Rabitə hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı - ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/2-3161784776.jpg
Oxunub: 2270     10:40     12 Fevral 2020    
Rabitə bölmələrinin döyüş hazırlığı sistemində taktiki-xüsusi hazırlıq mühüm rol oynayır. Taktiki-xüsusi hazırlıq bölmə tərkibində keçirilir.

Onun təşkili və keçirilməsi zamanı ayrı hazırlıq prinsipini nəzərə almaq lazımdır:

- məşğələlərin keçirilməsi üçün ixtisaslar, xidmət dövrləri və şəxsi heyətin hazırlıq səviyyələri üzrə tədris qrupları yaratmaq lazımdır;
- məşğələlərin mövzuları proqramda təyin edilir;
- məşğələlərin keçirilmə müddətləri ilk növbədə yeni gələnlərin hazırlığının bölmənin səviyyəsinə çatdırılması məqsədi daşıyır;
- başlanğıc məşğələlərdə heyətlərin, stansiyaların, aparatxanaların şəxsi heyətinin vəzifələri öyrədilməli, mənimsənilməli və normativlər hissə-hissə yerinə yetirilməlidir.

Sonrakı məşğələlərdə rabitə tapşırıqlarının yerinə yetirilməsi üzrə bölmə və hissələrin uzlaşması sualları öyrənilir. Taktiki-xüsusi hazırlığı digər tədris fənləri ilə kompleks şəkildə keçirmək məqsədəuyğundur ki, bu da döyüş şəraitinə maksimum yaxın şərait yaratmaq və tədris vaxtını səmərəli istifadə etmək imkanı yaradır.

Rabitə hissə və bölmələrin taktiki-xüsusi hazırlığının əsas formaları bunlardır:

- taktiki-xüsisi məşğələlər;
- rabitə üzrə kompleks məşqlər;
- taktiki-xüsusi təlimlər.

Bundan başqa taktiki-xüsusi hazırlıq daimi fəaliyyət göstərən rabitə qovşaqlarında şəxsi heyətin döyüş növbətçiliyi aparması zamanı, həmçinin rabitə hissə və bölmələrınin taktiki və komanda-qərargah təlimlərində iştirakı zamanı təkmilləşdirilir.

Taktiki-xüsusi məşğələlər taktiki-xüsusi hazırlığın başlanğıc formasıdır. Bu məşğələlərdə:

- rabitə heyətlərinin, komandalarının və bölmələrinin ilkin uzlaşması yerinə yetirilir;
- heyət nəfərlərinin, manqaların, rabitə üzrə vəzifəli şəxslərin vəzifələri, rabitənin təmini fəndləri və üsulları, rabitə qovşaqlarının elementlərinin və rabitə sisteminin qarşılıqlı əlaqəsi öyrənilir.

Bundan başqa taktiki-xüsusi məşğələlərdə rabitə sisteminin kütləvi qırğın silahının, yüksək dəqiqlikli silahların, düşmənin radiokəşfiyyat və elektron susdurma vasitələrinin zərərvurma faktorlarından qorunması, həmçinin rabitə qovşaqlarının, stansiyalarının və xətlərinin mühəndis təchizatı, maskalanması sualları öyrənilir.

Taktiki-xüsusi məşğələlərdə əvvəlcə tədris sualları elementlər üzrə vaxt nəzərə alınmadan, ardıcıllığa riayət etməklə öyrənilir, sonra isə tam mənimsənilənə və öyrənənlər tərəfindən normativlərə uyğun yerinə yetirilənədək təkrar edilir.

Taktiki-xüsusi məşğələlər motoatıcı birləşmələrin rabitə bölükləri və birliyin əlahiddə rabitə taboru ilə keçirilir. Məşğələlərdə taktiki şərait qısaldılmış, rabitə üzrə tapşırıqların əsaslandırmasına lazım olan həcmdə verilir. Taktiki-xüsusi məşğələləri bilavasitə komandirlər keçirirlər.

Məşğələnin hazırlığına daxildir:

- başlanğıc məlumatların aydınlaşdırılması və təyin edilməsi;
- məşğələnin keçirilmə planının hazırlanması;
- məşğələ rayonunun (yerinin) və texnikanın hazırlanması;
- məşğələ rəhbərinin, köməkçilərin, yamsılama qruplarının və öyrənənlərin hazırlığı.

Taktiki-xüsusi məşğələnin keçirilməsi üçün başlanğıc məlumatlar bunlardır:

- məşğələnin mövzusu;
- tədris məqsədləri;
- tədris sualları;
- öyrənənlərin tərkibi;
- məşğələnin keçirilməsi vaxtı;
- məşğələnin davamiyyəti;
- məşğələnin keçirilmə rayonu.

