Ermənistandakı səs-küylü qətl nədən xəbər verir?

2019/09/56756-1567506305.jpg
Oxunub: 2965     14:57     18 Yanvar 2020    
Ermənistan İstintaq Komitəsi MTX-nin keçmiş rəisi Georgi Kutoyanın İrəvandakı mənzillərdən birində odlu silah yarası nəticəsində öldüyünü bildirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Hələlik ətraflı məlumat yoxdur.

Ermənistanın keçmiş MTX direktoru Kutoyanın sui-qəsdinin səbəbi nədir? Bu, qətl onun şəxsi həyatı, vəzifədən sonrakı fəaliyyətinin hər hansı bir sahəsi, yoxsa onun vəzifədə olduğu müddətdəki hər hansı bir hadisə ilə əlaqədardır?

Bu suallara cavab tapılacaqmı, yoxsa keçmiş MTX rəhbərinin qətli Ermənistanın müstəqillikdən sonrakı dövründə açıqlanmayan və ya açıqlanan rəsmi versiyaları ictimaiyyəti qane etmədiyi onlarla səs-küylü qətllər sırasına əlavə olacaq?

Ermənistan MTX-nin keçmiş rəhbəri Georgi Kutoyan bu vəzifəyə 2016-cı ildə, Qorik Hakobyanın istefasından sonra təyin olunub.

Kutoyanın təyin edilməsi müəyyən mənada gözlənilməz oldu, çünki Kutoyan Hakobyanı mümkün əvəz edəcəklər arasında olan şəxs kimi qiymətləndirilmirdi. Kutoyan Serj Sarkisyanın administrasiyasında çalışırdı, o, MTX məmuru deyildi, bu qurumu heç bir səviyyədə idarə etməmişdi. Xüsusilə 2016-cı ildə Ermənistanın daxili siyasi və xarici siyasi mühitdə üzləşdiyi bir sıra cəhətlərinə, habelə 2016-cı ildəki vəziyyətə görə onun təyinatı gözlənilməz idi.

Bu, keçmiş MTX rəhbərinin qətli ilə bağlı məsələləri daha da gərginləşdirir və sualları artırır.

Eyni zamanda, ona qarşı sui-qəsd Ermənistanın daxili siyasi həyatındakı özünəməxsus bir şəraitdə, daxili həyatın əsasən inqilabdan sonrakı yenidən qruplaşma mərhələsində olduğu bir dövrdə baş verir. Bu hadisələr yeni hökumətlə keçmiş sistem arasında bir qədər geniş bölünmə ilə müşayiət olunan, eyni zamanda yeni hakimiyyət və keçmiş sistem arasında müxtəlif, belə deyək lokal qarşıdurmalar, həmçinin bunlardan biri olan digər keçmiş MTX direktoru Artur Vanetsyanın iştirakı ilə baş verən hadisələr dövrünə təsadüf edir.

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində məhz Kutoyanı əvəz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Cinayət   Kutoyan  

Ermənistandakı səs-küylü qətl nədən xəbər verir?

2019/09/56756-1567506305.jpg
Oxunub: 2966     14:57     18 Yanvar 2020    