NATO Yaxın Şərqdəki rolunu genişləndirmək niyyətindədir

2019/12/34-1576152191.jpg
Oxunub: 1551     10:44     22 Yanvar 2020    
Şimal Atlantika Alyansının baş katibi Yens Stoltenberq bəyan edib ki, NATO-nun Yaxın Şərqdə genişlənməsi imkanları mövcuddur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Stoltenberq hazırda NATO daxilində və alyansın tərəfdaşları ilə, o cümlədən bölgədə Şimali Atlantika Alyansı Yaxın Şərqdə rolunu genişləndirə bilərmi məsələsinin müzakirə olunduğunu bildirib.

Stoltenberq əlavə edib ki, NATO bölgədəki ölkələrin hərbçilərini, xüsusəndə İraqda təlim keçməklə öz rolunu genişləndirə bilər.

“Bizim qaldırdığımız məsələ yeni hərbi əməliyyat başlamaq istəyimizlə bağlı deyil, əsas məsələ yeni hərbi əməliyyatlara cəlb olunacağımız təqdirdə bu vəziyyətin qarşısını ala biləcəyikmi? Profilaktik tədbirlər müdaxilədən daha yaxşıdır”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   YaxınŞərq  

NATO Yaxın Şərqdəki rolunu genişləndirmək niyyətindədir

2019/12/34-1576152191.jpg
Oxunub: 1552     10:44     22 Yanvar 2020    