Öldürən Ermənistan MTX-nin sabiq direktoru həyat yoldaşına nə məktubu göndərib? - YENİ DETALLAR

2020/01/83374-1579603709.jpg
Oxunub: 2282     16:01     21 Yanvar 2020    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanın ölümündən 4 gün keçib və bir çox sualın hələki cavabı yoxdur.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, yanvarın 16-da G. Kutoyan icarəyə götürdüyü taksi ilə “Paruyr Sevak” küçəsində yerləşən mənzilinə gedib və növbəti gün, yəni yanvarın 17-də yaxınları onunla telefon əlaqəsi yarada bilməyərək qeyd edilən mənzilə gediblər, həyat yoldaşı qonaq otağında - mətbəxin qarşısında Kutoyanın gicgah nahiyəsindən güllə yarası almış vəziyyətdə meyitini tapıb.

Qeyd edək ki, Kutoyan heç vaxt alkoqola qarşı meyilli olmayıb, sakit, özünəqapalı olub, lakin ötən ilin dekabr ayından başlayaraq tez-tez alkoqol istifadəsi ilə əsəblərini sakitləşdirməyə çalışıb.

Məlumat əldə edilib ki, Kutoyan hadisədən əvvəl həyat yoldaşına şəxsi xarakterli və olduqca ürəkyandıran məktub göndərib, həyat yoldaşı isə Kutoyanın içkili olduğunu düşünüb.

Məsələ burasındadır ki, Kutoyan bir neçə həftə bundan öncə də özünə aid olan silahla divarlara atəş açıb. Qonşular isə partlayışa bənzəyən səslər eşitdiklərini bildiriblər, lakin düşünüblər ki, binanın yanında tikinti gedir, onun səsləridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX  

Öldürən Ermənistan MTX-nin sabiq direktoru həyat yoldaşına nə məktubu göndərib? - YENİ DETALLAR

2020/01/83374-1579603709.jpg
Oxunub: 2283     16:01     21 Yanvar 2020    