Bunlar, döyüş hazırlığı planı və proqramlarla, məşğələ cədvəli, yuxarı komandirlərin (rəislərin) göstərişləri ilə təyin edilir.

Taktiki-xüsusi məşğələnin planı mətn şəklində və ya xəritədə hazırlanır. Planda ilkin məlumatlar (mövzu, tədris məqsədləri, öyrənənlərin tərkibi, keçirilmə vaxtı, motoehtiyatların, immitasiya və digər maddi vasitələrin sərfi normaları, taktiki şərait, həmçinin məşğələnin başlanmasına və hər tədris sualının öyrənilməsinə rabitə üzrə şərait), məşğələnin gedişi (tədris sualları, onların öyrənilməsinə ayrılan vaxt, məşğələ rəhbərinin, onun köməkçilərinin və öyrənənlərin fəaliyyətləri, idarəetmə və xəbərdaretmə siqnalları) göstərilir.

Taktiki-xüsusi məşğələnin keçirilməsi üçün əlavə olaraq növbəti sənədlər hazırlanır:

- radiorabitə sxemi (cədvəli);
- radiogöstəricilər;
- rabitənin təhlükəsizliyinə nəzarət üzrə tədbirlər planı;
- radiorele və kabel rabitəsinin sxemi;
- kanalların paylanması sxemi (cədvəli);
- vəzifəli şəxslərin, rabitə qovşaqlarının çagırış cədvəli;
- məxfiləşdrilmiş rabitənin sxemi;
- rabitə qovşağının təşkilati-texniki quruluş sxemi;
- rabitə qovşağına və onun elementlərinə əmr-sxem;
- rabitə qovşaqlarında əməliyyat-texniki xidmətin təşkili üzrə rəhbərliklə və rabitə üzrə təlimatla nəzərdə tutulmuş digər sənədlər.

Taktiki-xüsusi məşğələnin keçirilməsi qaydası onun miqyasından, tədris məqsədlərindən və ayrılmış vaxtdan asılıdır. Rabitə bölükləri və taborları ilə taktiki-xüsusi məşğələlərdə əsas diqqəti aşağıdakılara yönəltmək lazımdır:

- vəzifəli şəxslərə rabitə üzrə tapşırıqların verilməsi;
- taktiki şəraitin və rabitə üzrə şəraitin qəfil dəyişməsi zamanı rabitənın təmin edilməsi;
- idarəetmə məntəqələrinin yerdəyişməsi zamanı və məhdud rabitə vasitələri ilə rabitənin təmin edilməsi;
- rabitənin yüksək dəqiqlikli silahlardan (YDS), radiokəşfiyyat və elektron susdurma vasitələrindən (RES) mühafizə tədbirlərinin yerinə yetirilməsi;
- əlahiddə rabitə taborunun (ƏRT) və birləşmənin rabitə bölüyünün həyacan siqnalı ilə qaldrılması;
- bölmələrin toplanma rayonlarına çıxarılması.

Məşğələ bir qayda olaraq, mövzunun, tədris məqsədlərinin, tədris suallarının elan edilməsi ilə və öyrənənlərin taktiki şərait və rabitə üzrə şəraitlə tanış edilməsi ilə başlanır.

Öyrənənlərin məşğələ rayonuna çıxışı zamanı bölmələrin marşda, radiaktiv və kimyəvi zəhərlənmə rayonlarından keçərkən idarə edilməsi, rabitə üzrə fərdi tapşırıqların həlli və digər tapşırıqları yerinə yetirmək məqsədəuyğundur. Məşğələ rayonuna gəldikdə topoqrafik (ehtiyac olduqda taktiki) səmtləşmə yerinə yetirilir, taktiki şərait və rabitə üzrə şərait dəqiqləşdrilir, rabitə qovşağının açılması rayonu göstərilir. Sonra isə rabitə qovşağının (xəttin), aparatxanaların, stansiyaların, komanda-qərargah maşınlarının açılma rayonunun ərazi kəşfinin keçirilməsi sualları öyrənilir. Şəxsi heyətin bacarıq səviyyəsindən asılı olaraq rabitə qovşağının açılması elementlər üzrə, sonra isə tam olaraq yerinə yetirilə bilər. Elementlərin yerinə yetirilməsi tam mənimsənilənə və aşkar olunmuş nöqsanlar aradan qaldrılana qədər bir neçə dəfə təkrar oluna bilər. Aparatxanaların, stansiyaların, rabitə qovşaqlarının və xəttlərinin açılması mərhələsində rəhbər şəxsən və ya öz köməkçiləri vasitəsi ilə öyrənənlərin fəaliyyətinə nəzarət edir və şəraiti genişləndirir. Öyrənənlər tərəfindən buraxılan kobud pozuntular zamanı, onların aradan qaldrılması üçün tədbirlər görülür.

