“Həzi Aslanovun yarası heç də ağır, ölümcül yara olmayıb” - MÜSAHİBƏ

2020/01/Hezi--1579673139.jpg
Oxunub: 2418     15:47     22 Yanvar 2020    
Rubrikamızın qonağı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, professor Musa Bağırovdur. Deyirlər tarixi yazmaq onu yaratmaq qədər çətin və şərəflidir. Kinorejissor-ssenarist, tədqiqatçı-jurnalist Musa müəllim də bütün ömrünü və uzun illik əmək fəaliyyətini tarixi araşdırmaq, onun məqamlarını qələmə almaq və lentə köçürmək kimi məsuliyyətli bir işə sərf edib. Onun iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun həyat və fəaliyyəti ilə bağlı qiymətli tədqiqat işləri tariximizə əvəzsiz töhfəsidir. Sərkərdəlik tariximizin görkəmli nümayəndəsi, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının bərpa edilməsi də Musa müəllimin 25 illik yorulmaz fəaliyyətinin nəticəsidir.

- Musa müəllim, bildiyiniz kimi, ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun 110 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzaladı. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü kimi sərəncamla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...

- Bu sərəncamın imzalanması bir daha təsdiqlədi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti İkinci Dünya müharibəsində həlak olan qəhrəman oğullarını unutmur, onların əziz xatirələri qəlblərdə yaşayır, daim ehtiramla yad olunur. Ölkə Prezidentinin faşizm üzərində böyük qələbənin qazanılmasının 75 illiyi ərəfəsində imzaladığı bu sərəncam tarixi bir sənəddir.

- Bəs necə oldu ki, Musa müəllim Böyük Vətən müharibəsinin şanlı qəhrəmanı, Azərbaycan xalqının sərkərdə oğlu Həzi Aslanovun fəaliyyəti ilə bağlı tədqiqata başladı?

- Onu deyim ki, müharibədə xalqımızın şöhrətli oğlu Həzi Aslanovun müəmmalı və faciəli ölümü, eyni zamanda, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülsə də, bunun ona təqdim olunmaması barədə söhbətlər ildən-ilə daha çox dərinləşirdi. Bu məsələ xalqımızın şərəf məsələsi idi. Ona görə də bir kinorejissor-ssenarist, tədqiqatçı-jurnalist kimi qəhrəmanımızın keçdiyi döyüş yolu və onun həyatı məni düşündürürdü. Bu barədə ciddi fikirləşib addım atmağı qarşıma məqsəd qoydum. Əvvəlcədən bilirdim ki, çıxdığım yol ağır və keşməkeşli bir yoldu. Onu da yaxşı bilirdim ki, bu yolda maneələr qaçılmazdır. Odur ki, uzun, həm də çətin tədqiqat işləriylə bağlı Həzinin uğrunda döyüşdüyü Ukrayna, Belorusiya, Pribaltika, Moskva, Stalinqrad (keçmiş Leninqrad) və digər bir çox respublikalara, şəhərlərə gedib döyüşçü yoldaşları ilə görüşdüm. Onlarla müxtəlif görüşlər keçirdim. Həzi barədə xatirələrini dinlədim. Təbii ki, onlar məni daha çox maraqlandıran sualları doğru, düzgün və ətraflı cavablandırdılar. Canlı şahidlərdən əldə etdiyim çoxlu faktlar əsasında elmi məqalələr yazdım. İki film hazırladım. 1988-ci ildə isə arxiv sənədləri əsasında Həzi Aslanovun döyüş yolundan bəhs edən "Generalın yolu" adlı rus dilində kitab yazdım.

- Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolundan bəhs edən kitabınız həmin dövrdə keçmiş ordu mənsublarının da böyük marağına səbəb olmuşdu. Uzun illik tədqiqatınızın nəticəsi olaraq araya-ərsəyə gətirdiyiniz həmin kitab elə o vaxtdan tank qoşunları üzrə hərbi akademiyada dərslik kimi də istifadə edilir...

