Hələbin qərb bölgəsi raket atəşinə məruz qalıb, ölü və yaralılar var

2020/01/9c816-1579496149.jpg
Oxunub: 1484     10:55     20 Yanvar 2020    
Silahlı şəxslər Dəməşqdən 360 kilometr məsafədə yerləşən Hələbin qərbindəki Cdeyda bölgəsinə çoxsaylı raket zərbələri endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, zərbələr nəticəsində mülki şəxs ölüb, bir neçə nəfər də yaralanıb.

Qonşu Camiyət əl-Zəhra məhəlləsi də atəşə məruz qalıb, oradan da yaralananların olduğu deyilir. Əş-Şami məscidinin yaxınlığına da bir neçə mərmi düşüb.

Suriya artilleriyası da öz növbəsində atəşkəsi pozan silahlı dəstələrin mövqelərini atəşə tutub.

Silahlı şəxslər şəhəri nəzarət altındakı cənub-qərb kənarlarından, xüsusən də Rəşidin ərazisindən atəşə tutublar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hələb   Raket  

Hələbin qərb bölgəsi raket atəşinə məruz qalıb, ölü və yaralılar var

2020/01/9c816-1579496149.jpg
Oxunub: 1485     10:55     20 Yanvar 2020    