və akustik siqnatura, birbaşa görüntü diapazonunda uçuş məsafəsi və hələ açıqlanmayan digər parametrlər daxil idi. Brifinqdə yeddi şirkət və təşkilat iştirak etdi, lakin əsas rəqiblər üç iştirakçıya - “AeroVironment”, “InstantEye Robotics” və “FLIR Systems”ə qədər azaldı.

ABŞ-ın “Soldier Borne Sensor” proqramının tələblərinə cavab vermək üçün “AeroVironment” 150 qramlıq “Snipe” kvadrokopteri hazırladı. Sifariş ləğv edildikdən sonra onun inkişafı dayandırıldı

2016-cı ilin noyabr ayının sonunda “FLIR Systems” Norveçın “Roh Dynamics AS” şirkətini 134 milyon dollara nəğd aldı. Bu şirkət nano-PUA sahəsində qabaqcıllardan biridir. “Roh Dynamics AS” 2007-ci ilin sonunda peşəkar istifadəçilər üçün dünyada ən kiçik PUA inkişaf etdirmək məqsədi ilə qurulub. “Black Hornet” adlı ilk versiya 2012-ci ildə peyda olub və yeni versiya çıxdıqdan sonra “Black Hornet 1” olaraq təyin edilib.

“Təyyarə tamamilə yeni texnologiyaya əsaslanır, lakin uçuş məsafəsi 600 metr, uçuş müddəti isə 15 dəqiqə ilə məhdudlaşır”, - deyə kompaniyanın rəsmisi bildirib.

İlk müştəri, təcili ehtiyaclarına uyğun olaraq ilk PD-100 “Black Hornet” dronlarını 2012-ci ildə Əfqanıstanda yerləşdirən ingilis Ordusu oldu. Bu, Norveç nano-PUA-sının xidməti siyahısında mühüm qeydə çevrildi; daha sonra 2015-ci ildə “Black Hornet 2” versiyası hazırlanaraq təqdim edildi. O, eyni platforma üzərində qurulub, lakin sensorları, məsafəsi və külək sabitliyi ilə əlaqədar bir çox yeniliklərə məruz qalıb.

PUA-da daha az enerji istehlakı olan mühərrik quraşdırılıb ki, bu da daha iri tutumlu batareya ilə birlikdə uçuş məsafəsini artırmağa və eyni zamanda məlumat ötürmə kanalının imkanlarını genişləndirməyə imkan yaradıb. Bundan əlavə, “Black Hornet 2T” versiyası da hazırlanıb, onun üzərində FLIR-dən termal görüntü cihazı quraşdırılıb. Bu iki şirkətin ilk birgə işidir. “Black Hornet 2” sistemi açıq üstünlükləri səbəbindən bir sıra müştərilər tərəfindən əldə edilir.

“FLIR Sistems”dən “Black Hornet VRS” prototipi yerüstü büraxılış moduluna quraşdırılır. Modul asanlıqla istənilən növ maşına quraşdırıla bilər

ABŞ-da potensial prioritetli bir proqramın başlamasını, həmçinin ABŞ hərbi qüvvələrinin digər ölkələrə nisbətən daha çox pilotsuz vasitələr sifariş etməsini nəzərə alaraq, FLIR nanosistemlər sahəsinə daha çox investisiya qoymağa və buna görə də “Roh Dynamics”i satın almağa qərar verdi. Bu birləşmədən sonra perspektivli layihələrin maliyyələşdirilməsi kəskin artdı və nəticədə yeni “Black Hornet 3” pilotsuz vasitəsi peyda oldu.

“Black Hornet”in atası Peter Muren tərəfindən hazırlanan cihaz helikopter dizaynını qorudu, lakin rotorun dizaynı köklü şəkildə yenidən işləndi. Platforma artıq tam modul hala gətirildi, çıxarıla bilən batareya və müxtəlif hədəf yükləri, dronun sürətlə yenidən qurulmasına imkan verir. Yeni nəsil baza stansiyası həm aparat, həm də proqram təminatında bir sıra irəliləyişlər əldə etdi. “Black Hornet 3” cihazının kütləsi, diametri 123 mm olan rotora görə əvvəlkilərə nisbətən iki qat artdı və 33 qram təşkil etdi. O, 25 dəqiqə havada qalır və maksimum 2 km məsafəyə uça bilir. Pilotsuz dron 6 m/s sürətə malikdir və 15 düyüm (bəzən 20 düyüm) külək sürətində, həmçinin yüngül yağışda uça bilir. Sensorlara gəldikdə isə pilotsuz vasitə “FLIR Lepton” termal görüntü və foto çəkməyə qadir olan yüksək qətnaməli videokamera ilə təchiz edilir. Ölçüsü 160x120 olan matritsa 12 mikronluq termal kameraya və 57 °x42 ° mənzərə sahəsinə sahibdir. Onun ölçüləri 10.5x12.7x7.14 mm, kütləsi isə cəmi 0.9 qramdır. Konfiqurasiyadan asılı olaraq iki gündüz kamerası mövcuddur, onlar müvafiq olaraq 680x480 video və 1600x1200 fotoşəkil qətnaməsi təmin edir, gündüz və gecə kameralarının görüntülərinin üst-üstə düşmə ehtimalı mövcuddur.