Əlahiddə rabitə taboru ilə taktiki-xüsusi məşğələni birliyin qərargah rəisi və ya rabitə rəisi keçirir. Məşğələnin keçirilməsi zamanı rəhbərə kömək üçün qərargah və xidmətlərin zabitlərindən rəhbərlik qrupu və yamsılama qrupu yaradıla bilər. Rəhbərlik qrupu, yamsılama qruplarının zabitləri ilə məşğələyə hazırlıq zamanı əvvəlcədən məşğələnin planı öyrənilir, müdaxilələrin öyrənilməsi təşkil edilir, məşğələ rayonunun ərazi kəşfi keçirilərkən, məşğələnin keçirilməsi metodikası dəqiqləşdirilir.

Məşğələnin keçirilməsi üçün hissə həyacan siqnalı ilə toplanma rayonuna və ya bilavasitə məşğələnin keçirilmə rayonuna çıxarıla bilər. Əgər məşğələ başlamazdan əvvəl marş yerinə yetirmək lazımdırsa, onda öyrənənlər taktiki və rabitə üzrə şəraitlərlə tanış edilirlər, onlara marşın yerinə yetirilməsinə tapşırıq verilir, bu zaman bölmənin tapşırığı, hərəkət qaydası, rayona gəlmə vaxtı, hərəkətdə rabitə qaydası, idarəetmə, xəbərdaretmə siqnalları və şəxsi heyətin onlar üzrə fəaliyyət qaydaları göstərilir. Marşda rəhbər və onun köməkçiləri hərəkət qaydasına, marş intizamına və bölmələrin idarə edilməsinə, bölmələrin müdaxilələr üzrə fəaliyyətinə nəzarət edir.

Məşğələlərin başlanması ilə bölmə komandirlərinə tapşırıqlar verilir, iş üçün lazımi məlumatlar və əmr-sxemlər təqdim olunur. Rabitə qovşaqlarının və xətlərinin açılması, rabitə hissəsinin tətbiqi taktikasına müvafiq yerinə yetirilir. Rabitə qovşaqlarının və xətlərinin açılmasından sonra müxtəlif kanallar üzrə rabitənin təmini sualları öyrənilir.

Rabitə qovşağında informasiyanın keçməsi vaxtının yoxlanılması məqsədi ilə nəzarət teleqramları (radioqramları) və siqnalları ötürülür. Nəzarətin nəticələrini rəhbər qiymətləndirir. Sonra isə idarəetmə məntəqələrinin planlı və qəfil yerdəyişmələri və onların hərəkətdə olduğu zaman döyüş fəaliyyətləri zamanı rabitənin təmini sualları öyrənilir.

Taktiki-xüsusi məşğələdə öyrənənlərin fəaliyyətinin nəticələri üzrə fərdi təhlillər keçirmək, aşkar olunmuş nöqsanların aradan qaldırılmasına göstəriş vermək lazımdır.

Məşğələnin sonunda rəhbər təhlil keçirir. Təhlilə bütün şəxsi heyət və ya yalnız zabitlər cəlb oluna bilər. Təhlilə yanız zabitlər cəlb edilsə, bölmə komandirləri tabelikdəki şəxsi heyətlə fərdi təhlil keçirirlər.

Rabitə üzrə kompleks məşqlər müasir mürəkkəb döyüş şəraitində komandir və qərargahlara hissə və bölmələrinin daimi döyüşə hazırlıq vəziyyətində saxlanması üçün təyin olunub. Kompleks məşqlərin əsas məqsədi birləşmələrin (hissələrin) rabitə sisteminin elementlərinin fasiləsiz fəaliyyətinə nail olmaqdır.

Kompleks məşqlər keçirilə bilər:

- səhra;
- qarnizonlararası;
- təlim rabitə qovşağının tərkibində.

Onlar planlaşdrılmış və plandankənar, rabitə üzrə qəfil tapşırıqların yerinə yetirilməsi üzrə şəxsi heyətin, rabitə sistemi və onun elementlərinin hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə keçirilən ola bilər.

