Gürcüstanda rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də Tbilisi şəhərində yerləşən Qəhrəmanlar meydanındakı Gürcüstanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorialı ziyarət edib. Ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri abidənin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri davam edir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Müdafiə-naziri
Tbilisi