Pentaqon hərbi SZ layihələrindən peşman deyil

2019/02/6ffb5-1549286700.jpg
Oxunub: 2358     21:20     21 Yanvar 2020    
“Hərbi Süni Zəka (SZ) layihələrinə edilən tənqidlərin əksəriyyətinin kökü “dərin yanlış fikirlərdən” doğur. ABŞ-ı qarşıdakı onilliklərdə müdafiə etmək Pentaqondan hərbi süni zəka sahəsinə böyük, davamlı investisiya yatırımları tələb edir”.

Bu fikirləri Müdafiə Departamentinin keçmiş və indiki rəsmiləri səsləndirirlər. Pentaqonun SZ sistemlərindən istifadəsini genişləndirmə cəhdləri həm texnologiya, həm də siyasi dairələrdə böyük ictimai tənqidlər doğurub. Onlar düşünür ki, ABŞ tezliklə döyüş meydanında “ölüm ya qalım” qərarlarını maşınlara etibar edəcək. Ötən il “Google” firmasının işçiləri tərəfindən edilən etiraz ABŞ HHQ-yə məxsus layihənin dayandırılması ilə nəticələndi.

İki gün öncə amerikalı rəsmilər SZ-nin potensial aplikasiyalarının etik standartlar və beynəlxalq normalara riayyət etməsini təmin etmək üçün Pentaqonun “dəridən-qabıqdan çıxdığını” söylədilər. Lakin onlar xəbərdarlıq edir ki, ABŞ-ın qlobal rəqibləri hesab edilən Rusiya və Çində belə bir şey yoxdur və onlar bu standart və normalara məhəl qoymurlar.

“Müdafiə Nazirliyinin SZ ilə hərəkətə gətirilən yeni nəsil silahların əldə edilməsi istiqamətində görülən işlərlə bağlı heç bir peşmanlığı yoxdur. Əgər biz Çin kimi rəqibə qarşı uğurlu olmaq istəyiriksə, elə bu sahədə qalib gəlməliyik”, - deyə sabiq Müdafiə nazirinin müavini Robert Uork bildirib.

Pentaqonun ötən ay yaydığı yeni SZ strategiyasında hərbi SZ sistemləri tərəfindən qəbul ediləcək istənilən qərar üzərində insan operatorların son söz haqqına sahib olmalı olduğu və texnologiyanın silahlı münaqişə hüququna riayət etməsinin vacibliyi göstərilir. Uork ABŞ ordusunun müharibə tarixinin ən etik hərbi qüvvə olduğunu və SZ-yə diqqətin artırılması ilə bu trendin saxlana biləcəyini iddia edib.

Pentaqonun Müştərək Süni Zəka Mərkəzinə rəhbərlik edən general-leytenant Cək Şanahan isə bu çalışmalarla bağlı səsləndirilən tənqidlərin Pentaqonun gördüyü işlərlə bağlı insanlarda mövcud olan yanlış fikirlərdən qaynaqlandığını söyləyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   SZ  

Pentaqon hərbi SZ layihələrindən peşman deyil

2019/02/6ffb5-1549286700.jpg
Oxunub: 2359     21:20     21 Yanvar 2020    