Qəfil kompleks məşqlər yuxarı qərargah tərəfindən sərəncam qaydasında və təyin olunmuş siqnal üzrə keçirilir. Rabitə üzrə kompleks məşqlərə bir neçə idarəetmə səviyyələrinin rabitə hissə və bölmələri cəlb olunur. Onlar taktiki, taktiki-xüsusi və komanda-qərargah təlimlərindən öncə keçirilməlidır. Kompleks məşqin təşkilinə və keçirilməsinə rəhbərlik birləşmənin (hissənin) rabitə rəisinə həvalə edilir. Hər bir kompleks məşq rabitə hissə və bölməsinin təyinatından və onların hazırlıq səviyyəsindən asılı olaraq xüsusiyyətlərə malikdir, amma təşkili, hazırlığı və keçirilməsinin bir sıra sualları bütün hissə və bölmələr üçün eynidir.

Kompleks məşqlər, qoşunların tam döyüşə hazırlıq vəziyyətinə gətirilməsi zamanı rabitə hissə və bölmələri tərəfindən yerinə yetirilən tədbirlərin bütün fəaliyyətlərini əhatə etməlidir. Bu zaman rabitə sistemi və qoşunların tam döyüşə hazırlıq dərəcəsinə gətirilməsi sualları, həyacan siqnalı ilə qaldırmadan başlayır, ƏRT mütləq iki eşelona bölünür, hər bir eşelon öz tapşırığını yerinə yetirir.

ƏRT-nin birinci eşelonu (80-85%) RQ (KM, ÖKM, AKM) əmr-sxemə müvafiq açır, stasionar dayaq rabitə şəbəkəsini genişləndirir, birliyin tam döyüşə hazırlıq dərəcəsinə gətirilməsi zamanı idarəetməni təmin edir.

ƏRT-nin ikinci eşelonu (15-20%) ŞHQM və TQM-nin açılması, mobilizasiyasının təmin edilməsi, maddi vasitələrin çıxarılması, AKB-lərin doldurulması tapşırıqlarını yerinə yetirir.

Kompleks məşqlərin planlaşdırılması, RQ-nin açılması sxeminin əvvəlcədən hazırlanmış 3-4 variantı üzrə hissənin döyüş tətbiqi planına, ərazidə qeyri xətti yerləşməsinə, ƏRT komandirinin və rabitə bölmə komandirlərinin döyüş tətbiqi planlarına, əmr-sxemlərinə, döyüş sərancamlarına müvafiq olaraq keçirilir.

Kompleks məşqin keçirilməsi planı qərargah rəisi tərəfindən təsdiq olunur. Kompleks məşqin planına əsasən hissəyə döyüş sərəncamı, bölmələrə rabitə üzrə sərəncam (aidiyyatı üzrə) çatdırılır. Tabelikdə olan komandirlər və rəislər göstərilmiş sənədlərin əsasında, lazımi əlavələri ilə birlikdə məşqin keçirilməsinin fərdi planlarını hazırlayırlar. Məşqin effektiv keçirilməsi üçün şəxsi heyətin və texnikanın mükəmməl hazırlığı lazımdır. Şəxsi heyətin hazırlığı kateqoriyalar üzrə keçirilir. Zabitlərin hazırlığını hissə və bölmə komandirləri təşkil edir. Hazırlıq prosesində hər bir zabit öz bölməsinin tapşırıqlarını öyrənir, dəqiqləşdirir və lazımi materiallar hazırlayır. Hissə və bölmə komandirləri əməliyyat-texniki sənədləri (tədris yükünü, əmr-sxemləri) hazırlayır, həmçinin şəxsi heyətin hazırlığına nəzarət edir.

Qəfil məşqlər üçün sənədlər əvvəlcədən hazırlanır. Texnikanın hazırlığı zamanı texniki qulluq və reqlament işləri keçirilir, hissə və bölmələrin maddi-texniki təminatı yerinə yetirilir. Kompleks məşqlər növündən və mövzudan asılı olaraq daimi dislokasiya məntəqələrində və bölmələrin məşq rayonlarına çıxarılmasından sonra keçirilə bilər.

Çöl və qarnizonlararası məşqlərin başlanmasını rəhbər, texniki rabitə vasitələri ilə təyin edilmiş siqnalla elan edir, belə məşqlər özünün şərti paroluna malik ola bilər. Qovşaq tərkibində kompleks məşqin başlanması rəhbər tərəfindən şəxsən və ya öz köməkçiləri vasitəsi ilə elan edilir.

