Köçəryanın köməkçilərinin ölüm kölgəsi

2020/01/80890-1579671704.jpg
Oxunub: 2183     14:58     22 Yanvar 2020    
Paruyr Sevak küçəsindəki binada Georgi Kutoyanın mənzilində baş verən atışma Ermənistanı biri digərindən dəhşətli qətllərin baş verdiyi əvvəlki hakimiyyətə və hətta “serj öncəsi” Ermənistana qaytarıb.

Digər bir yüksək vəzifəli məmurun - baş prokuror Henrik Xaçatryanın, daxili işlər və milli təhlükəsizlik nazirinin müavini, general-mayor Artsrun Marqaryan, müdafiə nazirinin müavini Vahram Xorxorunin və başqalarının sui-qəsdləri barədə xəbərləri eşidən erməni ictimaiyyəti hər dəfə şoka düşürdü.

Aylarca erməni ictimaiyyəti vəd olunmuş cinayətlərin ifşa edilməsini gözləyirdi, lakin buna əməl edilmirdi.

“Nəhayət, ictimaiyyət cinayətlərin “üstünün açılmamasına” öyrəşdi. İndi heç kim təəccüblənmir ki, 2019-cu il sentyabrın 23-də Bcnidəki fərdi evində ağız boşluğundan açılan atəş nəticəsində vəfat edən Hayk Harutyunyanın cinayəti barədə heç bir xəbər yoxdur. Rəsmi versiya heç kimin inanmadığı bir intihardır. Hadisədən dərhal sonra Harutyunyanın sentyabrın 24-də “1 Mart” cinayəti üzrə dindiriləcəyi və həbs olunacağı və bundan xəbərdar olduğu və cəzaçəkmə müəssisələri idarəsinin keçmiş rəhbəri bunu özünə sığışdırmayaraq, özünü ağzından vurması barədə şayiələr yayıldı”, - deyə erməni müəllif Susan Simonyan bildirib.

Ermənistan Xüsusi İstintaq Xidməti bu versiyanı inkar etdi. Cinayətin müddətini nəzərə alaraq Hayk Harutyunyanın “1 Mart” cinayəti üzrə iddia edilə bilməyəcəyini əsas gətirərək, irəli sürülən versiya təkzib edilib. Ancaq hələ ilkin istintaq var, bu işdə heç bir aydınlıq və ya işlə bağlı hər hansı yeni rəsmi məlumat yoxdur.

Bəzi məlumatlara görə, Kutoyan Harutyunyanın qətlə yetirildiyi kimi eyni şəkildə ağız boşluğundan aldığı güllə yaralanması ilə öldürülüb, bu da baş verənlərin intihar olduğuna dair fərziyyələrə səbəb olub. Bu versiya MTX-nin sabiq rəisinin cəsədi aşkar edildikdən bir neçə dəqiqə sonra dövriyyəyə buraxılmağa başlandı.

Ermənistan İstintaq Komitəsi sədrinin müavini Artur Melikyan isə jurnalistlərə bildirib ki, Kutoyanın gicgah nahiyyəsində odlu silah yarası var. O, həmçinin Kutoyanın öldürüldüyü yerdən ona hədiyyə olunmuş silahın tapıldığını da bildirib.

“Çox sayda giliz və divarlarda zədələnmə izləri var. Hadisə yerində mütəxəssislər Kutoyanın atasının iştirakı ilə əməliyyat tədbirləri həyata keçirir. Hazırda istintaq araşdırma tədbirləri davam edir. Həyat yoldaşı, atası, kriminalistlər, məhkəmə tibbi ekspertiza və müstəntiqlər istisna olmaqla hadisə yerində heç kim olmayıb. Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb. Xahiş edirəm 110-cu maddə ilə aldanmayasınız, indiki əlimizdə mövcud məlumata görə 110-cu maddə ilə cinayət işi açılıb, amma bir çox versiya irəli sürüləcək. Bu bir qətl cinayəti ola bilər, bu intiharla örtülmüş bir cinayət ola bilər, daha sonra məhkəmə ekspertizası aparılmaqla ümumi mənzərənin, nəyin baş verdiyi aydın olacaq. Səsyazma və kamera görüntüləri artıq götürülüb. Gicgah nahiyyəsində odlu silah yarası var. Sabah məhkəmə tibbi ekspertizası xəsarətin növünü daha dəqiq müəyyən edəcək. 40-dan çox giliz və güllə tapılıb. Atəş bu silahdanmı açılıb, məlum deyil, bunu ekspertiza müəyyən edəcək. İstintaq Komitəsində Georgi Kutoyanın şahid, ittihamçı və ya təqsirləndirilən şəxs kimi cəlb edildiyi bir iş yoxdur. İş hələ davam edir və uzun müddət davam edəcək. Yaxın vaxtlarda hər hansı digər bir məlumat açıqlaya bilmərik”, - deyə İstintaq Komitəsinin sədr müavini bildirərək bununla da intihar variantını da istisna etməyib.

39 yaşı Kutoyan Ermənistanın ən geniş informasiyaya malik şəxsi olub. O, Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın ən köhnə və sadiq məmurlarından biri idi. O, bir çox adlar və hadisələrdən, o cümlədən “Sasna Tsrer” üsyanından və müxtəlif xadimlərin həmin hadisələrdəki rollarından xəbərdar idi. O, həmçinin Sarkisyana qarşı təşkil edilən silahlı qruplaşmaların aşkarlanması və MTX-nin digər fəaliyyətlərindən ən yaxşı xəbərdar olanlardan biri olub. O, Konstitusiya Məhkəməsinin sədri Tovmasyan, hadisə yerinə ilk gələnlərdən biri olan MTX-nin sabiq direktoru Artur Vanetsyanla da yaxın münasibətlərdə olub.

Ermənistan parlamentinin “Mənim Adımım” fraksiyasının deputatı, parlament sədrinin müavini Alen Simonyan bir çoxlarının fikrini ifadə edən belə bir açıqlama verib.

“Təəssüf ki, keçmişin reaksiyası olduğunu düşünürəm”, - deyə o qeyd edib.

2011-ci ildən 2016-cı ilin fevral ayınadək Ermənistan prezidenti Serj Sarkisyanın köməkçisi olub. 2013-cu ilin sentyabr ayından Konstitusiya islahatları komissiyasına üzv olub. O, Ermənistan yüksək vəzifəli rəhbərlərinin qətlə yetirilən köməkçilərindən sayca üçüncüsüdür.

Birincisi, 2001-ci ildə qətlə yetirilən “İmaki Qaqo” ləqəbli, Qaqik Petrosyan olub. O, həmin dövrdə Ermənistan Baş nazirinin nəzarət xidmətinin rəisi və müşaviri olub.

İkincisi, Robert Koçaryanın hüquqi məsələlər üzrə keçmiş köməkçisi, 2009-cu ildə qətlə yetirilən Qevork Mheryan olub. Onun qətli də üstü açılmayan cinayətlərdən biridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qətl  

Köçəryanın köməkçilərinin ölüm kölgəsi

2020/01/80890-1579671704.jpg
Oxunub: 2184     14:58     22 Yanvar 2020    