Ordubad və Culfada gənclər hərbi xidmətə yola salınıb

2020/01/24922-1579673737.jpg
Oxunub: 1590     10:13     22 Yanvar 2020    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad və Culfa Rayon Şöbələrində gənclərin hərbi xidmətə yolasalma mərasimləri keçirilib.

Ordu.az xəbər verir ki, hər iki rayonda keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər çağırışçılara xidməti dövrdə hərbi texnikanın sirlərinə mükəmməl yiyələnməyi, vətənə sədaqətlə xidmət etməyi arzulayıblar.

Tədbirdə övladının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiyini deyən valideynlər, çağırışçıları təbrik edib, gənclərə şərəflə xidmət arzulayıb.

Çağırışçılar adından Fazil Bayramov və Rəşad Əhmədli bildirib ki, biz də xidməti borcumuzu layiqincə yerinə yetirəcək, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacağıq. Çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.

Sonra gənclər hərbi hissələrə yola salınıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SHXÇDX   Gənc  

Ordubad və Culfada gənclər hərbi xidmətə yola salınıb

2020/01/24922-1579673737.jpg
Oxunub: 1591     10:13     22 Yanvar 2020    