Böyük komandirlərin (rəislərin) keçirdikləri kompleks məşqlər, ehtiyac olarsa hissələrin və bölmələrin “Toplanış” siqnalı ilə qaldrılması və məşq rayonuna marş keçməsi ilə başlaya bilər. Qarnizonarası kompleks məşqlərdə öyrənilən suallar, Müdafiə Nazirliyinin Rabitə qovşaqları ilə Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin və digər təşkilatların rabitə qovşaqları arasında qarşılıqlı əlaqəsi, rabitə kanalları ilə ötürülən informasiyaların məxfiləşdrilməsi və verilmiş informasiya həcminin təyin olunmuş müddətlərdə ötürülməsi və qəbul edilməsi, danışıqların təmin edilməsi, əsas kanallar və xətlərdə rabitənin pozulması zamanı ehtiyat və dolayı rabitə kanalları və xətlərinin istifadəsi və başqaları ola bilər.

Çöl kompleks məşqlərində öyrənilir:

- səhra rabitə sistemi elementlərinin təyin olunmuş normativ müddətlərində açılması;
- stasionar dayaq rabitə şəbəkəsinin səhra vasitələri ilə genişləndirilməsi;
- rabitə siseminin YDS-dən, düşmənin radiokəşfiyyatından və REM-dən mühafizə edilməsi;
- RQ-lərin mühəndis təchizatını;
- müxtəlif vasitələrlə yaradılmış kanalların uzlaşdırılması, onların məxfiləşdrilməsi və abonentlərə təqdim edilməsi;
- birləşmələrə rabitə istiqamətlərinin radiorele kanallarının KQM aparatı ilə məxfiləşdirilməsi;
- rabitə sisteminin bərpa edilməsi;
- sistemin idarə edilməsi.

Rabitə qovşaqlarının tərkibində keçirilən kompleks məşqlərdə aşağıdakı suallar işlənilir:

- şəxsi heyətin hazırlığının təkmilləşdirilməsi üçün aparatxanaların, stansiyaların, rabitə sisteminin elementlərinin normativ müddətlərə açılması, rabitə əlaqəsinin yaradılması, xətlərin, kanalların parametrlərinin sınaqdan keçirilməsi və ölçülməsi;
- rabitə kanallarının uzlaşması və onlarla manevr etmə;
- rabitənin qurulması və təmini zamanı müxtəlif aparatxanaların heyətlərinin qarşılıqlı fəaliyyəti;
- əməliyyat-texniki xidmətin təşkili.

Kompleks məşqlərin keçirilməsi zamanı rəhbərin köməkçiləri sualların öyrənilməsi və vaxt normativlərinin yerinə yetirilməsinə nəzarət edirlər. Nəzarətin nəticələri rəhbərə təqdim edilir.

Məşq bitdikdən sonra rabitə sistemi ilkin vəziyyətinə keçirilir, rabitə hissə və bölmələri daimi dislokasiya məntəqələrinə qaytarılır, məşqə rəhbərlik edən rəis təhlil keçirir. Təhlilə vaxt göstəriciləri ilə planlaşdrılmış rabitənin qurulmasının yekun cədvəli, məşqin normativlərinin və tapşırıqların yerinə yetirilməsi cədvəli, ötürülən və qəbul edilən informasiyanın həcmi və onun keçməsi vaxtı və digər məlumatlar hazırlanır. Keçirilən kompleks məşqin nəticələri üzrə əmr verilə bilər.

Taktiki-xüsusi təlimlər Rabitə hissə və bölmələrinin çöl vərdişlərinin təkmilləşdirilməsinin əsas formasıdır. Onların keçirilmə məqsədləri:

- müasir döyüş şəraitində etibarlı rabitənin təmini üzrə uzlaşmanın təkmilləşdirilməsi;
- tam və qısaldılmış tərkibdə məhdud müddətlərdə rabitə tapşırıqlarını yerinə yetirmək üzrə bölmələrin məşq etdirilməsi;
- zabit heyətinin tabeliyindəki hissə və bölmələrin idarə edilməsi, sənədlərin təyin olunmuş müddətdə hazırlanması, vəzifəli şəxslərin rabitə üzrə vəzifələrini yerinə yetirməsi, idarəetmə məntəqələrinin rabitə qovşaqlarının açılması, yığılması və yerdəyişməsinin yerinə yetirilməsi;
- rabitənin təmini üzrə tapşırıqların yerinə yetirilməsi zamanı qovşaq və xətti bölmələrin qarşılıqlı əlaqə sualları;
- rabitə qüvvə və vasitələrinin kütləvi qırğın silahından, yüksək dəqiqlikli silahlardan, düşmənin radiokəşfiyyat və radiomaneələrindən mühafizə tədbirləri;
- yeni rabitə texnikası və avtomatlaşdırma vasitələrinin mənimsənilməsi üzrə vərdişləri təkmilləşdirmək.