“Aeraccess” kompaniyasının “NanoHawk” dronu

“Black Hornet 3”də əsas yenilik, onun GPS siqnalı olmadıqda uça bilməsindədir. “Bununla birlikdə biz bu fürsəti inkişaf etdirməyə davam edirik, çünki o, hələ də bir çox inkişaf potensialına sahibdir”, - deyə şirkət nümayəndəsi bildirib.

“Black Hornet 3”də dörd uçuş rejimi mövcuddur:

- avtomatik və müşahidə;
- əvvəlcədən təyin edilən marşrut və operator tərəfindən seçilən nöqtələr boyunca uçuş;
- avtomatik geri qayıtma;
- rabitə itkisi halında fəaliyyət.

“Biz operatorun idrak yükünü azaltmaq üçün daim proqramımızı yeniləyirik”.

“Black Hornet 3 PRS” (Personal Reconnaissance System - Fərdi Müşahidə Sistemi) olaraq tanınan sistem ABŞ ordusunun ATAK (Android Taktik Assault Kit) proqramı ilə inteqrasiya edilib. Kütləsi 1,4 kq-dan az olan “Black Hornet 3” sisteminə iki uçan vasitə, idarəetmə bloku və video ekran daxildir. “Hornet 3” dronunu 35 ölkə əldə edib, bunların arasında ən böyük alıcılar ABŞ, Avstraliya və Fransadır. 2018-ci ilin noyabr ayında Fransa, ümumilikdə 89 milyon dollarlıq satınlamanı elan etdi, bir neçə gün sonra isə ABŞ 39 milyon dollarlıq ilk müqaviləni imzaladı. 2019-cu ilin aprel ayında İngiltərə sürətli satınalma təşəbbüsü çərçivəsində 1,8 milyon dollarlıq müqavilə əldə etdi. 2019-cu ilin yayında ABŞ ordusu Əfqanıstanda yerləşdirilən 82-ci hava desant diviziyası üçün ilk “Black Hornet 3” PRS sistemlərini aldı. Bu nanodronlar manqa və taqım səviyyəsində məlumat toplanılması və kəşfiyyat aparılması üçün istifadə olunur.

“Mk-3 GEN5-D1”kvadrokopteri ABŞ ordusunun “Soldier Borne Sensor” proqramı üçün “InstantEye Robotics” tərəfindən hazırlanır. Şirkət hələ də bu məhsulu fəal şəkildə təbliğ edir

PRS dronunu hazırlayarkən FLIR kompaniyası nəqliyyat vasitəsinin zirehi altından istifadə edilə bilən qısa mənzilli kəşfiyyat sisteminə ehtiyac duyulduğunu anladı. Bu eyni platforma üzərində quraşdırılan və dörd ədəd çıxarıla bilən termal və batareya doldurma blokuna malik buraxılma modulu olan VRS (Vehicle Reconnaissance System-Nəqliyyat Vasitələrinin Müşahidə Sisteminin) meydana gəlməsinə səbəb oldu. VRS dəsti təxminən 23 kq kütləyə və 470x420x260 mm ölçüyə malikdir. Sifarişə əsasən ballistik qoruma ilə də təchiz edilə bilər. Onu döyüş idarəetmə sisteminə standart bir interfeys vasitəsilə asanlıqla inteqrasiya etmək mümkündür. “Kongsberg” şirkəti artıq öz sistemlərini İCS (Integrated Combat Solution- İnteqrasiya Mübarizə Həlli) inteqrasiya edib. FLIR bu sistemi təkcə kəşfiyyat vasitəsi olaraq deyil, həm də GPS inteqrasiya edilən hədəf aləti olaraq nümayiş etdirir.

