Ermənistan MTX-nin sabiq direktorunun ölümü ilə bağlı suallar çoxalır

2020/01/Gevor-1579604527.jpg
Oxunub: 1996     17:22     21 Yanvar 2020    
Ermənistan MTX-nın sabiq direktoru Georgi Kutoyanın həyat yoldaşı ərininin 20 gün əvvəl içkili vəziyyətdə olaraq evin divarlarına 35-40 ədəd atəş açmasından xəbərdar olduğu halda nə üçün onun 2-3 günlük tək qalmaq üçün evlərinə gedəcəyindən narahat olmayıb.

Yaxud narahat olubsa, onda niyə qarşısını almağa çalışmayıb? Və ya nə üçün Kutoyan xahiş edib ki, həyat yoldaşı güllələri toplasın masaya qoysun? O, niyə bunu etməyib?

Bu iki gün ərzində Ermənistan hüquqşünaslar, vəkillər və siyasi xadimlər çoxlu sayda sual səsləndirib.

Erməni jurnalistlər 90-cı illərdə Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini Qurqen Yeğiazaryana “Məgər xüsusi xidmət rəhbəri o dərəcədə emosional vəziyyətdə ola bilərmi ki, divara 35 ədəd atəş açsın və bundan əvvəl də alkoqol istifadə etmiş olsun?” sualını verib.

Yeğiazaryan cavab olaraq bildirib ki, məlumatlara görə, Kutoyan ümumiyyətlə içki istifadə etməyib.

“Bu iki gündə içki istifadəsi, bu atəş açmaq və s. bu, heç vaxt onun xarakterində olmayıb, deməli əsəbi vəziyyət elə olub ki, onu bu vəziyyətə gətirib”, - deyə Yeğiazaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Cinayət  

Ermənistan MTX-nin sabiq direktorunun ölümü ilə bağlı suallar çoxalır

2020/01/Gevor-1579604527.jpg
Oxunub: 1997     17:22     21 Yanvar 2020    