Taktiki-xüsusi təlimin mövzusundan asılı olaraq yuxarıda sadalanan tapşırıqların hamısı və ya bir hissəsi yerinə yetirilə bilər. Taktiki-xüsusi təlimdə rabitə bölmələri fərdi tapşırıqları yerinə yetirir.

Taktiki-xususi təlimlər aşağıdakı növlərə bölünürlər:

- miqyasına görə rabitə hissə və bölmələri ilə keçirilənlər;
- təyinat məqsədlərinə görə planlaşdrılmış, nümunəvi, nəzarət (yoxlama), sınaq (təcrübə) və tədqiqat.

Planlaşdrılmış taktiki-xüsusi təlimlər rabitə hissəsi ilə - rabitə rəisi, birləşmələrin rabitə bölmələri ilə - birləşmənin qərargah rəisi tərəfindən təşkil edilir və keçirilir.

Nümunəvi taktiki-xüsusi təlimlər öyrədilən qoşunların bir-iki pillə yuxarı komandirlərin və rəislərin qərarına əsasən onların rəhbərliyi altında keçirilir. Bir qayda olaraq onlar planlaşdırılmış təlimlərdən öncə keçirilməlidir.

Nəzarət (yoxlama) təlimləri rabitə hissə və bölmələrinin döyüşə hazırlıq dərəcəsini və çöl bacarıqlarının səviyyəsini təyin etmək üçün təşkil edilir və keçirilir. Təlimlərin mövzusu və planı nəzarət həyata keçirən rəislə razılaşdrılmalıdır.

Sınaq (təcrübə) taktiki-xüsusi təlimləri, qoşunların yeni təşkilatlanmasını öyrənmək və yoxlamaq, rabitənin təşkili suallarını, rabitə qoşunlarının və rabitə texnikasının yeni növlərinin döyüş tətbiqini tədqiq etmək üçün keçirilir.

Rabitə qoşunlarının taktiki-xüsusi təlimləri bir, iki və ya üç mərhələli ola bilər, amma adətən bir mərhələli olur. Bu təlimlərə radiokəşfiyyat və radioelektron mübarizə hissə və bölmələri cəlb olunurlar.

Taktiki xüsusi-təlimin hazırlığına daxildir:

- təlim üçün başlanğıc məlumatların təyin edilməsi və dəqiqləşdirilməsi;
- sənədlərin tərtibatı;
- təlim rayonunun seçilməsi və hazırlanması;
- rəhbərliyin, vasitəçilərin və öyrənənlərin təlimə hazırlığı.

Taktiki-xüsisi təlimlər üçün ilkin məlumatlar:

- mövzu;
- tədris məqsədləri;
- təlimə cəlb olunan rabitə hissə və bölməsinin tərkibi;
- təlimin keçirilmə müddəti, vaxtı və rayonu;
- motoehtiyatların sərfi və rabitə vasitələrinin iş resursu normaları;
- rəhbərlik və vasitəçilərin tərkibi.

Döyüş hazırlığı planı təlimə cəlb olunan hissə və bölmələrin tərkibini, mövzusunu, müddətini və vaxtını təyin edir. Təlimdə öyrənilən tədris suallarının məzmunu döyüş hazırlığının tapşırıqlarından, təlimin miqyasından, taktiki şəraitindən, müddətindən və digər götəricilərdən asılıdır. Tədris məqsədləri, təlimin məqsədlərini dəqiq təyin etməlidir.

Təlimlər mərhələlərə bölünür. Hər bir mərhələ döyüş fəaliyyətlərinin təşkili və icrasını tam əhatə etməlidir. Hər bir mərhələ üzrə tədris sualları mütəxəsislərin əsas kateqoriyalarının fəaliyyətini əks etdirməlidir.

Taktiki-xüsusi təlimin hazırlığı təqvim planına müvafiq keçirilir.

Təlimin keçirilməsi üçün adətən aşağıda göstərilən sənədlər hazırlanır:

- təlimin planı;
- təşkilati göstərişlər;
- rabitə üzrə sərəncam;
- taktiki tapşırıq;
- hissəyə döyüş sərəncamı;
- rabitə üzrə döyüş sərəncamı;
- təlim rəhbərinin müavinlərinin və köməkçilərinin, vasitəçilərin fərdi planları;
- radiorabitə sxemi;
- kabel və radiorele rabitəsi sxemi;
- kanalların paylanılması sxemi;
- rabitə qovşaqlarının və stansiyalarının vəzifəli şəxslərin çağırış cədvəli;
- ştatdankənar rabitənin təhlükəsizliyinə nəzarət məntəqəsinin iş qrafiki;
- radiomaneələr yaratma qrafiki və digər sənədlər.

