Rusiyalı mütəxəssislər Almaniyadakı hərbi obyektə baxış keçirəcək

2020/01/678-1579597021.jpg
Oxunub: 1865     16:38     21 Yanvar 2020    
2011-ci ildə imzalanan Vyana Sənədinə uyğun olaraq bir qrup rusiyalı mütəxəssis Almaniyadakı bir hərbi obyektdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini yoxlayacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli Nüvə Risklərinin Azaldılması Mərkəzinin direktoru Sergey Rıjkov məlumat verib.

Qeyd olunur ki, yoxlama yanvarın 21-də baş tutacaq və bir gün davam edəcək.

“Bu cür qiymətləndirmə səfərləri hərbi qüvvələr və əsas silah sistemləri və hərbi texnikaların yerləşdirilməsi planları barədə məlumatları yoxlamaq məqsədi ilə edilir”, - deyə Rıjkov bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Almaniya  

Rusiyalı mütəxəssislər Almaniyadakı hərbi obyektə baxış keçirəcək

2020/01/678-1579597021.jpg
Oxunub: 1866     16:38     21 Yanvar 2020    