- Düz deyirsiniz. Keçmiş Sovet İttifaqına daxil olan bütün respublikaların veteran təşkilatları "Generalın yolu" sənədli əsərimlə maraqlandı. İlk olaraq vaxtilə müharibə dövründə Həzi Aslanovun xidmət etdiyi 3-cü Mexanikləşdirilmiş Stalinqrad Korpusunun veteran təşkilatının sifarişiylə Moskvaya 1000 ədəd kitab göndərdim. Bu kitablar qəhrəman həmyerlimizlə çiyin-çiyinə vuruşmuş döyüşçü yoldaşları arasında paylanıldı. Sonra kitabla əlaqədar Moskvada, Stalinqradda (keçmiş Leninqrad) və digər şəhərlərdə qəhrəman həmyerlimizin silahdaşları olan döyüşçü veteranlarla görüşlər keçirdim. Müharibə cəbhələrində peşəkar hərbçi, qorxmaz tankçı kimi tanınmış Həzi Aslanovun şanlı döyüş yolunu bütünlüklə əks etdirən kitabımın təqdimatı Moskvada SSRİ Zirehli Tank Qoşunları Akademiyasında da keçirildi. Keçirilən görüşlərdə Həzi Aslanovun silahdaşları olan bir çox marşal, general, alim, o cümlədən sadə əmək adamları yaxından iştirak edirdilər. Mən onlarla dostluq, yoldaşlıq edirdim. Onlar məni Stalinqrad Cəbhəsi Şurası Rəyasət Heyətinə fəxri üzv də seçdilər...

- Musa müəllim, yəqin ki, bu görüşlərinizdən sonra Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsinə və bu qərara maneçiliyin törədilməsinə, eyni zamanda, onun müəmmalı şəraitdə ölümünə şübhəniz qalmadı...

- Mən Stalinqrad Cəbhəsi Şurası Rəyasət Heyətinin üzvü kimi hər il Həzi Aslanovun xidmət etdiyi korpusun veteran təşkilatı tərkibində Moskva və başqa şəhərlərdə keçirilən bütün tədbirlərdə iştirak edirdim. Aslanovun cəbhə yoldaşlarının dediklərinə görə, o, 1944-cü ildə Berezina çayı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmişdi. Lakin təqdimat gizlədilmiş, həyata keçməmişdi. Deyilən bu fikirləri, söhbətləri təsdiqləyən arxiv sənədləri lazım idi ki, onlar axtarılıb tapılsın, bir yerdə toplanıb, yenidən komissiya yaradılsın. Həzinin ölüm səbəbinə gəlincə isə, deyə bilərəm ki, gürcü əsilli Beqiaşvili onun şəxsi həkimi olub. Mən Həzi Aslanovun oğlu ilə birlikdə 1980-ci ildə Tiflisdə onun evinə getdim. O deyirdi ki, Həzinin yarası ölümcül deyildi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəlib. Həzinin xahişi ilə Moskvaya qədər onu şəxsi həkimi Beqiaşvili müşayiət etməli idi. Amma həkimini qəsdən başqa iş dalınca göndəriblər. Daha sonra Həziyə yenidən həkim çağırıblar. Bu ermənilərin növbəti fitnəkarlığı, riyakarlığı idi. Onda süni ürək çatışmazlığı yaradıblar. Halbuki, Həzi Aslanovun yarası heç də ağır, ölümcül yara olmayıb. Sadəcə qabırğaları zədələnibmiş.

- Artıq müharibənin başlanmasından yarım əsrə yaxın bir vaxt keçmişdi. Dönəm də dəyişmişdi. Erməni şovinizminin yenidən baş qaldırdığı və erməni lobbisinin fəallaşdığı bir vaxtda araşdırmalarınızı davam etdirmək sizin üçün çətin deyildi?

- Əlbəttə, bilirdim başladığım işin çətin, ağır olmasını. Bir azərbaycanlı kimi bu işi sona çatdırmalı idim. Belə bir çətin və olduqca məsuliyyətli bir işi üzərimə götürmüşdüm. Görüşlərimi, söhbətlərimi davam etdirirdim, topladığım faktları yenidən dəqiqləşdirməyə çalışırdım. Bütün bu hazırlıq işlərindən sonra bir neçə ay Podolsk şəhərində yerləşən SSRİ Müdafiə Nazirliyinin arxivlərində araşdırma apardım. Axtarışlarım nəticə verdi. Həzi Aslanovun 3-cü Belorusiya Cəbhəsi komandanlığı tərəfindən ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edildiyi sənədi tapdım. Lakin Cəbhə Komissiyası bu təqdimatı müzakirə edərkən nədənsə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı əvəzinə 2-ci dərəcəli Suvorov ordeni verilməsini "qərar"a alıb. Aslanov 2-ci dərəcəli Suvorov ordeniylə təltif edilib. Əlbəttə, bu fərman məni qane edə bilməzdi. Axtarışlarımı davam etdirməyə başladım. Hər addımda milliyyətcə erməni olan yüksək rütbəli zabitlərlə qarşı-qarşıya durmalı olurdum...