Taktiki-xüsusi təlimin keçirilməsi qaydasını təyin edən əsas sənəd taktiki-xüsusi təlimin keçirilməsi planıdır. O, xəritədə hazırlanır və ona daxildir:

- ilkin məlumatlar (təlimin mövzusu, tədris məqsədləri və keçirilmə vaxtı, təlimə cəlb olunan qoşunların tərkibi, motoehtiyatların, imitasiya vasitələrinin normaları və rabitə vasitələrinin iş limiti, təlimin mərhələləri, onların müddəti və tədris sualları);

- təlimin niyyəti (ilkin şərait (təlimin başlanğıcına tərəflərin qoşunlarının vəziyyəti, həmçinin rabitə hissə və bölmələrinin qruplaşması), birləşmənin döyüş tapşırıqları və onun komandirinin ilkin şərait üzrə və döyüş fəaliyyətlərinin bir növündən digərinə keçərkən niyyəti, öyrədilən hissələrin (bölmələrin) döyüş tapşırıqları, komandirlərin ehtimal edilən qərarlarını göstərmədən, idarəetmənin təşkili və rabitənin tapşırıqları, rabitə sisteminin strukturu və onun elementlərinin açılma ardıcıllığı, radiorele və kabel rabitələrinin təşkili və təmin edilmə üsulları və digər lazımi məlumatlar);

- rabitə planından məlumatlar (yuxarı qərargahın, özünün və tabelikdə olan qərargahların, qarşırıqlı fəaliyyətdə olan hissə və bölmələrin idarəetmə məntəqələrinin açılma yerləri, onların yerdəyişmə istiqamətləri, idarəetmə məntəqələrinin rabitə qovşaqları, dayaq və köməkçi rabitə qovşaqları, feldyeger poçt rabitə qovşaqları, bağlama xətləri, düşmənin radioelektron vasitələrinin qruplaşması, susdurma, qısa dalğalı (QD) və ultra qısa dalğalı (UQD) radiorabitələrin radiokəşfiyyat və pelenqləmə zonaları).

Taktiki-xüsusi təlimin keçirilməsi planını rabitə rəisi imzalayır və qərargah rəisi təsdiq edir. Təlim, rabitə hissə və bölmələrin döyüşə hazırlığın müxtəlif dərəcələrinə gətirilməsi üçün təyin edilmiş siqnalın verilməsi, səfərbərlik hazırlığı tədbirlərinin işlənməsindən sonra təlim üzrə ilkin rayona çıxış və onu tutmaqla başlayır. Təlimin başlanma üsulunu təyin edərkən müasir əməliyyatların başlanması və döyüş fəaliyyətlərinin aparılmasında rabitə hissə və bölmələrinin tətbiqinin xüsusiyyətlərinə əsaslanmaq lazımdır.

Öyrənənlərə taktiki tapşırığın, döyüş sərəncamının (rabitə üzrə sərəncamların) təqdim edilməsi yeri və vaxtı, təlimin mövzusu və məqsədindən asılı olaraq təlim rəhbəri tərəfindən təyin edilir. Onların təqdim edilməsindən sonra öyrədilən komandirlərə və qərargahlara qərar qəbul etmək üçün vaxt verilir. Təlim rəhbəri qərar qəbul edilməsi üzrə öyrənənlərin işinə nəzarət edir və onları istiqamətləndirir, rabitə hissə və bölmələrinin tətbiqinin planlaşdırıcı sənədlərinin tamlığı, keyfiyyəti və icra müddətlərini qiymətləndirir. Qəbul edilmiş qərarlar rəhbərə məruzə edilir, rəhbər onları dinləyir və ya işin gedişində tanış olur. Bu zaman rəhbər öyrədilənlərdə sərbəstlik, təşəbbüs və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməlidir. Əgər öyrənənlərin qərarı şəraitə və rabitə üzrə tapşırıqlara təmamilə uyğun gəlmir və təlimin məqsədinə nail olmağa imkan vermirsə, onda bu qərarlarda lazımi dəyişikliklər edilir. Buna rəhbərin göstərişlərinə əsasən şəraitin genişləndrilməsi, döyüş tapşırıqlarının dəqiqləşdrilməsi və ya müdaxilələrlə nail olunur.