Hazırda VRS yalnız pilot versiyada mövcuddur, lakin FLIR bu məhsulun 2018-ci ilin oktyabrında ilk nümayişindən sonra ona olan böyük tələbat səbəbindən artıq istehsala başlamağa hazırdır.

Quşabənzər “Nano Hummingbird”in imkanlarının nümayişi

FLIR-dən əlavə, daha iki iddiaçı - “AeroVironment” və “InstantEye Robotics” (“Physical Sciences Inc” bölməsi) “Soldier Borne Sensor” müqaviləsi üçün mübarizə apardı. “AeroVironment” şirkəti optik elektron və infraqırmızı kameralarla təchiz edilən, uçuş müddəti 15 dəqiqə və uçuş məsafəsi bir kilometrdən çox olan, 140 qramlıq “Snipe” kvadrokopteri hazırladı. Maksimum sürəti 9.8 m/s olan cihaz olduqca səssizdir və yerdən 30 metr yüksəklikdə artıq eşidilmir. “Windows 7” əməliyyat sisteminə əsaslanan sensor idarəetməli cihaz, ona yüklənən bir intuitiv tətbiq vasitəsilə idarə olunur. Hərəkət edən beş hissədən yığılan PUA-nı uçuşa hazırlamaq bir dəqiqədən az zaman tələb edir. ABŞ Ordusu tərəfindən rəqiblərindən biri seçildikdən sonra istehsalçı şirkət “Snipe” proqramından imtina etdi.

“Mk-3 GEN5-D1” kvadrokopterinin idarəetmə stansiyasının ekranından görüntü; bu “InstantEye Robotics” tərəfindən hazırlanıb və qiymətləndirmə üçün Dəniz Piyada Korpusuna təhvil verilib

“InstantEye Robotics” tərəfindən hazırlanan “Mk-3 GEN5-D1/D2” kvadrokopteri 250 qramdan az kütləyə malikdir. 6,35 kq-lıq kompleks iki ədəd aparata, bir ədəd “Ground Control Station-D” yerüstü idarəetmə stansiyasından, bir ədəd qorunan ekrandan, altı ədəd batareydan, yükləmə cihazından, rotor dəstindən, bir ədəd ehtiyat antendən, nəqletmə qutusundan və ərazidə işləmək üçün konteynerdən ibarətdir. Cihaz maksimum 8,94 m/s sürətlə hərəkət edə bilər və eyni külək sürətinə tab gətirə bilər, məlumat kanalının diapazonu 1,5 kilometrdir. Əsas batareya 12-15 dəqiqəlik uçuş müddətini təmin edir, lakin əlavə batareya 20-27 dəqiqə ərzində uçmağa zəmanət verir. 2018-ci ilin sonunda “InstantEye” kiçik taktiki dronlar proqramının bir hissəsi olaraq, bu sistemlərdən 32 ədədini istismar qiymətləndirməsi üçün ABŞ-ın Dəniz Piyada Korpusuna təhvil verib.

“NanoHawk”ın son konfiqurasiyası “Eurosatory 2018”də nümayiş olunan prototipdən tamamilə fərqlidir; dron rəy və təkliflərin nəticələrinə görə dəyişdirilib

Əvvəlcə “Eurosatory 2018”də prototip olaraq göstərilən “NanoHawk” pilotsuz vasitəsi Fransanın “Aeraccess” şirkəti tərəfindən fransız xüsusi təyinatlı qüvvələrinin bina və digər qapalı obyektlərin daxilində xüsusi fəaliyyət ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Silahlara Nəzarət Laboratoriyasının rəhbərlik etdiyi bu yarışmanı digər 5 namizəd arasından “NanoHawk” qazandı.

Bu layihədə “Aeraccess” şirkəti Fransa polisinin xüsusi təyinatlı qüvvələri ilə birlikdə hazırladığı və GPS siqnalının olmadığı halda işləyə bilən daha böyük “SparrowHawk”pilotsuz uçuş sisteminin istehsal təcrübəsindən istifadə etdi.