- Xalqımızın tanınmış sərkərdə oğlu Həzi Aslanova qarşı erməni fitnəkarlığının olmasını hansı faktlarla təsdiq etdiniz?

- Oxucular üçün qısa arayış verim ki, Aslanovu ikinci qəhrəmanlığa aparan yol 23 iyun 1944-cü ildən başlamış "Baqration" əməliyyatından keçir. Sərkərdəlik məharətinə, göstərdiyi igidliyə və əldə etdiyi döyüş nailiyyətlərinə görə 3-cü Belorusiya Cəbhəsi komandanı Çernyaxovski H.Aslanovu ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsinə təqdim edir. Onun göstərişi əsasında korpus rəhbərliyi təqdimat yazır və həmin sənədi müzakirə üçün cəbhə komandanlığının komissiyasına göndərir. Bu ərəfədə 15 iyul 1944-cü ildə Ali Baş Komandanlığın direktivinə əsasən, Aslanovun xidmət etdiyi 3-cü Stalinqrad korpusu 3-cü Belorusiya Cəbhəsindən alınıb, 1-ci Pribaltika Cəbhəsinin sərəncamına verilir. Bu cəbhədə isə komandan erməni əsilli, adı çəkiləndə hər bir azərbaycanlıda ikrah hissi oyadan Baqramyan olub. Onun rəhbərliyi altında cəbhə komissiyası növbəti iclasında digər təqdimatlarla yanaşı, Aslanov barədə təqdimatı da müzakirə edir. Lakin ikinci dəfə layiq görüldüyü Sovet İttifaqı Qəhrəmanı adı əvəzinə, yuxarıda qeyd etdiyim kimi, ona 2-ci dərəcəli Suvorov ordeni verilməsi qərara alınır. Cəbhədə belə hallar çox olur. Bir şəxsin təqdim edildiyi təltif başqa orden və ya medalla əvəz olunurdu. Buna cəbhə komissiyasının ixtiyarı var idi. Lakin H.Aslanovun iyunun 23-dən 30-dək döyüş əməliyyatlarında göstərdiyi hünər silahdaşlarının dediklərinə görə, şübhəsiz, bu igid sərkərdənin 2-ci dəfə qəhrəman adı alması üçün kifayət qədər əsas verirdi...

- Deməli qəhrəman həmyerlimizin döyüş hünəri ermənilərin əliylə təhrif edilmişdi?

- Bəli, əldə etdiyim arxiv materiallarındakı marşal Baqramyanın ikinci təqdimat üzərində qara mürəkkəblə yazdığı "Suvorov ordeninə təqdim edilsin" sözləri bir daha bunu təsdiq edir. Belə hərəkət adi səhv yox, qatı cinayətdir. Mənim mübarizəm haqq işim idi. Bu bir azərbaycanlı kimi mənim tarix və xalqım qarşısında şərəf borcum idi. Ona görə də başladığım bu işi sona çatdırmalı idim.

- Musa müəllim, ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş sovet rəhbərliyində çoxlu sayda erməni var idi. Başladığınız haqq işinə onların maneçiliyi olurdumu?