Rabitə qovşaqlarının və xəttlərinin açılması zamanı, rabitənin qurulması və yığılması dövründə təlim rəhbəri və onun köməkçiləri öyrənənlərin fəaliyyətinə nəzarət edirlər, ehtiyac olduqda onlara köməklik göstərirlər. Rabitə qovşaqlarının fəaliyyəti zamanı informasiyanın vaxtında keçməsinə, abonentlərə telefon danışıqlarının cəld təqdim edilməsinə və onlara xidmət göstərilməsinin keyfiyyətinə, xüsusi aparatların istifadə qaydalarının düzgün yerinə yetirilməsinə, rabitə təhlükəsizliyi üzrə tədbirlərə və rabitə intizamına əməl olunmasına xüsusi diqqət göstərilməlidir. İnformasiyanın ötürülməsi cəldliyi və onun doğruluğu nəzarət teleqramlarının (radioqramların, telefonoqramların) verilməsi ilə yoxlanılır.

Taktiki-xüsusi təlimin sualları ardıcıllıqla yerinə yetirilir. Rəhbər öyrənənlərə ümumqoşun komandirinin qərarından məlumatları çatdırmalıdır və onun əsasında qarşıda duran mərhələ üçün rabitə üzrə fəaliyyətlərin yerinə yetirilməsi üçün tapşırıq verir. Xüsusi diqqət gecə vaxtı və tanış olmayan ərazidə fəaliyyətə yönəldilməlidir. Döyüş fəaliyyətləri başa çatdıqdan sonra daimi dislokasiya yerlərinə qayıtmazdan əvvəl fasilə elan edilir, qoşunlara təlim rəhbərinin göstərişinə əsasən təlim rayonunun qaydaya salınması üzrə sərəncamlar verilir, qoşunların cəmləşmə yeri və vaxtı, təhlilin keçirilməsi qaydası göstərilir.

Təlimin son hissəsi təhlildir. O, təlim rəhbəri tərəfindən təlim rayonunda və ya daimi dislokasiya məntəqəsinə qayıtdıqdan sonra və bütün zabit heyəti cəlb olmaqla keçirilir. Təhlildə təlimin mövzusu, tədris məqsədləri, mərhələləri və öyrənənlərin fəaliyyəti göstərilir. Ehtiyac olduqda yeni və xüsusi əhəmiyyətli suallar, rəhbəredici sənədlərin, böyük rəislərin əmrlərinin müddəaları üzrə nəzəri əsaslar göstərilir. Təlimin gedişini analiz edərək rəhbər, hissə və bölmələrin komandirlərinin qərarlarını, onların məqsədəuyğunluğunu və əsaslandrılmasını, öyrənənlərin fəaliyyətində müsbət cəhətləri və digər sualları şərh edə bilər. Sonda tədris məqsədlərinə hansı dərəcədə nail olmasını təyin edir, öyrədilən komandirlərin, hissələrin (bölmələrin) çöl vərdişlərini və uzlaşmasını qiymətləndirir, nöqsanların aradan qaldrılması üzrə tapşırıqları, texnikaya qulluğun göstərilməsi qaydasını və müddətlərini təyin edir.

Nəticə:

1. Taktiki-xüsusi məşğələnin keçirilməsi zamanı rabitənin radiokəşfiyyat və elektron susdurma vasitələrindən mühafizə tədbirlərinin yerinə yetirilməsi öyrədilərkən şəraiti döyüş vəziyyətinə yaxın həddə çatdırmaq, real maneələr yaratmaq lazımdır.

2. Kompleks məşqlərin növü və mövzusundan asılı olaraq bu məşqlərin digər qoşun növü bölmə və hissələri ilə qarşılıqlı əlaqədə keçirilməsi imkanları araşdırılmalı, qoşunların idarə olunması və yaranan çətinliklərin həlli sualları bu yolla təkmilləşdirilməlidir.

3. Rabitə qoşunlarının taktiki-xüsusi təlimlərinin əməliyyat tapşırıqlarına uyğun mövzular üzrə keçirilməsi məqsədəuyğundur. Taktiki-xüsusi təlimlərə radiokəşfiyyat və radioelektron mübarizə hissə və bölmələri cəlb olunur, əlavə olaraq digər qoşun növü bölmələrinin iştirakı ilə, eyni zamanda digər qoşun növü hissə və bölmələrinin təlimləri ilə qarşılıqlı əlaqədə keçirilməsi imkanları nəzərə alınmalıdır.

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rabitə   Təlim  

Rabitə hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı - ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/2-3161784776.jpg
Oxunub: 2271     10:40     12 Fevral 2020    