Bununla birlikdə, Fransa xüsusi təyinatlı qüvvələri daha kiçik bir sistemə sahib olmaq istəyirdi və nəticədə “NanoHawk” pilotsuz vasitəsi meydana çıxdı ki, onun da kvadrokopter quruluşu saxlanıldığına görə qapalı məkanda uçarkən rotorları asanlıqla qorumaq mümkün oldu. Prototiplə müqayisədə, seriya versiyasının korpusunu 360 ° əhatə dairəsində maneələrdən qorumaq üçün sensorlarla təchiz edildi. Bundan əlavə, ön və arxa hissədə iki optik elektron/infraqırmızı hədəf yükü quraşdırılıb ki, bu da operatora mənzərəni hər iki istiqamətdən maşahidə etməyə imkan verir.

Sifarişə bağlı olaraq sensorlar binaların 3D rəqəmsal xəritələşdirilməsinə də imkan yaratdı. Rotorların qoruyucu dizaynı ilə birlikdə korpus tamamilə yenidən işlənib, indi istifadəçi cihazı ərazidə belə qısa bir zamanda təmir edə bilir. Hazırkı versiyada batareyasız 350 qram kütləyə malik aparat, 10 dəqiqəlik uçuşu təmin edən daha güclü bir batareya ilə kütləsini 600 qrama qədər artıra bilir. Aparatın ölçüləri 180x180 mm-lik rotorlar ilə eyni olaraq qalır, lakin müştəri yeni qoruyucu qəfəs tələb edərsə, ölçülər 240x240x90 mm-ə qədər artacaq.

Canlı Çəyirtikə - “ragonflEye” layihəsinin iştirkçısıdır. İkili bir hiss...

Kompleksin əsas üstünlüklərindən biri də operatora bir əldə silah, digər əldə isə idarəolunan nəzarət cihazını saxlamağa imkan verməsidir. Monitor zirehli gödəkcəyə quraşdırılsa da, onu qalxanın arxa tərəfinə quraşdırmaq və ya biləyə taxmaq da mümkündür. Ağıllı uçuş rejimləri operatorun iş yükünü əhəmiyyətli dərəcədə azaldır. Ortoqonal tezlik bölünməsinə əsaslanan multipleksasiyalı və şifrəli məlumat ötürmə kanalı, iki fərqli tezlikli kriptoqrafiya sisteminin istifadəsi ilə eyni vaxtda uçuşa nəzarət edilməsini və videogörüntülərin ötürülməsini təmin edir.

İlk nümayişindən sonra “NanoHawk” pilotsuz vasitəsi çoxsaylı sınaqlardan keçdi. Tipik bir tapşırıq yerinə yetirən PUA, binanın çöl tərəfindən buraxılır, açıq pəncərədən binaya daxil olur və sonra divarların qalınlığından asılı olaraq 3-4 mərtəbə aşağı enir və ya yuxarı qalxır. Qurğu gəmilərdə də istifadə edilə bilər, radio və video siqnalını itirmədən operatorun üstündən və altından uçmaq qabiliyyətini nümayiş etdirən aparatın tamamilə yeni bir dron bazarı yaradacağı mümkündür.

Gecələr isə aparat gecəgörmə sisteminə qoşula bilər, bu zaman onu yalnız operator görə bilir. “NanoHawk” kinoloqlar ilə birlikdə keçirilən sınaqlara da məruz qalıb, bu müddətdə itlər pilotsuz vasitəni ağzında qısa sıçrayışla tutmağa öyrədilib. Köpək binanı yoxlayarkən otaqda insan olduğunu hiss edən kimi, pilotsuz vasitəni kənara atır və sonra dron komanda ilə uçaraq hədəfə doğru yola düşür. İstehsalçının dediyinə görə, açıq havada bir neçə yüz metr məsafədə olan dronun fəaliyyət məsafəsini daha da artırmaq üçün it təkrarlayıcı retransyator ilə də təchiz oluna bilər.

“NanoHawk” sistemi məlumat kanalından, nəzarət blokundan, monitor və iki aparatdan ibarətdir. “NanoHawk” aparatını sifariş verən ilk bölmələr yerli xüsusi əməliyyat qüvvələri oldu. Fransız xüsusi təyinatlıları “Aeraccess” ilə müqavilələr imzaladılar. İxraca gəlincə, “Aeraccess” aparatlara görə Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Kanada hərbi və hüquq-mühafizə orqanlarından naməlum sayda sifariş alıb.

