Tovuzda 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi yad edilib – FOTOLAR

2020/01/82838-1579509351.jpg
Oxunub: 2188     12:33     20 Yanvar 2020    
Ölkəmizin hər yerində olduğu kimi Tovuzda da 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi yad edilib.

Ordu.az-ın Qərb bürosunun verdiyi məlumata görə, Şəhidlər xiyabanı kompleksi önünə toplaşan rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri sakinləri abidə önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Şəhidlərin ruhuna dualar oxunub, Azərbaycanın dövlət himni səsləndirilib. Anım tədbirində könüllülərin Qanlı Yanvar faciəsi ilə bağlı hazırladığı ədəbi bədii kompozisiya təqdim edilib.

Bildirilib ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən 30 il keçməsinə baxmayaraq, xalqımız o qanlı gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu, 20 Yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayətdir.

Vurğulanıb ki, 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

20 Yanvar faciəsindən artıq 30 il ötsə də Azərbaycan xalqı Vətən uğrunda canından keçən igid oğul və qızlarını heç zaman unutmur. Onların əziz xatirəsi daim yad edilir və qəlblərdə yaşayırlar.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tovuz   20-Yanvar  

Tovuzda 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi yad edilib – FOTOLAR

2020/01/82838-1579509351.jpg
Oxunub: 2189     12:33     20 Yanvar 2020    