- Şübhəsiz, sona qədər onlarla mübarizə apardım. Məndən tələb olunan sənədləri çətinliklə də olsa toplayıb Moskvaya yolladım. 1991-ci il mayın 12-də Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinin məktubu ilə sənədlər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə göndərildi. Sənədlərə MK katibi Baklanov baxdıqdan sonra dövlət başçısı Qorbaçova məruzə etdi. Sonra MK katibinin göstərişiylə təqdim olunan sənədlərin düzgünlüyünü yoxlamaq üçün xüsusi komissiya təşkil edildi. Yaradılan komissiyanın tərkibinə etirazımı bildirdim. Mən ərizəmdə Ermənistan-Azərbaycan münaqişəsini əsas tutaraq general Karakozovun milliyyətcə erməni olduğu üçün bu komissiyanın tərkibinə daxil olmasının məqsədəuyğun olmadığını göstərdim. Öyrəndim ki, mənim ərizəmə baxılıb. Erməni əsilli general komissiyanın tərkibindən çıxarılıb, başqası ilə əvəz olunub. Sona qədər ermənilər bu işə mane olmağa çalışırdılar. İyunun 10-da xəbər tutdum ki, sənədləri Qorbaçovun köməkçisi milliyyətcə erməni Şahnazarov prezidentdən alıb, özündə saxlayır və məsələnin müsbət həll edilməsinə qəti etiraz edir. Səbəbini də onunla izah edirdi ki, ölkə başçısının 1988-ci ildən fərmanı var ki, sülh dövründə 2-ci "Qızıl Ulduz" medalı ilə heç kim təltif edilməsin. Təcili olaraq 3-cü Mexanikləşdirilmiş Stalinqrad Qvardiya Korpusunun Rəyasət Heyəti adından Qorbaçova müraciət ünvanladıq. Nəhayət, 1991-ci il 18 iyunda ölümündən 47 il keçdikdən sonra Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə fərman verildi. MK-nın katibi şəxsən zəng edib məni təbrik etdi. Sonra daha bir erməni riyakarlığı ilə də qarşılaşdım. 18 iyunda verilmiş fərman guya təltif şöbəsində itmişdi. Guya onu tapa bilmirdilər ki, mətbuatda dərc etdirsinlər. Artıq iyunun 21-i idi. Fərman tapılmırdı. Sən demə, komissiyanın tərkibindən çıxarılan general təltif şöbəsinin müdirinin çox yaxın qohumu imiş. Erməni Karakozov məndən heyfini belə çirkin yolla almaq istəyirmiş...

- Nəhayət, 20 il apardığınız çox çətin və məsuliyyətli tədqiqat işinizin sonu qələbə ilə bitdi. Xalqımızın sərkərdə oğlu Həzi Aslanov müharibənin başlanmasının 50 illik dönəmində ikinci qəhrəman adına qovuşdu...

- İyunun 22-də səhər tezdən saat 5-də məni uzun-uzadı telefon zəngləri yuxudan oyatdı. Dəstəyi götürüb Bakıdan həyat yoldaşımın səsini eşitdim. O, məni təbrik edib dedi ki, Musa, gecə Bakı televiziyası öz proqramını dayandırıb Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə prezident Qorbaçovun imzaladığı fərmanı səsləndirdi. Bəli, ən nəhayət, aradan 47 il keçdikdən, çox çətin axtarış tədqiqat işlərindən sonra haqq-ədalət qalib gəldi. Tarixi heç zaman məhv edib saxtalaşdırmaq olmaz. O bir gün açılıb güzgü kimi keçmiş hadisələri əks etdirir. Bundan sonra da çox on illiklər keçəcək, Həzi Aslanovun adı şanlı hərb tariximizin səhifələrində, daş, mərmər, qranit heykəllərdə, xalqımızın ürəyində, yaddaşında əbədi yaşayacaq.

- Musa müəllim, Böyük Vətən müharibəsində neçə nəfər tankçı iki dəfə dəfə Sovet İttifaqı Qəhrəmanı adı alıb?

- Cəbhələrdə göstərdikləri igidlik və qəhrəmanlığa görə cəmi 16 nəfər tankçı iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 17-ci Sovet İttifaqı Qəhrəmanı xalqımızın nümayəndəsi Həzi Aslanov oldu. Mən çox şadam ki, 25 il müddətində apardığım ağır, çətin tədqiqat işlərim hədər getmədi, nəticədə haqq-ədalət öz yerini tutdu.

- Azərbaycan Ordusunun şəxsi heyətinə arzu və istəkləriniz...

- Ordumuzun əsgər və zabitlərinə cansağlığı, uzun ömür, onlara Həzi qəhrəmanlığı, Həzi hünəri arzulayıram. O ölməyib. O hər zaman Azərbaycan zabitinin, əsgərinin qəlbindədir. Tarixlərdə əbədiləşən sərkərdənin şanlı döyüş yolu ordumuzun şəxsi heyətinə ən layiqli örnəkdir.

- Müsahibəyə görə çox sağ olun.

Lalə Hüseynova
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tarix   Ordu  

“Həzi Aslanovun yarası heç də ağır, ölümcül yara olmayıb” - MÜSAHİBƏ

2020/01/Hezi--1579673139.jpg
Oxunub: 2419     15:47     22 Yanvar 2020    