Kommersiya PUA-sı bazasında hazırlanan NX70 pilotsuz vasitəsi hərbi istifadə üçün yenilənib və hazırda Afrikada yerləşən Fransa kontingenti tərəfindən istifadə olunur

Fransa ordusunun təcili tələbi ilə “Novadem” tərəfindən hazırlanan NX70 mikrodronları alınıb. Maksimum uçuş ağırlığı 1 kq olan bu kvadrokopterin açıq vəziyyətdə ölçüləri 130x510x510 mm-dir (qatlananda 130x270x190 mm olur). Dron 50° və 5° müşahidə sektorunu təmin edən iki fokus məsafəli “Ultra-HD” gündüz kamerası və 34° görüntü sahəsi olan termal kamera ilə təchiz edilir; müştərinin istəyindən asılı olaraq, video çevirici matrisanın ölçüsü 320x240 və ya 640x480 ola bilər. Uçuşa hazırlıq müddəti bir dəqiqədən az çəkir, havada qalma müddəti 45 dəqiqədir, uçuş məsafəsi isə bir kilometrə çatır. Daha uzun məsafəli seçim 5 km-ə qədər məsafədə effektivdir. Cihaz saatda 65 km sürətlə dəniz səviyyəsindən 3000 metr yüksəklikdə uça bilir. NX70 pilotsuz vasitəsi uzun müddət havada qalmasına imkan verən “bağlı konfiqurasiya”da da uça bilər. Fransa ordusu ilk 27 sistemi (hər birində iki uçuş aparatı olmaqla) 2019-cu ilin iyununda alıb. İlk NX70 dronları, fransız kontingentinin üsyançılarla mübarizə apardığı Afrikanın Mali dövlətinin ərazisində yerləşdirilib.

SP2O PUA-sı sudan qalxır; elektron avadanlıqlı konteyner su keçməzliyinin IP46 standartına uyğundur

2017-ci ildə “Diodon Drone Technology” kompaniyası SP20 kvadrokopterini təqdim etdi. Qeyri-adi dizaynına görə onu mütləq olaraq nano-PUA kateqoriyasına daxil etmirlər, lakin xüsusi təyinatlı qüvvələrin istifadəsinə uyğun gəlir.

Bu kvadrokopterin bütün elektronikası və uclarında mühərrikləri olan rotorları olan dörd ədəd şişmə “ayaqlara” malik korpusu IP46 su keçirməmə standartına uyğun olduğundan, aparat suyun səthindən istifadə edərək enmə və qalxma zamanı su səthi üzərində qala bilir.

PUA quruda da fəaliyyət göstərə bilər, bu zaman şişmə elementlər zərbə enerjisini udmağa kömək edir. 1,6 kq kütləyə malik SP20 pilotsuz vasitəsinin nominal qaldırma gücü 200 qramdır, ən yüksək sürəti 60 km/saat, şaquli sürəti isə 3 m/s-dir. Onun üçün iki sensor təklif olunur: 976x582 matrisalı və 0.0002 lüks işıqlanmada fəaliyyət göstərən 3 mm, 8 mm və ya 12 mm linzalı CCD kameralardan biri və ya 14,2 mm linzalı və 640x480 matrisaya malik soyudulmayan termal kamera.

SP20 pilotsuz vasitəsi 25 düyüm külək sürətində uça bilir, maksimum uçuş yüksəkliyi 2500 metr, fəaliyyət temperaturu -5° C-dən + 45° C-ə qədərdir. Şişirilən “pəncələr” və qatlanan rotor ilə aparatın ölçüləri 220x280x100 mm, işçi vəziyyətində isə 550x450x190 mm-dir.

Uçuşa hazırlıq müddəti bir dəqiqədən azdır, pəncələri şişirmək üçün istifadə olunan kiçik kompressorun dəstə daxil edilməsi prosesi asanlaşdırılır. Batareya 23 dəqiqə havada qalmaq üçün yetərlidir. SP20 modeli 2 km-ə qədər məsafəyə malik analoq rabitə kanalı ilə təchiz edilir. “Diodon”un SP20 pilotsuz vasitəsi 1,2 kq kütləyə və IP56 standartlı qorunmaya malik yerüstü idarəetmə stansiyası ilə dəstləşdirilir.

Bu unikal amfibiya PUA-sı hazırda müxtəlif bölmələrdə sınaqdan keçirilir. “Diodon Drone Technologies” bu PUA-lar üçün sifarişləri ilk növbədə Fransa ordusundan gözləyir.

Yazı Aleks Alekseyevin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Nano   Mikrodron  

Nano və mikrodronlar - Yalnız xüsusi qüvvələr üçün deyil

2020/02/15767-18968722128.jpg
Oxunub: 3781     16:00     03 Fevral 2020    